Cümə günü, 16 oktyabr 2026
     

Dünya yeni iqtisadi böhranın astanasında… Böyük təhlükədən Azərbaycanı sığortalayan faktorlar…

Image


Dünyanın geosiyasi gündəmində baş verənlər qlobal iqtisadiyyata da ciddi təsir edərək burada yeni böhran təhlükəsi yaradıb. Artıq əksər ekspertlər yaxın tezlikdə belə bir böhranın baş verəcəyinin qaçılmaz olduğunu bildirir. Vurğulanır ki, qlobal maliyyə böhranından 10 ildən çox bir vaxt keçib və artıq yeni böhran yaxınlaşır. Dünya Bankının analitiklərinin fikrincə, növbəti böhran əvvəlkilərin hamısından ağır olacaq.

Geosiyasi səbəblərlə yanaşı, Dünya Bankı əsas problemi dünyada həm özəl, həm də dövlət sektorlarında sürətlə böyüyən borc yükündə görür. Dünya üzrə borc artıq 246 trilyon dollara çatıb. Qlobal ümumi daxili məhsulu (ÜDM) üç qat üstələyən bu mütləq rekord planetdəki bütün məhsul və xidmətlərin dəyərinə bərabərdir. Lakin Dünya Bankı vurğulayır ki, son 10 ildə yeni borcların əsas istehsalçısı Çin olub. 2010-cu ildən bəri, Çinin ödənilməmiş öhdəliklərinin ÜDM-ə nisbəti demək olar ki, dörddə üç – yəni 255 faizə qədər artıb və ümumi borclar 20 trilyon dolları ötüb. Beləliklə, Dünya Bankı mütəxəssislərinin fikrincə, yeni qlobal böhran məhz Çində yaranacaq.

Bu böhran əvvəlkilərdən daha böyük və ağır olacaq. Qeyd olunur ki, Çinin korporativ borcu dünyada ən böyükdür. 2008-ci ildə maliyyə tənəzzülü baş verəndə, Pekin kreditləşməni genişləndirib. 2016-cı ildə ÜDM-in təqribən 160 faizi korporativ borcun və 230 faizi isə ümumi borcun səviyyəsinə çatıb. Strateji “Made in China 2025” proqramının icrası çərçivəsində son illərdə Pekin ən yeni texnologiyalara çıxış əldə etmək üçün Qərb şirkətlərini kütləvi şəkildə almağa başlayıb. Bunun üçün isə çinli iş adamları fəal şəkildə borc götürürlər. Beynəlxalq Hesablaşmalar Bankının məlumatına görə, nəticədə, yalnız keçən il ərzində Çinin korporativ borcu 3,8 faiz bəndi artıb. Müqayisə üçün bildirək ki, dövlət borcu 0,8 faiz bəndi, ev təsərrüfatlarının borcu isə 0,9 faiz bəndi artıb.

Kölgə bankçılığı da Çin şirkətlərinə kredit almağa kömək edir, lakin bu sektor narahatlıq doğuran ölçülərə qədər böyüyüb. Bir çox müştərilər artıq kreditlərlə yükləniblər və qaydalara uyğun olaraq onlar yeni kreditlər ala bilməzlər. Buna görə də Çin bankları pulu onlarla iş adamları arasında vasitəçi rolunu oynayan maliyyə brokerlərinə və sələmçilərə verirlər. Təxminən 2012-ci ildən bəri, məhz bu kölgə kreditorları kredit verilməsi və aktivlərin idarə edilməsi xidmətlərinin həcmi və tempi baxımından ənənəvi maliyyə qurumlarını stabil olaraq geridə qoyublar. Bu mexanizmlər sərmayədarlara yüksək gəlir təklif etməyə imkan verir, lakin eyni zamanda böyük risqlərlə müşayiət olunur. Kölgə bankçılığı sayəsində Çin şirkətlərinin borc yükü artmaqda davam edir. Hazırda Çində bu sektorun həcmi təxminən 7 trilyon dollara çatır. Beynəlxalq Valyuta Fondu isə artıq xəbərdarlıq edib: bu vəziyyət ölkə iqtisadiyyatını dağıda və Asiyada 1997-ci il tənəzzülünə oxşar yeni böhranı başlada bilər.

Dünya Bankının analitiklərinin fikrincə isə belə vəziyyətdə  tezliklə dünya yeni bir qlobal maliyyə böhranı ilə üzləşəcək. Bundan ən optimal həll yolu, vəziyyəti indiki kimi qorumaqdır, lakin bunun üçün Amerika Birləşmiş Ştatları onlar tərəfindən başladılan ticarət müharibəsinə son qoymalıdır. Amma bu istiqamətdə də vəziyyət gərginləşir. Təbii ki, baş verənlər digər ölkələrə, o cümlədən Azərbaycana da təsirsiz ötüşməyəcək. Məsələn baş verənlər dünya enerji bazarında qiymətlərə təsirini göstərəcək. Dünya Bankının analitikləri də bildirir ki, 2020-ci ildə qlobal mühitdəki qeyri-müəyyənliklər şəraitində neftin dünya bazarında qiymətinin dinamikası Azərbaycanın xarici balansına təsir göstərən əsas amillərdən olacaq. Ümumiyyətlə, qlobal əmtəə bazarlarında qiymətlərin fərqli dinamikaya malik olacağı proqnozlaşdırılır. Beynəlxalq Valyuta Fondunun son proqnozlarına əsasən, 2020-ci ildə neftin qiyməti 57,9 dollar təşkil edəcək ki, bu da əvvəlki illə müqayisədə aşağıdır. Neft məhsullarına tələbdə azalma gözləntiləri onu deməyə imkan verir ki, orta və uzunmüddətli dövrdə neftin qiymətinin pik illərində müşahidə olunan səviyyəyə yüksəlməsi ehtimalı yüksək deyil. Bununla belə bəzi neft ixracatçılarına qarşı sanksiyalar və “OPEC plus” tərəfindən hasilatın tənzimlənməsi siyasəti neft qiymətlərinə növbəti ildə də artırıcı təsir edəcək.

Dünya Bankının proqnozlarına görə, 2020-ci ildə qiymətlərin metal üzrə 5,6 faiz, kənd təsərrüfatı məhsulları üzrə isə 0,6 faiz artacağı gözlənilir. Ümumdünya Ticarət Təşkilatının proqnozuna görə, 2020-ci ildə qlobal ticarətin artım tempi 2,7 faiz təşkil edəcək ki, bu da daha öncəki proqnoz göstəricidən 0,3 faiz bəndi azdır. Baza ssenari üzrə proqnozlar Azərbaycanda xarici və daxili balans üzrə əldə edilmiş müsbət meyillərin qorunacağını göstərir. 2020-ci ildə qlobal mühitdəki qeyri-müəyyənliklər şəraitində neftin dünya bazarında qiymətinin dinamikası, ticarət tərəfdaşlarında gedən proseslər, idxaldan asılılığın azaldılması və ixrac potensialının artması Azərbaycanın xarici balansına təsir göstərən əsas amillər olacaq. Neftin müxtəlif qiymət ssenarisi üzrə aparılmış simulyasiyalar 2020-ci ildə neftin dövlət büdcəsində nəzərdə tutulan qiymətinin reallaşması halında cari əməliyyatlar hesabının profisitli olacağını göstərir. Əvvəlki illərdə olduğu kimi, növbəti ildə də cari əməliyyatlar balansının profisiti əsasən xarici ticarət balansı hesabına formalaşacaq. Qeyri-neft ticarət balansı ilə yanaşı, xidmət və ilkin gəlirlər balansında da müsbət meyillərin qalacağı proqnozlaşdırılır. Elə bütün bunlar yeni böhranın Azərbaycana təsirinin  minimal həddə olacağıni da deməyə əsas verir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ