Xəbər verildiyi kimi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 23-də rayon ərazisindəki mağazaların birindən satıcını bıçaq və tapançaya bənzər əşya ilə hədələyərək quldurluq yolu ilə kassadakı 230 manat pulu aparmaqda şübhəli bilinənlər - Bakı şəhər sakinləri Fərid Hacıyev və əvvəllər məhkum olunmuş Fərid Hüseynzadə saxlanıblar.
35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə dəstənin digər üzvü - Orxan Məmmədli də müəyyən edilərək saxlanıb.
Natiq Cavadov, DİN Mətbuat Xidmətinin əməkdaşı