DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qusar RPŞ-nin əməkdaşlarının “isti izlər”lə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fərqli vaxtlarda rayon ərazisində ayrı-ayrı vətəndaşların etibarından istifadə edərək onlara maddi ziyan vuran şəxsi tutublar.
Qusar rayon Cibir kənd sakini Məhəmməd Qurbanov şübhəli şəxs qismində polis əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-nə gətirilib. Ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində məlum olub ki, O, 07.08.2017-ci il tarixdə Qusar rayon Gedəzeyxur kənd sakininə məxsuz 4500 kq buğdanı 1800 AZN-ə razılaşaraq alıb, lakin sonra kənd sakininə pulu ödəməyərək dələduzluq edib. 08.08.2017-ci il tarixində isə rayonun İmamaqulukənd kəndində yenə həmin usulla kənd sakinini aldadaraq, 2840 kq buğdanı 852 AZN-ə alaraq pulu ödəməkdən boyun qaçırıb. Sonda isə 17.09.2017-ci il tarixdə rayonun Düztahir kənd sakinin etibarından istifadə edərək ona məxsus 1000 AZN dəyərində olan bir baş inəyi alaraq pulunu mənimsəyib. Ümumən kənd sakinlərinə 3652 AZN maddi ziyan vurub.
Faktla bağlı M.Qurbanovla bağlı Qusar RPŞ-də cinayət işi acılıb, araşdırmalar aparılır.
Nizam Həmidov polis leytenantı