DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən xəbərə görə, Masallı şəhərində yaşayan bir qadın Rayon Polis Şöbəsinə evindən oğurluq olması ilə bağlı müraciət edib. O, ərizəsində sentyabrın 29-da evindən 3000 manat dəyərində 3 ədəd televizorun və digər məişət əşyalarının oğurlandığını bildirib.
Həmin gün Polis Şöbəsinə eyni məzmunlu digər bir müraciət də daxil olub. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 3 nəfər müəyyən edilərək saxlanıb.
Araşdırmalarla onların Masallı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Elmar Xəlilov, Cavad Mirzəyev və Orxan Məmmədov olduöu məlum olub.
Onlar həmin mənzillərdə heç kimin yaşamadığını bildiklərindən evlərə oğurluq məqsədilə girdiklərini etiraf ediblər.
Faktla bağlı Masallı Rayon Polis Şöbəsində cinayət işi başlanıb.
Məhəmməd Rzayev, DİN mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis leytenantı