Rusiyanın Armavir şəhərində erməni icması arasında kriminal “razborka” yaşanıb.
Baki-xeber.com-un erməni mətbuatına istinadən xəbərinə görə, hadisə oktyabrın 19-da axşam saatlarında baş verib. Xəbərə görə, 42-43 yaşlarında iki nəfər qəfildən bir qrup gəncə odlu silahdan atəş açıb. Ardınca isə “Hyundai Solaris” avtomobilinə minərək hadisə yerini tərk edib. Qeyri-rəsmi versiyaya görə, onlardan biri yerli müflisləşmiş biznesmen olub.
İstintaqın nəticələrinə görə isə, həmin tarixdə şübhəli şəxslər axşam saatlarında fəaliyyət göstərməyən kafeyə gələrək, oradakı üç nəfər kişiyə azı beş atəş açıblar. Nəticədə 27 və 28 yaşlarında iki gənc ölüb, bir nəfər isə dizindən güllə yarası almaqla canını qurtarıb.
Hadisə ilə bağlı cinayət işi açılıb və cinayətkarlar axtarışa verilib. Hüquq-mühafizə orqanlarının cinayətkarların axtarışı ilə bağlı yaydığı açıqlamada yerli əhaliyə onların silahlı olmaları ilə bağlı xəbərdarlıq edilərək ehtiyatlı olmaları məsləhət görülür.