Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi tərəfindən verilən məlumata görə, Yasamal Mühafizə İdarəsinin əməkdaşları - bölük komandiri, polis mayoru Əvəz Məmmədov, polis serjantı Mehdi Əmirov və polis baş serjantı Rasim Əliyev xidmətdə olarkən, 11.10.2017-ci il tarixdə, saat 16.30 radələrində Zahid Xəlilov küçəsində 1998-ci il təvəllüdlü, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi sahə 464-də yaşayan Rüstəmova Aynurə Telman qızının və 2000-ci il təvəllüdlü, Badamdar qəsəbəsi, S.Məmmədov küçəsi ev 25-də yaşayan Heydərli Ləman Mehman qızının mobil telefonlarını oğurlayan 08.11.1980-ci il təvəllüdlü Əliyev Elman Əlvan oğlunu tutaraq bölməyə təhvil veriblər.
29-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.T.Rüstəmovanın və L.M. Heydərlinin telefonunu oğurlayan şəxsin 08.11.1980-ci təvəllüdlü, Xətai rayonu M.Hadi küçəsi 65, mənzil 76-da yaşayan, əvvəllər məhkum olunmuş Əliyev Elman Əlvan oğlu olduğu təsdiqini tapıb və maddi sübutlarla birlikdə o, təhqiqata təhvil verilib. Hazırda faktla bağlı zəruri istintaq hərəkətləri aparılır.
Məhəmmədəli QƏRİBLİ