şənbə günü, 17 oktyabr 2026
     

Rusiya əsas diqqətini Azərbaycanın tranzit yükdaşıma imkanlarına yönəldir

Image


Cənubi Qafqazda artıq Azərbaycanı özünün əsas müttəfiqi qismində görən şimal qonşumuz üçün hazırda əsas prioritetlərdən biri ölkəmizlə iqtisadi müstəvidə əməkdaşlığı daha da genişləndirməkdir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da vurğulayır ki, ölkəsinin Azərbaycanla ikitərəfli münasibətlərin inkişafı ilə bağlı böyük planları var: “Ümid edirik ki, gələn il tərəfdaşlarımız, müttəfiqlərimiz və dost ölkələrlə münasibətlərimiz uğurla inkişaf edəcək. Bizim xüsusilə Azərbaycanla ikitərəfli münasibətlərin inkişafı ilə bağlı böyük planlarımız var”.

Ümuiyyətlə, Kremlən müxtəlif sahələr üzrə Bakı ilə əməkdaşlığın genişləndirilməsində maraqlı tərəf olduğunu gizlətmir. İndiki şəraitdə Moskvanın xüsusi diqqət mərkəzində yer alan məqam iqtisadi müstəvidə münasibətləri daha da genişləndirməkdir. Bu xüsusda Rusiya üçün prioritet məsələlərdən biri ölkəmiz üzərindən dünya bazarlarına daha çox yükün çıxarılmasına nail olmaqdır. "Şimal-Cənub" dəhlizi işə düşdükdən sonra bu xüsusda daha genişmiqyaslı işlərin görülməsi nəzərdə tutulur. Belə bir vaxtda isə bəlli olub ki, Azərbaycan, İran və Türkiyədən Rusiyaya meyvə və tərəvəz tədarükünü nəzərdə tutan logistik mərkəz bu ilin sonunadək ilk yükləri qəbul edəcək. 2019-cu ildə mərkəz vasitəsilə 1 milyon tona qədər məhsul tədarükü planlaşdırılır. Həmin yüklər məhz Azərbaycan üzərindən Rusiyaya daşınacaq. Həştərxan vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri vəzifəsini müvəqqəti icra edən Denis Afanasyev qeyd edib ki, Azərbaycanın "KDY Logistics" şirkəti layihənin hazırlanma mərhələsini demək olar ki, başa çatdırıb: "Azərbaycan, Türkiyə və İranla razılaşdırmalar aparılıb. Bu ilin sonunadək dəmir yolu nəqliyyatı ilə məhsulun birinci partiyasının gəlməsini gözləyirik. Gələn il ərzində mərkəz vasitəsilə Azərbaycan, Türkiyə və İrandan 1 milyon tona yaxın yük tədarük olunacaq. Hazırda bu ölkələrdən meyvə və tərəvəz, əsasən dəniz yolu ilə çatdırılır ki, bu da rütubətin çox olması səbəbindən məhsulun xarab olmasına gətirib çıxarır. Məhsulun xüsusi dəmir yolu nəqliyyatı ilə daşınması bu problemin həllinə kömək olacaq. Layihənin reallaşdırılması regionda 3 minə yaxın iş yerinin yaradılmasına imkan verəcək". Qeyd edək ki, Həştərxanda dəmir yolu mərkəzinin yaradılması ilə Azərbaycanın "KDY Logistics" şirkəti Rusiya Dəmir Yolları ilə birgə məşğul olur. Logistika mərkəzi Kutum stansiyasında 50 hektar sahədə yaradılır. Şəbəkə məhsulların daşınmasına çəkilən xərclərin və çatdırlıma müddətinin azaldılmasına şərait yaradacaq.

Azərbaycan üzərindən daşınan yüklərlə bağlı Rusiyanın daha bir mühüm qərarı tariflərlə bağlıdır. Belə ki, "Rusiya Dəmir Yolları" ASC Azərbaycan istiqamətində taxıl yüklərinin daşınmasına endirim tətbiq edilməsinə qərar verib. Azərbaycanla sərhəddə yerləşən Samur stansiyasından keçməklə Böyük Kəsik (Azərbaycan) - Qardabani (Gürcüstan) sərhəd keçidinə doğru hərəkət edən yüklərin daşınmasına 2019-cu il yanvarın 1-dən 2020-ci il dekabrın 31-dək 50% endirim tətbiq olunacaq.

Eləcə də "tarif dəhlizi" çərçivəsində qərarlardan biri ölkə xaricinə göndərilən metallurgiya müəssisələrinin məhsullarına aiddir. Yuxarıda qeyd olunan istiqamətdə  hərəkət edən yüklərin daşınmasına 2020-ci il dekabrın 31-dək 50% endirim tətbiq olunacaq. "Rusiya Dəmir Yolları" ASC bildirir ki,  onlar iki il müddətinə götürülür ki, bu da yükdaşımalar üçün nəqliyyat xərclərinin proqnozlaşdırılmasını təmin edəcək və gələcək üçün malların daşınma həcmini sabit tutacaq. Bütün bunlar Rusiyanın Azərbaycan üzərindən daha çox məhsul daşımasını təmin edəcək. Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev baş verənləri həm də iki ölkə rəhbərinin fəaliyyətinin nəticəsi kimi qiymətləndirir: "Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev bu ilin sentyabrında Soçidə görüşəndə bir sıra sənədlər imzalayıblar. Bu sənədlərdən biri Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığının prioritet istiqamətləri haqqında Birgə Bəyanatdır. Bu sənəd əsasında beş yol xəritəsi işlənib hazırlanıb. Həmin xəritələrdə ticarət, nəqliyyat, büdcə-vergi sektorunun rəqəmsallaşdırılması və müştərək müəssisələrin yaradılması, habelə humanitar əməkdaşlıq sahələrində ölkələrimizin qarşılıqlı fəaliyyəti ətraflı şərh edilib. Ölkələrimizin başçılarının qarşıya qoyduqları əsas vəzifələrdən biri kənd təsərrüfatı məhsulları ticarətini genişləndirməkdir. Rusiya bazarı Azərbaycan malları mağazalarının açılmasına hazırdır. Energetika sahəsində “Rosneft” və SOCAR şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunun dibinin - “Qoşadaş” yatağının və Abşeron yarımadasında dənizin dayaz sulu hissəsinin şimalındakı yataqların neft və qaz potensialının birgə öyrənilməsi barədə saziş imzalayıblar. “Yaşma-Dərbənd” ikinci dövlətlərarası elektrik ötürücü xəttinin tikintisi planlaşdırılıb ki, bu da Rusiya ilə Azərbaycanın enerji təhlükəsizliyinə öz töhfəsini verməlidir.

Nəqliyyat sahəsində “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə xüsusi diqqət yetiriləcək. Bu dəhliz nəinki Rusiya ilə Azərbaycanın tranzit imkanlarını xeyli artıracaq, həm də ticari-iqtisadi əlaqələri genişləndirəcək. Hazırda nəqliyyat dəhlizinin ayrı-ayrı hissələrində işlər aparılır. Məsələn, gələn il sərhəddəki Samur çayı üzərindən birgə körpünün inşasını başa çatdırmaq, habelə “Yaraq-Qazmalar” sərhəd məntəqəsinin buraxılış qabiliyyətini artırmaq üçün onu yenidən qurmaq nəzərdə tutulur”. O qeyd edir ki, qarşıdakı dövr ərzində Rusiya və Azərbaycan iqtisadi sahədə daha sıx əməkdaşlığa başlayacaq.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkikatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ