Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklə Mübarizə Qrupunun əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, ŞPŞ əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər xarici dövlətlərdə bir neçə dəfə məhkum olunmuş Teyub Tağıyev saxlanıb. Onun üzərinə baxış zamanı 1 ədəd bükümdə, ümumi çəkisi 36,136 qram narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.
Faktla bağlı Şirvan ŞPŞ-də araşdırma aparılır.
Toğrul NƏSİRLİ polis leytenantı