Bakıda evdən oğurluq edən şəxs tutulub.
Baki-xeber.com-un Daxili İşlər Nazirliyinin saytına istinadən xəbərinə görə, Nazirliyin məlumat bürosuna oktyabrın 31-nə keçən gecə Xətai rayonu ərazisindəki evlərin birindən 700 manat nağd pul və 5000 manat dəyərində qızıl zinət əşyalarının oğurlanması ilə bağlı məlumat daxil olub. Aparılan operativ əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Marat Yusubov 37-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.
Faktla bağlı oğurluq maddəsi ilə cinayət işi açılıb.