Şirvan sakininin özünəqəsd cəhdinin qarşısı alınıb. DİN mətbuat xidmətinin Şirvan şəhərindəki regional qrupundan verilən məlumata görə, Şirvan şəhər sakini, 42 yaşlı Cəlal İbrahimov sərxoş vəziyyətdə şəhərin mərkəzində xuliqanlıq hərəkətləri edib.
Bu zaman onu sakitləşdirmək istəyənlər olsa da həmin şəxs üzərində gəzdirdiyi mətbəx bıçağını çıxarıb, boğazına dirəyərək özünə qəsd edəcəyini bildirib, qatı xuliqanlıq hərəkətlərini davam etdirib.
Hadisə yerinin yaxınlığında olan Şəhər Polis və Mühafizə Şöbələrinin əməkdaşları tərəfindən C.İbrahimovun hərəkətlərinin və özünə xəsarət yetirməsinin qarşısı alınıb.
Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində araşdırma aparılır.
Toğrul Nəsirli, polis leytenantı