Srağagün keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən sentyabrın 25-də və oktyabrın 3-də Bakı şəhər sakinləri olan 2 nəfərin cibindən mobil telefon oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini Aslan Kərimov, Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən isə oktyabrın 5-də paytaxt sakini olan bir nəfərə məxsus evdən mobil telefon oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini Ağasəməd Zabirli tutulub.
Natiq Cavadov DİN mətbuat xidmətinin əməkdaşı