"Kriminal general" Zaxari Kalaşovun (Şakro Molodoy) apelyasiya şikayətinə baxılıb. Baki-xeber.com aznews.az-a istinadən bidlirir ki, Moskva şəhər məhkəməsi "qanuni oğru"nun həbsinin qanuni olduğunu təsdiqləyib.
Xatırladaq ki, Moskvanın Tverski məhkəməsi iyulun 13-də Kalaşovun həbs olunması barədə qərar qəbul edib. "Qanuni oğru" pul mənimsəməkdə ittiham edilib.
Qeyd edək ki, Kalaşov məşhur kriminal avtoritet "Ded Xasan"ın güllələnməsindən sonra onun yaratdığı qruplaşmanın liderinə çevrilib.