Avqustun 21-də Bakının Binəqədi qəsəbəsində qətl törədilib. APA-nın DİN-in saytına istinadən verdiyi xəbərə görə, qəsəbədə yaşayan Əfsanə Məmmədovanın evində tanışı - Gədəbəy rayon sakini Fidani İsmayılov münaqişə zəminində Əfsanəyə və onun qardaşı Anara bıçaqla xəsarət yetirib, hadisə yerini tərk edib. Nəticədə Anar hadisə yerində ölüb, Ə. Məmmədova isə xəstəxanaya yerləşdirilib.