Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” xidmətindən Ucar RPŞ-yə rayon sakini Fariz Əhmədovun yeznəsi Rövşən Kərimov tərəfindən bıçaqla hədələnməsi barədə məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan verilən məlumata görə, Ucar RPŞ-nin əməliyyat qrupu dərhal hadisə yerinə gəlib. R.Kərimov bıçaqla əməkdaşlara müqavimət göstərərək qaçmağa cəhd göstərib. Lakin zərərsizləşdirilərək şöbəyə gətirilib. Araşdırmalarla R.Kərimovun narkotik aludəsi olduğu da müəyyən olunub. Əvvəllər məhkum olunmuş bu şəxsin avtomobilinə baxış zamanı oradan 8 bükümdə narkotik vasitə-heroin və beşbarmaq aşkar edilərək götürülüb.
Faktla bağlı Ucar RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Toğrul NƏSİRLİ polis leytenantı