Kürdəmirdə itkin düşən şəxs tapılıb. DİN mətbuat xidmətinin Şirvan şəhərindəki regional qrupundan verilən məlumata görə, dünən axşam saatlarında Kürdəmir rayonunun Pirili kənd sakini, 28 yaşlı ruhi xəstəlikdən əziyyət çəkən bir nəfər otlaq sahəsindən mal-qaranı gətirmək adı ilə çıxaraq geri qayıtmayıb.
Bundan narahat olan ailəsi onun tapılması üçün Kürdəmir rayon Polis Şöbəsinə müarciət edib.
Polis əməkdaşlarının təxirəsalınmadan həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs səhər saatlarında qonşu Ərşəli kəndindəki otlaq sahəsində olduğu müəyyən edilib və o, ailəsinə təhvil verilib.
Toğrul Nəsirli, polis leytenantı