Cümə günü, 16 oktyabr 2026
     

Azərbaycanın qızıl strategiyasının özü “qızıla çevrilir”…

Image


Cari il ərzində dünya maliyyə bazarlarında baş verməsi proqnozlaşdırılan proseslər xüsusi diqqətlə izlənməkdədir. Belə görünür ki, yaşanan olaylar fonunda qızılın qiyməti əhəmiyyətli dərəcədə yüksələcək, əsas yığım valyutalarından olan dollar xeyli dərəcədə ucuzlaşacaq. Yaranmış durumda milli valyutaların, eləcə də manatın bahalaşması proqnozlaşdırılır.

Məsələ burasındadır ki, ABŞ bu il ərzində ixrac potensialını qorumaq üçün dolları ucuzlaşdırmağı düşünür. Belə vəziyyət hazırda bahalaşmaqda olan neft qiymətinə təsir göstərən başlıca faktorlardan biridir. Amma məsələnin indiki mahiyyəti təkcə bununla bitmir. Ekspertlər hesab edir ki,  ABŞ və İran arasındakı gərginliyin davam etməsi böyük iqtisadi və maliyyə şoklarına səbəb ola bilər. “Moody’s” beynəlxalq reytinq agentliyinin analitiki Aleksandr Perjessi bu iqtisadi şokların ciddi təsirlərinin ola biləcəyini qeyd edib: “Uzunmüddətli gərginliyin dünya iqtisadiyyatına potensial təsirləri olacaq, gərginlik, xüsusən neft qiymətlərinə güclü təsir edəcək”. Məlumata görə, iki ölkə arasındakı gərginlik Yaxın Şərqdə sadəcə neft qiymətlərinə deyil, bank, turizm kimi qeyri-neft sektorlarına da ciddi təhlükə yaradır. Belə vəziyyətdə investorların dollar ehtiyatından qurtulmaq üçün ABŞ valyutasını kütləvi şəkildə sata biləcəkləri də əsas proqnozlardan sayılır. Məhz bu vəziyyət dolların sürətlə ucuzlaşmasına təsir göstərəcək daha bir faktor sayılır. Belə bir vaxtda Fransanın “BNP Paribas” investisiya bankı Yaxın Şərqdə artan risqlərdən qorunmaq üçün investorlara ”təhlükəsiz liman” kimi qızıla yönəlməyi və neft idxal edən ölkələrin valyutalarını satışını tövsiyə edib. Bankın məlumatına görə, ABŞla İran arasında gərginliyin daha da artması qızılın 1 unsiyasını 1650 dollara qaldıracaq, bununla da qiymətli metalın dəyəri 7 illik maksimumu yeniləyəcək. Bundan başqa Çin yuanı və İsveçrə frankı kimi digər aktivlər də yüksələcək. Bankın valyuta bölməsinin rəhbəri Şafali Saçdev bildirib: “Hazırkı vəziyyətdə investorlar üçün qızıl neftdən daha yaxşı investisiya vasitəsinə çevrilib”.

Xatırladaq ki, ABŞ-ın hava hücumu ilə iranlı generalı öldürməsindən sonra beynəlxalq birjalarda qızılın qiyməti keçən həftə 3% artaraq 1 562 dollara yüksəlmişdi. Çin yuanı isə bu həftə son 3 ayın maksimumunu yeniləyib. Hazırda  beynəlxalq bazarlarda qızılın  qiyməti artmaqda davam edir. Məlumata görə, digər qiymətli metallardan platinin, gümüşün, palladiumun da qiymətində artım davam edir. Amma ən sürətlə bahalaşan qızıldır. Qeyd edək ki, qızılın qiyməti 2019-cu ildə 18% artıb. Bu il də qızılın qiymətinin artmasını proqnozlaşdıran “Goldman Sachs Group Inc”, “Citigroup Inc.” və “UBS Group AG” kimi investisiya bankları bu metalın qiymətini 1 unsiya üçün 1 700 dollar səviyyəsində proqnozlaşdırır. Belə vəziyyətdə qızıl ehtyiatına malik olan ölkə kimi Azərbaycanda bu məhsulun valyuta dəyəri artır.

Xatırladaq ki, Azərbaycanın Dövlət Neft Fondu (ARDNF) əsas maliyyə xəzinəsi üçün "sarı metal"ın alışına 1 fevral 2012-ci ildən başlayıb. İki il ərzində 30,18 ton qızıl alınıb. Neft Fondu 2014-2017-ci illərdə qızılın alınmadığını bəyan edib. Azərbaycan hökuməti tərəfindən qızılın alışının ikinci mərhələsi 2018-ci ilin ikinci yarımilində bərpa edilib və ilin sonunadək 21 tona yaxın qızıl alınıb. ARDNF, artıq planlaşdırıldığı kimi, 100 tona yaxın fiziki qızıl əldə edib. Eyni zamanda, dünya bazarında qızılın qiyməti ölkədə "sarı metal" istehsalının rentabelliyinin artırılmasına və Dövlət Neft Fondunun aktivlərinin dəyərinin artmasına kömək edir. Ölkədə hasil edilən qızılın da əsas alıcığı ARDNF və Mərkəzi Bankdır. Bu da o deməkdir ki, Azərbaycanın valyuta ehtiyatlarında qızılın payı daha da artacaq. Ölkəmizin sahib olduğu ABŞ istiqrazlarının satışı fonunda əldə edildən gəlirə də qızıl alınması proqnozlaşdırılır. Hazırda qeyri-müəyyən geosiyasi vəziyyət, qızılın digər aktiv növlərinə, o cümlədən daşınmaz əmlaka və qiymətli kağızlara nəzərən ucuz olması və qızıl hasilatının son illər nisbətən azalması onun qiymətinin artacağını proqnozlaşdırmağa əsas verir. Bu vəziyyətdə Azərbaycanın da valyuta ehtiyatlarının tərkibində qızılı artırması məqbul hal sayılır. Bunu digər ölkələr də edir. Rəsmi statistikaya əsasən, Çin və Rusiya ən çox qızıl alan ölkələr siyahısındadır. Bu da təsadüfi deyil. Çünki onların iqtisadiyyatının həcmi ilə qızıl ehtiyatları arasında ciddi disbalans mövcuddur. Belə ki, dünyanın ikinci iqtisadiyyatı olmasına baxmayaraq, Çinin rəsmi qızıl ehtiyatları olduqca azdır. Rusiya isə rəqiblərindən geri qalmaq istəmir. Eyni zamanda, ticarət müharibəsinin qızışması fonunda da qızıl ən etibarlı valyuta sayılır. Bundan əlavə, geosiyasi və geoiqtisadi vəziyyətin getdikcə pisləşməsi, gələcək perspektivlərin qeyri-müəyyənliyi fərdi və institusional investorları da qızıla yönəldir. Qızılın qiymətinin artmasının digər səbəbi isə, yuxarıda qeyd olunduğu kimi, neft və valyuta bazarında müşahidə edilən çalxalanmalar fonunda investorların öz pullarını daha az risqli istiqamətə yönəltməsi ilə bağlıdır. Bunlar qarşıdakı dövrdə də qızılın bahalaşmaqda davam edəcəyini göstərir.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ