şənbə günü, 17 oktyabr 2026
     

2018-ci ildə Azərbaycanın xarici ölkələrdə ən böyük investisiyaları…

Image


Pərviz Heydərov: “Ümumilikdə, ötən il azərbaycanlı investorların xaricdəki investisiyalarının ümumi dəyəri…”

 

Dünyanın dinamik inkişaf edən ölkələri sırasında yer alan Azərbaycan həyata keçirilən uğurlu siyasətin məntiqi nəticələrindən biri kimi, sosial-iqtisadi tərəqqi sahəsində özünəməxsus mütərəqqi bir modelin əsasını yaradaraq, günü-gündən qüdrətlənən bir ölkəyə çevrilib.

Qazanılan uğurların miqyasının davamlı olaraq genişləndirilməsi Azərbaycanın inamla və böyük nailiyyətlərə imza atmaqla irəlilədiyi inkişaf yolunun prioritet istiqamətidir. İqtisadi cəhətdən davamlı olaraq güclənən, paralel şəkildə böyük müvəffəqiyyətlərlə nəticələnən siyasi islahatlar aparan Azərbaycan bununla həm də beynəlxalq miqyasda qazandığı nüfuzunun daha da yüksəlməsinə nail olur.

Danılmaz faktdır ki, hazırda Azərbaycan dünyanın potensial investorlarından birinə çevrilməkdədir. Elə bu səbəbdən Azərbaycan sərmayəsini gözləyən müxtəlif xarici dövlətlərin sayı durmadan artır, ölkəmizə sözügedən məsələ ilə əlaqədar ünvanlanan əməkdaşlıq təklifləri çoxalır. Böyük maliyyə imkanlarına malik Azərbaycan isə, öz növbəsində, maraqlarının təmin olunması şərtilə son bir neçə ildə ayrı-ayrı xarici ölkələrə artıq dəyəri milyardlarla dollar həcmində olan investisiyalar yatırıb.

Qoyulan bu sərmayələr Azərbaycanın iqtisadi cəhətdən daha da güclənməsinə yol açmaqla bərabər, onun ümumi maraqlarının təmin edilməsində vacib rol oynayır. Prezident İlham Əliyev bununla əlaqədar deyib ki, xaricə qoyduğumuz milyardlarla ölçülən investisiyalar Azərbaycanın maraqlarını təmin edir: “Gələcəkdə bu, bizə ondan da çox gəlir gətirəcəkdir. Çünki bütün bu investisiyalar iqtisadi amillərə söykənir. Yəni bu, kommersiya yönümlü investisiyalardır. Bilirik ki, biz ondan da çox mənfəət götürəcəyik. Ancaq bu gün yox, 5 ildən, 10 ildən sonra. Ona görə bu baxımdan həmin investisiyaların çox böyük əhəmiyyəti var. Bu, Azərbaycanın gələcəyinə qoyulan vəsaitdir. Gələcək nəsillər, bax, bu gün qoyulan o sərmayənin nəticələrini görəcəklər, biz də görəcəyik".

Azərbaycan daxili sərmayələrlə yanaşı, xarici ölkələrə də böyük həcmdə investisiyalar yatırır. Bunlardan biri və ən böyüyü oktyabrın 19-da Türkiyənin İzmir şəhərində Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə açılışını etdikləri “Star” neft emalı zavodudur. Bu zavod Türkiyədə özəl sektora yatırılan ən böyük investisiya layihəsidir. Dünyanın bir çox ölkələrində hələ də maliyyə böhranının hökm sürdüyü indiki zamanda “Star” kimi nəhəng bir müəssisənin ərsəyə gətirilməsi Azərbaycanın iqtisadi qüdrətinin əyani göstəricisidir. Bütün bunlar, əlbəttə ki, Azərbaycan dövlətinin həyata keçirdiyi düzgün və məqsədyönlü iqtisadi siyasət nəticəsində mümkünləşir.

Təkcə 2018-ci ildə Azərbaycan tək ölkə daxilinə deyil, xarici ölkələrə də investisiya yatırıb. Cari ildə Azərbaycan bir sıra xarici ölkələrə investisiya yatırıb. Onlardan ən böyüyü Türkiyədə açılan “Star” neft emalı zavodudur.

Son  bir il ərzində Azərbaycanın xarici ölkələrə yatırdığı sərmayə haqqında danışan iqtisadçı-ekspert Pərviz Heydərov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, 2017-ci ildə Azərbaycandan xaricə birbaşa investisiyanın həcmi isə 2016-cı illə müqayisədə 0,4 azalaraq 2 mlrd. 564 mln. dollar olub. Ümumilikdə, ötən il azərbaycanlı investorların xaricdəki investisiyalarının ümumi dəyəri 22,059 milyard dollara bərabər olub: “2018-ci ilin yanvar-sentyabr ayları ərzində isə Azərbaycandan 2 milyard 103 milyon dollar həcmində kapital xaricə çıxarılıb. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 16 milyon 800 min dollar çoxdur. Ölkəmizin ən çox investisiya yatırdığı ölkələr Türkiyədir, Gürcüstandır. 2018-ci ildə baş verən ən mühüm müsbət iqtisadi hadisələr sırasına ölkəmizdən kənarda 6,3 milyard dollarlıq vəsait yatırılaraq, ilk nəhəng emal müəssisəsinin Türkiyədə açılması oldu. “Star” zavodunun təməli 7 il qabaq, 2011-ci ildə qoyulmuşdu. Zavod İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşa edilib. “Star” zavodunun ümumi neft emalı gücü 10 milyon ton təşkil edəcək ki, müəssisənin əsas xammal tədarükçüsü kimi SOCAR özü çıxış edəcək. SOCAR-ın inşa etdiyi bu zavodda bu ilin avqust ayından etibarən sınaq məqsədilə artıq ilk xam neft də emal olunmuşdu. Və bu neft də məhz bizim 80 min ton “Azeri Light” markalı neft olmaqla, ölkəmizdən çatdırılıb. Təbii ki, havayı deyil.

Ümumiyyətlə, zavodun hər iki tərəf üçün böyük xeyri olacaq. Türkiyə bu zavodun işə düşməsilə bir sıra mühüm enerji daşıyıcıları məhsullarının kənardan idxalından asılılıqdan qurtulacaq. Ölkəmizə gəldikdə, birincisi, xaricə ixrac etdiyimiz neftimizin bir hissəsi üçün stabil bir alış yeri qazandıq. “Star” neft emalı zavodunda hər il 10 milyon ton xam neft emal olunacaq. Bu, qiymətlərdən asılı olaraq, ildə 300-400 milyon dollar arası təmiz gəlir deməkdir. İkincisi, istehsal olunacaq neft məhsullarının satışından əlavə gəlir əldə olunacaq. Və bu sahədə qardaş ölkənin daxili bazarında, bir növ, söz sahibi olacağıq. Üçüncüsü isə, SOCAR-ın istənilən halda gəlirləri artacaq ki, bu da ölkəmizin dövlət büdcəsinə ödəmələri genişləndirəcək. Ümumiyyətlə, Türkiyə tərəfinin neft məhsulları idxalında hər il 1,5 milyard dollar məbləğində qənaətə nail olacağı bilavasitə SOCAR-ın gəlirinin artması ilə müşahidə olunacaq. Təsadüfi deyil ki, növbəti mərhələdə əlavə olaraq hələ 700 milyon dollar da yatırım ediləcək. Bu, dayanıqlı və yüksək gəlirə nail olmaq üçün ediləcək”.

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkikatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ