DİN mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə mənzildən oğurluq edən şəxslər tutulub.
Rayonun Üçtəpə kənd sakini olan bir nəfər qadın RPŞ-yə müraciət edərək ona məxsus evdən üçüncü dəfə oğurluq olunduğunu bildirib.
Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən şübhəlilər müəyyən edilib və onlar saxlanaraq Polis Şöbəsinə gətirilib.
RPŞ-də aparılan araşdırmalar zamanı Üçtəpə kənd sakini Səxavət Zeynalov və Elvin Hüseynov etiraf edib ki, evdən ümumilikdə 1822 manat pul oğurlayıblar. Saxlanan şəxslər pulu bölüşərək xərclədiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanıb.