Bakıda gənclər arasında kütləvi dava olub.
Baki-xeber.com Lent.az-a istinadən xəbər verir ki, Nizami rayonu ərazisində bir qrup şəxs arasında dava düşüb. Dava zamanı 28 yaşlı Qərib Səfərov bıçaqlanıb. 33 yaşlı Ruslan Hüseynovun isə körpücük sümüyü sındırılıb. Onların hər ikisi 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
İlkin araşdırma zamanı məlum olub ki, davada iştirak edən 4 nəfər qaçıb. Onların bəzilərinin kimliyi müəyyənləşdirilib.
Əməliyyat-axtarış tədbirləri davam etdirilir.