Bakı şəhər sakini Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə bankomat kartından pulunun çıxarılması barədə müraciət edib. O, ərizəsində naməlum şəxs tərəfindən avqustun 28-də hesabındakı 940 manatın çıxarılaraq oğurlandığını bildirib.
Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri ilə cinayəti törədən müəyyənləşdirilib və o, şübhəli şəxs qismində saxlanaraq Polis Bölməsinə gətirilib. Araşdırmalarla onun Lerik rayon sakini Cəmşid Alışov olduğu məlum olub. O, törətdiyi əməli etiraf edib və bildirib ki, həmin bankomat kartını küçədən tapıb. Kartın kodu üzərində yazıldığından, hesabdakı məbləği çıxarıb.
Faktla əlaqədar cinayət işi başlanıb.
Natiq Cavadov DİN mətbuat xidmətinin əməkdaşı