Oktyabrın 23-də Bakı şəhərinə etap zamanı müşayiət altından qaçmış 2 təqsirləndirilən şəxsdən biri saxlanılıb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumata görə, həmin şəxslərin axtarışı üzrə təxirəsalınmaz əməliyyat tədbirləri keçirilib. Oktyabrın 26-da Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən görülmüş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində həbsdən qaçmış Əli Rasim oğlu Ağami tutularaq istintaq təcridxanasına yerləşdirilib.
Digər təqsirləndirilən şəxs Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində zəruri tədbirlər davam etdirilir.