Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat keçirib.
Oktyabrın 29-da RPŞ-yə daxil olmuş əməliyyat məlumatı əsasında Xaçmaz şəhər sakini Tərlan Dəmirov saxlanıb. Onun idarə etdiyi “İnfiniti” markalı avtomobilə baxış zamanı yük hissəsində olan bükülüdə 241.223 qram çəkidə olan qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb. Saxlanan T.Dəmirov əvvəllər Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə məhkum olunub.
Həmin gün RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş digər bir əməliyyat-axtarış tədbiri nəticəsində Xaçmaz şəhər sakini Rəşad Quliyev saxlanıb. Onun uzərinə baxış keçirilərkən sellofan torbada 51.125 qram çəkidə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Hər iki faktla əlaqədar Quba RPŞ-də cinayət işi başlanıb, araşdırmalar aparılır.
Nizam HƏMİDOV DİN mətbuat xidmətinə bilavasitə tabe olan Quba regional qrupunun baş inspektoru, polis leytenantı