Cümə günü, 16 oktyabr 2026
     

Manatın dollar qarşısında güclənməsi qaçılmaz hala gəlir…

Image


Dünya iqtisadiyyatında bu gün əsas müzakirə mövzularından biri də beynəlxalq ticarətdə hələ əsas valyuta statusunu qoruyub saxlayan dolların növbəti il üçün kursunun necə olacağıdır. Məsələ burasındadır ki, Tramp hökuməti dolların ucuzlaşması üçün fəaliyyətini genişləndirir. ABŞ  hökuməti istəyinə nail olsa, onda dolların gələn il ərzində əhəmiyyətli dərəcədə məzənnə itkisinə məruz qalması qaçılmaz sayılır.

Təbii ki, bu proses Azərbaycana da mütləq mənada öz təsirini göstərəcək. Ümumiyyətlə, gələn il ərzində manatın güclənməsi istiqamətində təzyiqlərin xeyli artması gözlənilir. Gələn ildən etibarən Azərbaycan qazının Avropa bazarlarına çıxması,  qeyri-neft üzrə ixracın artması, turizm, yükdaşımalar kimi sahələrin ölkəyə külli miqdarda valyuta gətirməsi də manatın mövqeyini gücləndirən faktorlar sayılır. Amma təbii ki, ABŞ-ın dollar siyasəti də prosesə birmənalı şəkildə təsir edir. Yeri gəlmişkən qeyd edək ki, əslində bir çox nüfuzlu maliyyə təsisatlarının ekspertləri də 2020-ci ildə ABŞ dollarının məzənnəsinin azalacağı qənaətindədir. Ekspertlərin ümumi proqnozuna əsasən, gələn il ərzində avronun məzənnəsi hazırkı 1,1 dollardan 1,16 dollaradək artacaq. Proqnoza görə, 2019-cu ildə qlobal resessiya gözləntiləri hakim olduğu üçün dollar və dollar aktivləri daha çox satın alınsa da, hazırda dünya iqtisadiyyatındakı vəziyyətə dair narahatlıq səngidiyi, ABŞ Federal Ehtiyatlar Sistemi (FES) faiz dərəcələrini dəyişmək fikrində olmadığı üçün sərmayəçilər daha risqli yatırımlara yönəlir, dolların məzənnəsi də azalır. Belə ki, gələn ilin sonunda avronun dollara qarşı məzənnəsi “Goldman Sachs” bankına görə 1,15, “Deutsche Bank”a görə 1,2 olacaq. “Bank of America”nın ekspertləri isə ABŞ-Çin ticarət qarşıdurmasının mühüm təsiri olacağını, yazda isə sərmayədarların diqqətini ABŞ-dakı qarşıdan gələn və adətən iqtisadiyyat üçün daha çox mənfi rol oynayan prezident seçkilərinin çəkəcəyini bildiriblər. “Bank of New York Mellon”, “Citigroup”, həmçinin “BlackRock” investisiya şirkətinin analitiklərinin proqnozları da dolların ucuzlaşacağını göstərir. Eyni zamanda, “JPMorgan Chase” investisiya bankının ekspertləri qeyd edirlər ki, 2020-ci ildə qlobal iqtisadiyyat ABŞ artımının yavaşlaması səbəbindən çətinliklərlə üzləşə bilər. Bu təşkilatın analitikləri 2020-ci ildə dolların 1,14 səviyyəsinə qədər azalacağını proqnozlaşdırırlar. Həmçinin “Saxo Bank”ın dollar proqnozlarına görə, Asiya ölkələri dollardan imtina edərək öz rezerv valyutalarını buraxacaq. Dollardan silah kimi istifadə olunmasının qarşısını almaq, ticarət müharibələri təhlükəsindən yayınmaq üçün Asiya İnvestisiya İnfrastukturları Bankı yeni valyuta - Asian Drawing Right (ADR) valyutasını dövriyyə buraxacaq. Bu valyutanın 1 vahidi 2 dollara bərabər olacaq. Dollarlaşmadan imtina ABŞ valyutasının bir neçə ayda 20% dəyər itirməsi ilə nəticələnəcək.

Digər tərəfdən, bir çox ölkələr artıq ticarətin milli valyutalar üzərindən həyata keçirilməsi istiqamətində çoxsaylı sazişlər imzalayıb. “Rusiya, Türkiyə, Çin və İran bu istiqamətdə artıq müvafiq addımlar atır. Venesuelada bank əməliyyatlarında dollar istifadə edilmir. Hətta Türkiyə, Rusiya və İran milli pul vahidləri ilə ticarət aparılması məsələsində razılığa gəliblər. Eləcə də Rusiya və Avropa İttifaqı maliyyə əməliyyatlarının rubl və avro ilə aparılması ilə bağlı işçi qrup yaradıb. Rusiya baş nazirinin müavini Anton Siluanov bildirib ki, Moskva bu növ əməkdaşlığın baş tutmasında maraqlıdır. Bir çox böyük Rusiya şirkəti xaricdə dollardan istifadə etmədən iş görməyin yollarını arayır. Dünyanın karat baxımından ən böyük almaz istehsalçısı Rusiyanın "Alrosa" şirkəti çinli müştərləri ilə yuan, hindistanlı müştərləri ilə isə dollar olmayan fərqli vlayuta üzərindən razılıq əldə etdiyini bildirib. "Surqutnefteqaz" enerji şirkəti, "Rusaqro" kənd təsərrüfatı şirkəti və "Norilsk Nikel" mədənçisi də bənzər tranzaksiyalar üzərində işləyir. İraq da artıq bir sıra qarşılıqlı ticarət əməliyyatlarında dollardan imtina edir. Bütün bunlar isə dollara təsirsiz ötüşmür.

Yuxarıda qeyd olunduğu kimi, ABŞ-ın özündə də baş verənlər prosesdə mühüm rol oynayır. Xüsusən də artan xarici borc prosesə öz təsirini göstərir. Qeyd edək ki, Birləşmiş Ştatların dövlət borcu Donald Trampın prezidentliyi dövründə, yəni 20 yanvar 2017-ci il tarixindən bugünə qədər 2 trilyon dollardan çox artıb.  Donald Trampın dövründə keçirilən və ABŞ dövlət büdcəsinə 1,5 trilyon dollara başa gələn vergi islahatları, həmçinin müdafiə xərclərinin artması nəticəsində dövlət borcu görünməmiş sürətlə artır. Eyni zamanda, hökumətin xərclərinə nəzarət olunmaması fonunda dövlət borcunun sürətli artım tendensiyası da davam edir. Artıq bu borc 23 trilyon dollara çatır. ABŞ-da baş verənlər fonunda bazarın əksər iştirakçıları dollar üzrə satış mövqeyindədir. Onların fikrincə, dollarda sürətli məzənnə enişi yaşana bilər. Həmçinin, ABŞ-ın bəzi ölkələrə qarşı iqtisadi savaşı da duruma təsir edir. Məsələn, Çin, Rusiya kimi ölkələr ABŞ-dan aldıqları qiymətli kağızları satır. Bu ölkələrin və digərlərinin istiqraz satışından əldə etdiyi dollar kütləsini satışa çıxaracağı və bu yolla Amerika valyutasının məzənnəsini zəiflədəcəyi gözlənir. Bir sıra ərəb ölkələri də ABŞ qiymətli kağızlarından xilas olmağa çalışır.

Qeyd edilənlər fonunda qarşıdakı dövr ərzində manatın dollar qarşısında artıq müəyyən qədər dəyər qazanması qaçılmaz sayılır. Düzdür, bunu şərtləndirən səbəb təkcə ABŞ-da baş verənlər deyil. Azərbaycanda idxalın getdikcə azalması, ixracın artması da dolların mövqeyini zəiflədir. Bu gedişlə dollara tələbin, sifarişin daha da azalacağı gözlənir. Bu da, təbii ki, manatın məzənnəsinin möhkəmlənməsinə təsir göstərir. Eyni zamanda, ölkəyə daxil olan dollar kütləsinin sürətli artımı da prosesə təsir edir.  Məhz bu durumda gələn il ərzində manatın güclənməsi istiqamətində təzyiqlərin xeyli artacağı gözlənir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ