DİN mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gədəbəy RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon ərazisindəki mənzillərdən birindən oğurluq edən şəxs tutulub.
Rayonun Slavyanka kənd sakini olan bir qadın RPŞ-yə müraciət edərək, ona məxsus evdən oğurluq edildiyini bildirib. Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən şübhəli müəyyən edilib və saxlanaraq Polis Şöbəsinə gətirilib.
Aparılan araşdırmalar zamanı Slavyanka kənd sakini Ədalət Rzayev etiraf edib ki, pəncərəsini sındıraraq daxil olduğu evdən yataq dəstləri, məişət əşyaları, bir ədəd qadın əl çantası, 5000 rubl və 70 manat oğurlayıb.
Qeyd edək ki, RPŞ-nin əməkdaşları oğurlanan məişət əşyalarını maddi sübut kimi götürsələr də, saxlanan şəxs pulu xərclədiyini bildirib.
Faktla bağlı cinayət işi başlanıb.