Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası başlayıb. Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxs İbrahim Hüseynovun vəkili məhkəməyə gəlmədiyi üçün məhkəmənin hazırlıq iclasının avqustun 17-də davam etdirilməsi qərara alınıb.