Moskvanın Tver vilayətində dəhşətli hadisə baş verib.
Baki-xeber.com-un TASS-a istinadən xəbərinə görə, hadisə vilayətin Konakov rayonunun Redkino qəsəbəsində bağçılar birliyinin tədbirində yaşanıb. Xəbərə görə, arada məişət zəminində xırda narazılıq yaşanıb və narazı şəxslərdən biri evdən tüfəng götürərək narazılığına səbəb olanları və şahidləri güllələyib. Qətlə yetirilən 8 nəfərin ikisi qadındır. Hazırda qatilin tutulduğu bildirilir.
Rusiya Federasiyası İstintaq Komitəsinin saytında yerləşdirilən açıqlamaya görə, 8 nəfəri qətlə yetirmə faktı üzrə cinayət işi açılıb.