Cümə günü, 16 oktyabr 2026
     

Bu il pambıqdan 111 milyon dollar gəlir – pambığı 1 milyon tona çatdırmağı bacarmayan icra başçıları olmasaydı...

Image


Son illər ölkəyə daha çox valyuta gətirən kənd təsərrüfatı məhsullarının istehsalına geniş meydan açılıb. Bu sahədə yaradılan əlverişli şərait, iqtisadi potensialdan səmərəli istifadə, ixracyönümlü məhsul istehsalının təşviqi üçün həyata keçirilmiş tədbirlər də, öz növbəsində, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələr əldə etməyə imkan yaradır.

Prezident İlham Əliyev pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı keçirilən müşavirədə bildirdi ki, 2019-cu ilin doqquz ayında pambıqçılıq Azərbaycana 111 milyon dollar gəlir gətirib: “111 milyon dollar dəyərində məhsul, o cümlədən, 87 milyon dollarlıq mahlıc, 22,5 milyon dollarlıq pambıq ipliyi və 2 milyon dollarlıq pambıq yağı ixrac edilib. Eyni zamanda, pambıqçılıq sənayesinin tullantılarından heyvan yemi kimi də istifadə olunur. Pambıq yığımı, demək olar ki, başa çatıb. Bu il rekord göstərici əldə olunub, 294 min ton pambıq yığılıb və hər hektardan məhsuldarlıq orta hesabla 29,4 sentner təşkil edib. Bu, doğrudan da çox böyük göstəricidir və onu göstərir ki, son illər ərzində pambıqçılıqda inkişafla bağlı atılmış bütün addımlar öz səmərəsini verməkdədir. Bu bir daha onu göstərir ki, dövlət dəstəyi olmadan pambıqçılıq inkişaf edə bilməz”.

Statistikaya nəzər salsaq görərik ki, sovet dönəmində Azərbaycanda 200 min hektarda pambıq əkilib. Birinci mərhələdə 300 min tona yaxın məhsul götürülüb. Yəni məhsuldarlıq orta hesabla 15 sentner səviyyəsində idi. Ancaq 1980-ci illərin əvvəllərində həm məhsuldarlıq artaraq 30 sentnerə yaxınlaşıb, hətta bir neçə ildə 30 sentnerdən də üstün idi və pambıq tədarükü sabit surətdə təqribən 800 min ton səviyyəsində olub. 1981-ci ildə isə bu rəqəm 1 milyon tona qalxıb. Sonrakı dövrdə pambıqçılıqda məhsuldarlıq aşağı düşdü.

Sön illər dövlətin pambıqçılığın inkişafına marağı artıb. Bunun nəticəsidir ki, son 4 ildə məhsuldarlıq 35 min tondan 294 min tona yüksəlib. “Pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nda xam pambıq istehsalının 500 min tona çatdırılması qarşıya məqsəd qoyulub.

Bütün bu deyilənlərin fonunda, 300 min tona yaxın pambıqdan 111 milyon dollar gəlir əldə edilibsə, pambıq istehsalı 1 milyon tona çatdırılsa, o zaman bundan nə qədər gəlir əldə olunacaq?

  • “...2 milyard manatlıq idxalın qabağını ala bilsək...”

Məsələyə münasibət bildirən kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirlinin fikrincə, pambıqçılığın inkişafı ilə bağlı kompleks işlər görülsə, o zaman bundan əldə olunan gəlirlərin həcmi qat-qat böyük olacaq: “Bir məqamı qeyd edim ki, pambıq əkini sahələrini əvvəlki kimi genişləndirə bilmərik. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri var. Başlıca səbəbi onunla bağlıdır ki, pambıq əkini üçün çox yararlı olan torpaqlarımızın bir qismi işğal altındadır. O üzdən, hazırda pambıq əkini 14-15 rayonda aparılır. Bunlar əsasən Aran rayonlarıdır. Aran rayonlarında da torpaqların meliorativ vəziyyəti, strukturu ötən illər ərzində kifayət qədər pisləşib. Ümumi torpaq fondumuzun hardasa 47 faizi şoranlaşıb və digər proseslərə məruz qalıb. Ona görə də birdən-birə pambıq istehsalını o səviyyəyə qaldırmaq çətindir. Həm də ona görə ki, pambıq texniki bitkidir. Burada ilkin və dərin emal sənayesi tələb olunur. Biz hələ ki, emal sənayesini şaxələndirə bilməmişik. Pambığı yalnız xammal şəklində sata bilirik. Hesab edirəm ki, biz mövcud potensialımızı düzgün dəyərləndirə bilsək, pambıqçılıqdan böyük həcmdə gəlir əldə edə bilərik. Bu gün elə innovasiyalar var ki, onları pambıq istehsalına tətbiq edib məhsuldarlığı artırıb daha çox gəlir əldə etmək mümkündür. Yəni əkin sahələrini artırmaqla yox, digər vasitələrlə daha çox gəlir əldə etmək olar. Buna necə nail olmaq olar? Ən başlıcası, heç şübhəsiz, burada emal zənciri olmalıdır. Biz hazırda pambığı xammal şəklində satdığımız halda 111 milyon dollar qazanmışıq. Bundan əldə etdiyimiz gəliri verib hazır trikotaj məhsulları alırıq. Ona görə də ölkədə çox güclü emal sənayesi qurulmalıdır. Özü də pambıq emalı bir istiqamət üzrə yox, bir neçə istiqamət üzrə olmalıdır. Çünki pambıqdan bir neçə cür məhsul alınır. Belə ki, mahlıc, iplik və digər trikotaj məhsulları alınır. Sovet dönəmində pambıqçılıqda əldə olunan uğurun kökündə emal sənayesinin mükəmməl qurulması dayanırdı. Pambıqçılıqda rentabelliyi artırmaq üçün hökmən milli toxumçuluq sistemi yaratmalıyıq. Bu gün biz toxum məsələsində birmənalı olaraq xaricdən asılıyıq. Məsələn, 100 min hektarda pambıq əkmək üçün biz 11 milyon dollardan artıq toxuma pul veririk. Hansı ki, həmin toxumlar bizim region üçün o qədər də xarakterik deyil, gec yetişir. Ona görə də yerli xüsusiyyətlərə uyğun toxum sortları yaradılmalıdır. Tezyetişən sortlar yaradılmalıdır”.

N.Nəsirlinin fikrincə, dünyada harada pambıqçılıq inkişaf edirsə, orada yan sahələr də inkişaf edir: “Məsələn, pambıqçılığın inkişafı heyvandarlığa da müsbət təsir edir. Pambığın müəyyən tullantıları olur. Adicə pambıq əkilən sahənin özü heyvandarlıq üçün bir yem mənbəyidir. Pambıq emal ediləndən sonra çiyid əldə olunur. Çiyidin tullantıları heyvandarlıq üçün qiymətli yem mənbəyidir. Biz hələ buna nail ola bilməmişik. Hesab edirəm bu çox vacibdir. Digər tərəfdən, pambıq olan yerlərdə arıçılıq çox geniş inkişaf edir. Pambıqdan alınan bal dünyada satılan ən bahalı ballar sırasındadır. Pambıqçılıq həm də təkrar əkinçiliyə, torpaqların münbitləşməsinə təkan verir. Başqa bir tərəfdən, pambıq çöpləri mebel sənayesi üçün vazkeçilməz xammal mənbəyidir. Hələ də bizdə mebel sənayesi xammalı kənardan gətirir. Hesab edirəm ki, pambıqçılığa kompleks yanaşma olsa, innovasiyalardan istifadə edilsə, əldə etdiyimiz gəlir indikindən qat-qat böyük olacaq. Ümumdaxili məhsul dövriyyəsinin 5 milyard manatı kənd təsərrüfatının payına düşür. Həmin gəlirin də tən yarısı ilə biz trikotaj və tekstil məhsulları alırıq. Pambıqçılığı inkişaf etdirməklə, ən azından, bunun qarşısını alarıq. Yəni, ən azı, 2 milyard manatlıq idxalın qabağını ala bilsək, bunun özü böyük şeydir. Üstəlik, pambıqçılıqla bağlı sənaye sistemi qurulsa, çoxsaylı insan işlə təmin ediləcək”.

Vidadi ORDAHALLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ