çərşənbə günü, 19 avqust 2026
     

Məqsəd daha əlverişli və hamı üçün eyni biznes mühiti yaratmaqdır

Image


Vergilər nazirinin müavini Sahib Ələkbərov 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı ATV-də yayımlanan «İqtisadi zona» proqramının suallarını cavablandırıb.

Şəffaflıq birinci şərtdir

Vergilərlə bağlı hansı sahələrdə şəffaflaşmaya daha çox ehtiyac olması və Vergi Məcəlləsində edilmiş dəyişikliklərin sahibkar və dövlət maraqları baxımından izahı barədə sualı cavablandıran Sahib Ələkbərov bildirib ki, Vergilər Nazirliyi həyata keçirilən islahatlarda şəffaflaşmaya xüsusi önəm verir: «Vergiyə münasibətdə şəffaflaşmadan yalnız iki məsələ kənarda qala bilər: dövlət sirri və vergi sirri. Qalan bütün sahələrdə şəffaflaşma təmin olunmalıdır və bu, dövlət başçısının bizim qarşımızda qoyduğu ən əsas məsələlərdən biridir.

Vergi Məcəlləsinə dəyişikliklərə və bütövlükdə vergi sistemində həyata keçirilən islahatlara sahibkarların və vətəndaşların, eləcə də dövlətin maraqları baxımından yanaşılır. Xərc və əziyyət çəkib iş quran sahibkarın marağı mümkün qədər çox mənfəət əldə etməkdir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan vətəndaş da işləyir, zəhmət çəkir və çalışır ki, yüksək əməkhaqqı alsın. Bunlar tamamilə təbiidir. Amma hər kəs əldə etdiyi gəlirdən, aldığı əməkhaqqıdan dövlətə vergi ödəməlidir. Bu hər bir vətəndaşın borcudur: Konstitusiyamızın 73-cü maddəsində də təsbit olunub ki, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur».

Ən ciddi və həssas məsələlərdən biri dövlət maraqları ilə vətəndaş  və sahibkarın maraqlarının uzlaşdırılmasıdır. «Dövlətin büdcəsinin gəlirlərinin böyük hissəsi vergi daxilolmaları hesabına formalaşır və bunun sayəsində də dövlət milli təhlükəsizliyin və asayişin təmin olunması, əhalinin rifah halının daha da yaxşılaşdırılması, təhsilin, səhiyyənin inkişafı və üzərinə düşən sair vəzifələrin icrası ilə bağlı xərclərini qarşılayır. Digər tərəfdən, dövlət vergiləri müəyyən edərkən vergi dərəcələrinin optimallığına xüsusi əhəmiyyət verir. Çünki vergi dərəcələrinin yüksək olması sahibkarın mənfəət əldə etmək və vergiləri ödəmək imkanlarını məhdudlaşdıra bilər. Vergi dərəcələri aşağı olanda isə, əksinə, dövlət büdcəsinin gəlirlərinin formalaşmasında çətinlik yarana bilər. Yəni bütün bunlar bir-biri ilə sıx bağlı olan məsələlərdir. Ona görə də Azərbaycan dövləti bu məsələni xüsusi həssaslıqla tənzimləməyə, elə bir vergi mexanizmi müəyyənləşdirməyə çalışır ki, sahibkarlar və vətəndaşlar dövlət tərəfindən müəyyən olunmuş vergiləri könüllü surətdə, heç bir çətinlik çəkmədən ödəyə bilmək iqtidarında olsunlar. Vergi orqanları da öz növbəsində ölkə başçısının tapşırıqlarına uyğun olaraq, daim vergi inzibatçılığını təkmilləşdirməyə, sahibkarlar üçün daha əlverişli biznes mühiti formalaşdırmağa, nəzarət tədbirlərinin sayını ildən-ilə azaltmağa çalışır. Təkcə onu qeyd etmək kifayətdir ki, bu ilin ilk on ayı ərzində səyyar vergi yoxlamalarının sayı təxminən üç dəfə azaldılıb, orta hesabla 300 vergi ödəyicisindən yalnız birində səyyar vergi yoxlaması aparılıb. Məqsəd sahibkarların sərbəst fəaliyyət göstərməsi üçün münbit şərait yaratmaqdır»...

500 mindən çox vətəndaş əmək­haqqıdan tutulan gəlir vergisi ilə bağlı güzəştdən faydalanacaq

Sahib Ələkbərov daha bir mühüm məsələni - əməkhaqqıdan tutulan gəlir vergisi ilə bağlı islahatların mahiyyətini də şərh edib. Edilən dəyişikliyin sahibkarlar və vətəndaşlar üçün çoxlu faydalar verəcəyini vurğulayan nazir müavini bildirib ki, bu mövzunun daha çox müzakirə olunması təbiidir, çünki hamının maraqları ilə səsləşir: «Vergi Məcəlləsinə edilən dəyişikliklərlə ilk dəfə olaraq vergidən azad olunan əməkhaqqının məbləği 8.000 manata qədər artırılıb. Dövlət və neft-qaz sektorunda çalışanlar istisna olmaqla, yalnız qeyri-dövlət sektorunda çalışan 500 mindən çox adam bu vergi güzəştlərindən faydalana biləcək və yeddi il onlar əmək­haqqıdan gəlir vergisi ödəməyəcəklər. 2019-cu ilin büdcəsində gəlir vergisi üzrə daxilolmaların 316 milyon manat azaldılması nəzərdə tutulub. Bütövlükdə planlı şəkildə dövlət büdcəsinə vergi daxilolmalarında azalma təxminən 400 milyon manata yaxındır. Bu isə o deməkdir ki, həmin vəsaitlər sahibkarların və vətəndaşların sərəncamında qalacaq...

Bu güzəştin yalnız qeyri-neft-qaz, özəl sektora aid olmasını, mediada bəzən məsələnin mahiyyətinə varmadan, diskriminasiya kimi dəyərləndirənlər də olur. Məsələni belə qoyurlar ki, bu dəyişiklik niyə neft-qaz sahəsində və ya dövlət qulluğunda çalışanlara şamil olunmur? Əslində, məsələyə bu cür yanaşmaq düzgün deyil. Əgər bu dəyişiklik hamıya şamil edilsəydi, onun adı güzəşt deyil, sadəcə, vergi dərəcəsinin azaldılması olardı. Amma bu, güzəştdir, güzəşt isə yalnız müəyyən müddətə və müəyyən sahələrə tətbiq edilir və bu, bütün dünyada belədir. Güzəştin məqsədi odur ki, tətbiq olunduğu problemli sahələrdə müsbət dəyişikliklər üçün şərait yaratsın. Digər tərəfdən, hər bir güzəştin müəyyən maliyyə tutumu var və bu gün büdcəmiz belə bir maliyyə imkanına malik deyil ki, bu dəyişikliklər hamıya şamil edilsin.

Bizim əmək bazarında çox ciddi problemlər var, əmək qabiliyyətli əhalinin sayı təxminən 4,5 milyon nəfərdir və bunun 1,5 milyon nəfəri muzdlu işlə məşğuldur. Bəs yerdə qalanlar? Əlbəttə, onların da böyük bir qismi işləyir və müəyyən məbləğdə gəlir əldə edir. Lakin onlar əmək bazarında rəsmi qeydiyyatda olmayan işçi kimi iştirak edirlər. Təbii ki, belə hallar iqtisadiyyatda ciddi problemlər yaradır».

Sahib Ələkbərov problemin sağlam rəqabət mühitinə mənfi təsir göstərdiyini vurğulayıb: «Təsəvvür edin ki, bir sahibkar fəaliyyətini normal qaydada qurur, şəffaf şəkildə işləyir və qanunun tələblərinə tam əməl edir. Digər sahibkar isə qanuna əməl etmir, işə götürdüyü şəxslərlə əmək müqaviləsi bağlamamaqla həm onların gələcəkdə pensiya təminatı və digər məsələlərlə bağlı hüquqlarını pozur, həm də vergidən yayınır və başqa sahibkarlara nisbətən müəyyən üstünlüklər əldə etmiş olur. Belə bir şəraitdə sağlam rəqabətdən söhbət gedə bilərmi? Ona görə də bu gün dövlət vergi orqanı qarşısında vəzifə qoyur ki, qanunun tələblərinə əməl edən və şəffaf işləyən sahibkarın yanında olsun, ona kömək etsin. Şəffaf fəaliyyət göstərmək istəməyənlər və vergidən yayınanlar isə gec-tez öz qarşısında vergi müfəttişini görməlidir! Məcəlləyə dəyişikliklərdə qanunsuz fəaliyyətlərin qarşısını almaq üçün inzibati cəza mexanizmləri və sanksiyalar da sərtləşdirilib. Lakin bu sanksiyaların qanunlara əməl edən sahibkarlara heç bir aidiyyəti yoxdur və intizamlı vergi ödəyicisi bundan narahat olmamalıdır. Dövlətin qoyduğu qanunları pozan, qanunsuz yollarla öz həmkarlarını çətin vəziyyətə salmağa çalışan hər kəs isə qanunun gücünü öz üzərində hiss etməlidir. 

Onu da xüsusi olaraq vurğulamaq lazımdır ki, Məcəlləyə belə bir maddə də əlavə olunub ki, Vergi Məcəlləsində bu il edilən dəyişikliklərlə bağlı hər hansı qanun pozuntusu aşkarlanarsa, birinci dəfə həmin vergi ödəyicisinə qarşı sanksiya tətbiq oluna bilməz. İlk dəfə belə sahibkarlara yalnız yazılı şəkildə xəbərdalıq ediləcək. İkinci və sonrakı dəfələrdə isə qanun pozuntusuna yol verənlərə qarşı sanksiyalar tətbiq olunacaq».

Güzəştlərdən sui-istifadə yolverilməzdir!

Sahib Ələkbərov gələn ilin əvvəlindən tətbiqinə başlanacaq daha bir ciddi islahat -  sadələşdirilmiş vergi dərəcələrinin aşağı salınması, bu vergi növünün əhatə dairəsinin məhdudlaşdırılması, habelə ƏDV-yə cəlb edilən dövriyyənin tədricən genişlənməsi məsələsinə də aydınlıq gətirib. Qeyd edilib ki, sadələşdirilmiş vergi tətbiq olunarkən onun sahibkarlar üçün daha rahat iş şəraiti yaratmaqla yanaşı, normal vergi uçotunun formalaşdırılmasına da şərait yaradacağına ümid edilirdi və ilk dövrlərdə həqiqətən də belə olmuşdu. «Lakin son vaxtlar nə müşahidə olunur? Hazırda ölkə üzrə qeydiyyatda olan vergi ödəyicilərinin 90 faizindən çoxu sadələşdirilmiş vergi ödəyiciləridir. Vergi daxilolmalarında bu verginin xüsusi çəkisi isə 5 faizdən bir az çoxdur. Halbuki bir çox ölkələrdə bu göstərici 40 faiz civarındadır.

Son vaxtlar bəzi sahibkarlar sadələşdirilmiş vergidən bir vergidən yayınma sxemi kimi istifadə etməyə cəhd göstərməyə başlayıblar. Bir sıra böyük müəssisələr öz biznesini ayrı-ayrı xırda hissələrə «parçalayaraq» sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərir, digər vergiləri ödəməkdən yayınırlar. Üstəlik, onlar sadələşdirilmiş vergini 2 faizlə ödəmək üçün Bakıda fəaliyyət göstərsələr də, öz bizneslərini regionlarda qeydiyyatdan keçirirlər və bununla da vergi uçotu üçün ciddi problemlər yaradırlar. Bütün bunların qarşısının alınması məqsədilə  Vergi Məcəlləsində zəruri dəyişikliklər edilib».

Qeyd edilib ki, sadələşdirilmiş vergi ləğv olunmayacaq. Lakin bəzi sahələr var ki, həmin fəaliyyət istiqamətləri üzrə iş qurmuş sahibkarlar sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər: «Məsələn, indiyədək dövriyyəsi kifayət qədər böyük olan bəzi sahibkarlar dövlətdən lisenziya aldığı halda, sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərirdilər. Amma gələn ildən bu, belə olmayacaq. Məlum olduğu kimi, yalnız xüsusi nəzarət tələb edən sahələrə lisenziya verilir və bu lisenziyaların sayı çox azdır. Topdansatış ticarətlə, eləcə də qızıl məmulatlarının, xəz-dəri məhsullarının satışı və bəzi digər fəaliyyət növləri ilə məşğul olan sahibkarlar da sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər».

«Biz illərlə oturub gözləyə bilmərik»

Nağd hesablaşmaların səviyyəsinin azaldılması, nağdsız dövriyyənin stimullaşdırılması istiqamətində həyata keçirilən islahatlarla bağlı sualı cavablandıran Sahib Ələkbərov bu sahədə də ciddi pronblemlər olduğunu bildirib: «Şəffaflaşmaya ən çox mane olan və əngəl törədən amillərdən biri nağdsız ödənişlərin səviyyəsinin həddindən artıq aşağı olmasıdır. Azərbaycan vətəndaşları xaricə gedərkən orada nağdsız qaydada, yəni kart vasitəsilə həyata keçirdikləri ödənişləri öz ölkəmizdə etmirlər. Bunun bir səbəbi ticarət və iaşə obyektlərində POS-terminalların tətbiqində problemlərin olması ilə bağlıdırsa, digər səbəbi də alıcıların öz haqlarını tələb etməməsi, köhnə vərdişlərə, kartlardan istifadəyə deyil, nağd pulla ödəniş etməyə üstünlük vermələridir. Azərbaycanda nağdsız ödənişlərin səviyyəsini qaldırmaq üçün bu sahədə ciddi dönüş yaradılmalıdır. Çünki dövriyyədəki məbləğlər çox böyükdür və bu, «kölgə iqtisadiyyatı»nın çiçəklənməsi üçün şərait yaradan amillərdən biridir».

2016-cı ildə Azərbaycanda nağdsız hesablaşmalar haqqında qanunun qəbul olunduğu, nağdsız ödənişlərin inkişafı üçün lazımi hüquqi baza yaradıldığı xatırladılaraq vurğulanıb ki, Məcəlləyə edilmiş yeni dəyişikliklərdə bu sahədə ciddi stimullaşdırıcı tədbirlər nəzərdə tutulub: «Ümumi mövqe bundan ibarətdir ki, nağdsız hesablaşmadan həm alıcı, həm də satıcı - yəni sahibkar faydalana bilsin. Məsələn, ödəniş nağdsız qaydada, POS-terminal vasitəsilə aparıldıqda ƏDV-nin 15 faizi alıcıya qaytarılacaq. Ödəniş nağd şəkildə aparıldıqda isə alıcıya nəzarət-kassa aparatı vasitəsilə həyata keçirilən hesablaşma çeki əsasında ƏDV-nin 10 faizi qaytarılacaq.

Sahibkara gəldikdə isə, onun  ümumi dövriyyəsindəki nağdsız hesablaşmaların xüsusi çəkisi müəyyənləşdiriləcək və həmin məbləğə 25 faiz güzəşt tətbiq olunacaq. Dövlət bunu ona görə edir ki, həm sahibkar-satıcı, həm də istehlakçı-alıcı nağd hesablaşmada maraqlı olmasın. Amma bu işə əngəl olan məsələlərdən biri də oturuşmuş vərdişlərdir ki, onlardan da imtina etməyin vaxtı çoxdan çatıb»...

Sahib Ələkbərov müsahibənin sonunda diqqəti Azərbaycanın fəal vergi sisteminin tarixinin çox cavan olmasına yönəldib: «Biz bu gün özümüzü vergi sisteminin yüz illərlə tarixi olan ölkələrlə müqayisə edə bilmərik. Lakin oturub illərlə gözləyə də bilmərik. Ona görə də həm qanunvericilik, həm də  inzibatçılıq təkmilləşdirilir, dövlət büdcəsi üçün bəzi maddi itkilər hesabına başa gəlsə belə, geniş stimullaşdırıcı tədbirlərdən istifadə olunur. Nəticə etibarilə bundan bizim iqtisadiyyatımız və vətəndaşlarımız udacaqlar».



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

19.08.2026 / 07:14
Türkiyədə maraqlı tarixi yer kəşf olundu

19.08.2026 / 06:27
ABŞ-da META şirkəti məhkəməyə verildi - zərərçəkən uşaq və yeniyetmələrdir

18.08.2026 / 22:24
ABŞ-ın keçmiş kəşfiyyat şefi xəbərdarlıq etdi - Rusiya Almaniyaya hücum edə bilər…

18.08.2026 / 21:18
Məkkə Sazişinin tam məzmunu qapalı saxlanılır...

18.08.2026 / 20:48
Naxçıvanda tarixi abidələrlə bağlı ciddi problemlər var - Prezident təsadüfi söz deməz...

18.08.2026 / 20:26
Ermənistanda Avropanın Yeni Missiyasının məqsədləri açıqlandı - hansı maliyyə axını?..

18.08.2026 / 19:56
Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.08.2026 / 19:41
Naxçıvanda və Zəngəzurda doğrulmuş yeni idarəçilik Konstitusiyada nə vaxt əks olunacaq...

18.08.2026 / 19:27
Azərbaycan yalan və saxta iddialara görə CNN-i məhkəməyə verdi...

18.08.2026 / 19:15
Macarıstanın yeni hakimiyyəti türk birliyinə münasibətini ilk dəfə ifadə etdi...

18.08.2026 / 18:53
İrandan ABŞ-a net mesaj - blokada və sanksiyalar qaldırılana qədər Hörmüz açılmayacaq...

18.08.2026 / 18:37
İran ABŞ-ın Hörmüz blokadasını qırmaq üçün hücuma hazırlaşır...

18.08.2026 / 18:20
Bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18.08.2026 / 18:06
Rusiyada yanacaq böhranının ikinci dalğası başladı – YDM-lərin yalnız 28 faizində benzin var…

18.08.2026 / 17:50
Ağ Ev üzvü gizli dipmissiya ilə Rusiyaya gedibmiş - ikitərəfli “mədəni” əlaqələri təşviq etmək üçün…

18.08.2026 / 17:48
Ərdoğanın Avropa Birliyi ilə münasibətlərində qaranlıq şey qalmadı - məsələnin Azərbaycana təsiri olacaq?..

18.08.2026 / 17:34
Rusiya Xəzər dənizi vasitəsilə İrana dron və sursat tədarük edir…

18.08.2026 / 17:19
İndi də İran ABŞ-dan əl çəkmir - ABŞ-la İran rol dəyişdirirlər...

18.08.2026 / 17:02
Tramp Hörmüz boğazının xəritəsini "yeni ABŞ ərazisi" adı ilə paylaşdı…

18.08.2026 / 16:47
Paşinyan Rusiya ilə KTMT mübahisəsini özünə lazımlı sonu görünməyən ritorikaya çevirir...

18.08.2026 / 16:31
Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır

18.08.2026 / 16:16
Mütəşəkkil köləlik: Rusiyanın sərt miqrant qaydaları

18.08.2026 / 16:05
Doğum sürətlə azalır, ölüm sayı artır...

18.08.2026 / 16:01
Ermənistan-Azərbaycan sərhədində ticarət - Ermənistanın tekstil istehsalı Azərbaycan xammalına əsaslana bilər...

18.08.2026 / 15:56
Rusiyanın Ukraynadakı quru qoşunları ardıcıl şəkildə zəiflədilir... Necə?

18.08.2026 / 15:51
"Təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək"" - Prezident

18.08.2026 / 15:49
Kedminin Azərbaycan tarixini hədəfə alan ritorikası - tarixi silmək cəhdi, yoxsa yeni siyasi təxribat?

18.08.2026 / 15:26
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

18.08.2026 / 11:19
Trampın reytinqi 33%-ə düşüb - Reuters/Ipsos

18.08.2026 / 11:09
Trampın komandası ilə bağlı maraqlı fakt ortaya çıxdı - 57 məmurun sərvəti dodaq uçuqlatdı…

18.08.2026 / 10:55
Axtarışda olan 101 nəfər saxlandı

18.08.2026 / 10:41
Lavrov qəzəbləndi - Yaponiya "əxlaq həddini aşıb", səfir XİN-ə çağırıldı, amma gəlmədi

18.08.2026 / 10:18
İran Bərzaninin ofisinə edilən hücuma münasibət bildirdi – ehtiyatsızlıq…

18.08.2026 / 10:02
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olundu

18.08.2026 / 09:43
Tovuzda avtomobil su arxına düşdü, sürücü öldü

18.08.2026 / 09:25
Ukrayna Qara dənizdə rus nefti daşıyan Yunanıstan tankerini vurdu…

18.08.2026 / 09:03
Elbrusda 8 alpinist itkin düşdü

18.08.2026 / 08:24
Türkiyənin S 400-nə dünyada sahib çıxan yoxdur - milyardlar metalloma verilə bilər

18.08.2026 / 07:12
Kuşner Yaxın Şərq səfərindən “əliboş” döndü - Netanyahu “öncə HƏMAS” dedi

18.08.2026 / 06:53
Yaponiya səfiri Rusiya XİN-ə getmək qərarı verdi - Lavrovun atmacasından sonra…

18.08.2026 / 06:41
Xaricdən maliyyələşmə şübhəsi “Yabloko”nu Dumadan kənarda qoydu

18.08.2026 / 06:29
Qara dənizdə Rusiya nefti daşıyan yunan gəmisinə hücum edilib

18.08.2026 / 06:16
Konqres Demokratları Trampın səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir - Omana təhdidlərdən sonra…

18.08.2026 / 06:08
Fidan və Araqçi arasında yeni “Hörmüz müzakirəsi” - sırada nə var…

17.08.2026 / 21:47
İran ABŞ-a bir neçə həftə vaxt verdi – razılaşma yerinə yetirilməsə, hücuma başlayacağıq…

17.08.2026 / 21:23
Saakaşvili düz deyirsə, Gürcüstan Bakı və İrəvana qarşı Kremlin oyunlarını oynayacaq...

17.08.2026 / 20:56
Zəngəzur dəhlizindən İrana ikinci dəmir yolu - ABŞ-İran savaşı davam etsə...

17.08.2026 / 20:43
Putinin öz partiyası da xarici maliyyə mənbələrindən asılı vəziyyətə düşüb... 810 milyard...

17.08.2026 / 20:17
Lavrov Türkiyəyə - Eyni vaxtda həm Avropada, həm NATO-da, həm də Rusiya ilə dostluq olmaz...

17.08.2026 / 19:56
Ermənistan vətəndaşlığı almaq istəyən xarici ermənilərlə ciddi problem yaranıb...

17.08.2026 / 19:11
“Avroittifaq Azərbaycanla münaqişədə (?) Ermənistanı müdafiə edə bilməyəcək”...

17.08.2026 / 18:38
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verildi...

17.08.2026 / 18:03
Tramp Omanı vurmaqla hədələdi - "yolumuza çıxarlarsa, onları yerlə bir edərik”…

17.08.2026 / 17:40
Böyükşor gölünün suyu yaşıl rəngə boyandı - Dövlət Xidməti səbəbi açıqladı...

17.08.2026 / 17:23
Husilər Qırmızı dənizdə Səudiyyənin hərbi gəmilərinə raket zərbələri endirdi…

17.08.2026 / 17:05
İran Ermənistanı hərblə hədələyir - İrəvan qorxu içində...

17.08.2026 / 16:52
ABŞ Çindən donanmanı geri çəkir - Vaşinqtonda yeni siyasi qalmaqal başladı...

17.08.2026 / 16:38
Gürcüstan tezliklə Rusiyanın bir hissəsi ola bilər

17.08.2026 / 16:31
İran İraq Kürdüstanının baş nazirinin ofisini bombaladı…

17.08.2026 / 16:20
Azərbaycan diasporunun Moskvadakı rəhbəri Rusiyadan deportasiya edildi...

17.08.2026 / 16:06
Rusiya Ermənistan mallarını Azərbaycan məhsulları ilə əvəzləyir...

17.08.2026 / 15:50
Azərbaycan Xəzər dənizini Avropa ilə Asiya arasında rəqəmsal körpüyə çevirir...

17.08.2026 / 15:43
Nikah və boşanmaların sayı azalıb...

17.08.2026 / 15:36
Azərbaycan əhalisinin sayı açıqlandı

17.08.2026 / 15:23
Ceki Çanın Azərbaycandakı film çəkilişləri başa çatdı

17.08.2026 / 15:15
Dövlət qulluqçularının adından kiberdələduzluq edən dəstə ifşa edildi - VİDEO

17.08.2026 / 14:57
Trampın "Hörmüzü işğal planı"nın görünməyən və görünən tərəfləri...

17.08.2026 / 14:41
Bakıda Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana onun adı verildi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ