“Aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən bütün tədbirlər, imzalanan sənədlər bu qəbildən olan insanların həyat şəraitinə müsbət təsir edir. Prezident İlham Əliyevin aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında imzaladığı sərəncam aztəminatlı ailələrə güclü stimul verəcək. Məlumdur ki, ki, qarşıdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı gəlir və ölkə başçısı onların da bayramı yüksək əhval-ruhiyə ilə qarşılamaları üçün belə bir sərəncam verib. Aztəmiantlı ailələr bu sərəncamı böyük sevinclə qarşılayır. Dövlətimiz davamlı əhalinin bütün təbəqələrinin sosial rifah halının yüksəldilməsinə yönəlik addımlar atır”.
Bu fikirləri “Bakı-Xəbər”ə Prezident İlham Əliyevin aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında imzaladığı sərəncama münasibət bildirərkən millət vəkili Rüfət Quliyev deyib.
R.Quliyev vurğulayıb ki, ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdəfəlik yardımın ödənilməsi üçün 5 milyon manat vəsaitin ayrılması təqdirəlayiqdir. “Aztəminatlı ailələr mütamadi olaraq dövlət qayğısını hiss edir və bundan stimul alırlar. Bu sərəncam da sözügedən qayğı siyasətinin davamıdır”-deyə millət vəkili qeyd etdi.
İradə SARIYEVA