Cümə günü, 16 oktyabr 2026
     

Milli pambıqçılıqda iplik və yüngül sənaye müəssisələri problemi…

Image


Bu gün ölkədə ən dinamik şəkildə inkişaf edən sahələrdən biri kimi aqrar sektorun çıxış etməsi heç kimə sirr deyil. Dövlət tərəfindən göstərilən xüsusi diqqət aqrar sahənin tərəqqisində yeni mərhələ açıb.

Ümumiyyətlə, son illər dövlət tərəfindən kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlər və dəstək mexanizmləri sayəsində bu sektorda əsaslı inkişaf qeydə alınır. Xüsusilə də “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” təsdiq edildikdən sonra kənd təsərrüfatının bütün sahələri üzrə artım müşahidə olunur. Belə ki, 2018-ci ildə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq üzrə ümumi daxili məhsul 2015-ci illə müqayisədə 24,7 faiz artaraq 4,2 milyard manata çatıb. 2019-cu ilin yanvar-noyabr ayları ərzində isə kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1 faiz artıb. Görülən tədbirlər sayəsində dinamik artımın davam etməsi gözlənilir.
Aqrar sahədə müəyyən istiqamətlər üzrə daha yüksək nəticələrin əldə eilməsi də diqqət yetirilən əsas istiqamətlərdən biridir. Artıq məlumdur ki, dövlətin xüsusi diqqət yetirdiyi sahələrdən biri də pambıqçılıqdır və son illər ərzində pambıqçılığın inkişafı ilə bağlı atılmış addımlar öz səmərəsini verməkdədir. Ölkədə artan istehsal da bunun əyani təsdiqi sayıla bilər. Digər tərəfdən, indi bu sahədə ən qabaqcıl texnologiyalar belə tətbiq edilir. Belə ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müxtəlif ölkələrin qabaqcıl təcrübələri öyrənilir və pilot layihələr həyata keçirilir. Eyni zamanda, innovativ texnologiyalardan istifadənin genişləndirilməsi məqsədilə nümunəvi təsərrüfatların yaradılmasına başlanıb. Məsələn, artıq məlmdur ki, Ucar rayonunda Çin texnologiyası və Beyləqan rayonunda Türk texnologiyası əsasında pambıq istehsalı üzrə pilot layihələr həyata keçirilib. Çin texnologiyası ilə hər hektardan 60 sentner, Türk texnologiyası ilə isə 58 sentner xam pambıq istehsal olunub.
O da bəllidir ki, bu istiqamətdə görülən işlərin əsas məqsədlərindən biri də aqrar sahədə məşğulluğun artımına nail olmaqdır. Ekspertlər də bildirir ki, həyata keçirilən siyasətin bir məqsədi məhz əhalinin rifahını yüksəltməkdir. O baxımdan ki, pambıqçılıq yüksək əməktutumlu sahələrdən biridir. Pambıqçılığın paralel olaraq digər sahələrin də inkişafını stimullaşdırması bu sahənin sosial əhəmiyyətini daha da artırmış olur. Eyni zamanda, hesablamalara görə, məhsuldarlıq göstəricisinin 30 sentnerə çatdırılması hər hektar pambıq sahəsindən təxminən 1500 manata yaxın mənfəəti təmin edir. Amma real vəziyyət burada bəzi problemlərin olduğunu da üzə çıxarır. Söhbət artan istehsal fonunda emal sahəsinin azlığından gedir.
Bu barədə danışmazdan əvvəl qeyd edək ki, artıq ölkədə pambıq yığımı başa çatıb və elə bu günlərdə Prezident İlham Əliyevin yanında keçirilən müşavirədə əldə olunan nəticələr müvafiq icra orqanlarının iştiraki ilə müzakirə olunub. Burada bir daha bəlli oldu ki, son üç ildə hər hektar üzrə orta məhsuldarlıq 15 sentnerdən 30 sentnerə, ümumi tədarük həcmi isə dəfələrlə artırılaraq 294 min tona çatdırılıb. Tədarük probleminin həlli də burada öz sözünü deyir. Xatırladaq ki, əvvəlki illərdə pambıq tədarük edən cəmi bir şirkətin olması və qiymət başda olmaqla, bütün istehsal şərtlərinin tədarükçü şirkət tərəfindən müəyyən edilməsi fermerləri qane etmədiyi üçün pambıq əkininə maraq az idi. Buna paralel olaraq, texnika və avadanlıq çatışmazlığı, əl əməyinə ehtiyacın çox olması, xüsusilə əllə yığım istehsalın maya dəyərinin artmasına səbəb olurdu. Suvarmada olan çətinliklər də məhsuldarlığın və pambıqçılıqda rentabelliyin aşağı düşməsinin başlıca səbəbləri idi. Amma son 4 ildə vəziyyət dəyişdi. Xüsusən də 2015-ci ildən etibarən pambıqçılığa yeni yanaşma burada tənəzzülün dayanmasını və inkişafın təmin olunmasını dəstəklədi. Belə ki, yeni yaradılmış tədarükçü şirkətlərin texniki bazasının formalaşdırılması üçün dövlət dəstəyi göstərildi və nəticədə tədarükçü şirkətlərin fermerə dəstək imkanları artdı. Şirkət dəstəyi ilə fermerlərin daha ucuz və keyfiyyətli xidmətin əlçatanlığı ilə aqrotexniki tədbirlərin vaxtında aparılması təmin edildi. Yüksək məhsuldarlıq üçün dövlət tərəfindən güzəştli qiymətlərlə mineral gübrə və pestisidlərin təmin edilməsi də öz sözünü dedi. Dövlət tərəfindən hər kiloqram pambığa görə subsidiya verilməsi bu sahəyə marağın artmasına, paralel olaraq fermerin məhsuldarlığa diqqətinin çoxalmasına imkan verdi. Bu fonda hesab edilir ki, 2020-ci ildən etibarən hər hektar pambıq əkini üçün əlavə 220 manat torpaq subsidiyasının verilməsi pambıqçılığa marağın daha da atmasını təmin edəcək.
O da faktdır ki, son illərdə məhsuldarlığa paralel olaraq ümumi istehsal həcminin artması fonunda mahlıc və pambıq ipliyinin ixracında artım müşahidə olunur. İndi pambıq və iplik qeyri-neft məhsulları arasında ixrac həcminə görə 3-cü sırada qərarlaşıb. İri ixracatçı şirkətlərin sıralamasına nəzər salsaq, əksər pambıq tədarükü ilə məşğul olan şirkətlərin adı ilk onluğa daxil olub. Ən böyük ticarət tərəfdaşlarımız olan Türkiyə və Rusiyanın pambıq mahlıcına olan tələbini nəzərə alsaq, ölkəmiz daha böyük həcmdə ixrac potensialına malikdir. Amma real vəziyyət burada emal sahəsində çatışmazlıqların olduğunu göstərir. Bunu ekspert Cəfər İbrahimli də diqqətə çatdırır:“Hazırda pambığın xammal kimi ixracından daha çox, əlavə dəyər zənciri yaratmaq məqsədilə yeni iplik və yüngül sənaye müəssisələrinin fəaliyyətinin genişləndirilməsinə ehtiyac var. Digər tərəfdən, ölkədə pambıq tədarükünün davamlılığının təmin olunması, yüngül sənaye müəssisələrinin yaradılması və fəaliyyətinin bərpa olunması fonunda daxili bazarın bu mallara olan tələbatının qarşılanmasına və bu sahədə idxalın azaldılmasına dəstək veriləcəyi gözlənilir. Eyni zamanda, pambıqçılığın inkişafı kənd yerlərində, eləcə də yüngül sənayenin inkişafı fonunda şəhər və rayon mərkəzlərində məşğulluğun artmasına kömək edəcək”. Hesab edilir ki, yeni iplik və yüngül sənaye müəssisələrinin yaradılması geniş vüsət alsa, Azərbaycan pambıqçılıqdan daha çox qazanar. Bu mənada, özəl sektorun həmin sahəyə cəlb edilməsinə də ehtiyac böyükdür.

Ramil QULİYEV 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ