Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları vətəndaşların evlərindən oğurluq hallarına qarşı uğurlu tədbirlər həyata keçirib.
Oktyabrın 14-nə keçən gecə DİN-in "102” Zəng Mərkəzinə Gəncə şəhəri ərazisindəki evlərin birindən oğurluq olması barədə məlumat daxil olub.
Hadisə yerinə gələn Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Məlum olub ki, evdən 100 manat, 400 ABŞ dolları, habelə qızıl əşyalar oğurlanıb.
Polis əməkdaşlarının şübhələri Roza adlı qadının üzərində cəmləndiyindən, o, şübhəli şəxs qismində saxlanaraq Polis İdarəsinə gətirilib.
Araşdırmalarla onun Göygöl rayon sakini Roza Cabbarova olduğu məlum olub.
***
Oktyabrın 17-də şəhər ərazisindəki daha bir evdən oğurluq olması barədə Rayon Polis İdarəsinə müraciət edilib.
Polis əməkdaşlarının apardığı araşdırmalarla evdən 140 manat və qızıl üzük oğurlandığı məlum olub.
Həyata keçirilən əməliyyat tədbiri ilə oğurluğu törətməkdə şübhəli bilinən Gədəbəy rayon sakini Təranə Məmmədova saxlanaraq Polis İdarəsinə gətirilib.
Gəncə Şəhər Baş Polis İdarəsində hər iki fakt üzrə araşdırmalar aparılır.
Zeyni Hüseynov DİN mətbuat xidmətinin əməkdaşı