Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Bakı şəhər Baytarlıq İdarəsinin əməkdaşları ilə oktyabrın 27-də paytaxtın Xətai və Yasamal rayonları ərazisində fəaliyyət göstərən ət satışı məntəqələrində birgə reyd keçiriblər.
Reyd zamanı bir neçə mağaza sahibi – Yasamal rayonu ərazisində Bəhmən İmanov, Xətai rayonu ərazisində Sərxan Bayramov və İlqar Baxışov ət satışı mağazalarında baytarlıq haqqında qanunvericiliyin tələblərini, habelə Yasamal rayonundakı mağazanın sahibi Ramiz Nəsibov küçə ticarəti qaydalarını pozduqları üçün barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib.
Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Bakı şəhər Baytarlıq İdarəsinin əməkdaşları ilə oktyabrın 28-də paytaxtın Xətai və Binəqədi rayonları ərazisində fəaliyyət göstərən ət satışı məntəqələrində növbəti birgə reyd keçiriblər.
Reyd zamanı bir neçə mağaza sahibi – Xətai rayonu ərazisində Bakı şəhər sakinləri Səbuhi Hümbətov və İlham Nəsirov, Binəqədi rayonu Biləcəri qəsəbəsinin ərazisində isə Vahid Məmmədov ət satışı mağazalarında baytarlıq haqqında qanunvericiliyin tələblərini pozduqları üçün barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib.
Natiq CAVADOV DİN mətbuat xidmətinin əməkdaşı