şənbə günü, 17 oktyabr 2026
     

Vergi ödəyiciləri üçün daha bir məqsədli güzəşt...

Image


Azərbaycanda həyata keçirilən islahatların prioritetləri arasında sahibkarlığın inkişafının dəstəklənməsi və vergi sistemində apelyasiya institutunun səmərəliliyinin artırılması xüsusi yer tutur.

Bu məqsədlərə nail olmağın üsul və vasitələrindən biri də vergi ödəyicisinin bank hesabından hər hansı borca görə vəsaitin silinməsinə verilmiş sərəncamın icrası qaydalarının təkmilləşdirilməsidir. Vergi sistemində aparılan islahatlar çərçivəsində bu istiqamətdə də müvafiq addımlar atılır. Vergi Məcəlləsinin 65-ci maddəsinə edilən dəyişikliyə əsasən, vergi ödəyicisinin bank hesabından hər hansı borca görə vəsaitin silinməsinə verilmiş sərəncamın icrası ödəyicinin müvafiq icra hakimiyyəti orqanına, yəni Vergilər Nazirliyinə 30 təqvim günü müddətində inzibati qaydada şikayət verdiyi halda dayandırılır.

Əvvəllər Vergi Məcəlləsinə və vergi borclarının alınmasına dair qaydalara əsasən, vergi ödəyicisi bildirişi aldıqdan 30 təqvim günü ərzində məhkəməyə müraciət etdiyi halda, onun bank hesabındakı vəsaitlərinə qoyulmuş sərəncamın icrası dayandırılırdı. İndiki halda isə vergi ödəyicisi Vergilər Nazirliyinə inzibati qaydada şikayət verdiyi halda da sərəncamın icrası dayandırılacaq və bu şikayət üzrə qəbul edilmiş qərara uyğun olaraq müraciət təmin ediləcək. Bunun nəticəsində vergi ödəyicisinin məhkəməyə müraciət etməsinə lüzum qalmır, onun inzibati qaydada şikayəti bank hesabından pul vəsaitinin silinməməsi üçün yetərli olur.

Dəyişikliyin məqsədi sahibkarların hüquqlarının genişləndirilməsi, vergi qərarlarının inzibati qaydada mübahisələndirilməsi zamanı sahibkarın pul vəsaitlərinin toxunulmazlığının təmin edilməsi, apelyasiya institutunun səmərəliliyinin artırılmasıdır. Bu dəyişiklik nəticəsində vergi ödəyicisi əlavə hüquq əldə etmiş olur. Dəyişiklik bütün vergi ödəyicilərinə ünvanlanıb. Dəyişiklik müddət məhdudiyyəti nəzərdə tutmadığından, təsirləri uzunmüddətli qiymətləndirilə bilər.

 

Sahibkarlara əlavə hüquqi üstünlük verilib

 

Ekspertlər gələn ilin yanvarından tətbiqi gözlənilən bu dəyişikliyi vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi istiqamətində atılan mühüm addım kimi dəyərləndirirlər. Milli Məclisin deputatı Vahid Əhmədov «Vergilər» qəzetinə açıqlamasında bildirib ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, vergi ödəyicisinin bank hesabından hər hansı borca görə pulun silinməsinə verilmiş sərəncamın icra müddətinin 5 iş günündən 30 iş gününədək uzadılması hər şeydən əvvəl sahibkarın maraqlarına xidmət edir: «Əvvəlki qaydalar sahibkarlar üçün xeyli çətinliklər yaradırdı. Çünki belə mübahisələr zamanı sahibkarın inzibati qaydada şikayət edə bilməsi üçün cəmi 5 günlük möhləti vardı. Bu müddət başa çatanadək sahibkar aidiyyəti üzrə şikayət etməsə, Vergilər Nazirliyi birtərəfli qaydada həmin vəsaitin silinməsini həyata keçirə bilərdi. İndi isə belə mübahisələrin həlli üçün sahibkarlara əlavə hüquqi üstünlük verilib. Yəni Məcəlləyə edilən dəyişikliklə əlaqədar vergi ödəyicisi ilə borc mübahisəsi olduğu halda Vergilər Nazirliyi birtərəfli qaydada sahibkarın bank hesablarındakı vəsaitin silinməsini həyata keçirə bilməyəcək. Çünki sahibkar özü haqqında çıxarılmış qərarla razı olmadığı təqdirdə inzibati qaydada müraciət edərək ya Vergilər Nazirliyi vasitəsilə, ya da məhkəmə yolu ilə onu bərpa edə bilər. Borca görə silinməsi nəzərdə tutulan vəsait yekun qərar çıxarılanadək depozit şəklində sahibkarın öz hesabında dondurulacaq və tərəflərdən heç biri ona sərəncam vermək hüququna malik olmayacaq. Bu isə sahibkarın həmin vəsait üzərində sərəncam vermək hüquqlarını bərpa etmək imkanlarının genişlənməsi deməkdir».

 

«Dəyişiklik birmənalı olaraq vergi ödəyicilərinin xeyrinədir»

 

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vergi məsələləri üzrə ekspert Sirac Piriyev bu dəyişikliyi birmənalı olaraq vergi ödəyicilərinin xeyrinə atılan addım kimi qiymətləndirib. Qeyd edib ki, mövcud qanunvericiliklə Vergi Məcəlləsinin 65.1-ci maddəsinə uyğun olaraq vergi borcunun ödənilməsi barədə təqdim edilən borc bildirişinin vergi ödəyicisi tərəfindən alındığı tarixdən 30 gün ərzində yalnız məhkəməyə şikayət verildiyi halda vergi orqanları vergi ödəyicisinin milli və ya xarici valyutada olan cari və ya digər hesablarından dövlət büdcəsinə alınması üçün kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə icra sənədi (sərəncam) vermirdi: «Lakin məhkəmə çəkişmələri uzun vaxt apardığına və əlavə maliyyə itkilərinə səbəb olduğuna görə bir çox vergi ödəyiciləri mübahisəli vergi borclarını ilk növbədə yuxarı vergi orqanına müraciət etməklə həll etməyi daha məqsədəuyğun hesab edirlər. Belə olan halda hesablamanın mahiyyətindən asılı olmayaraq, vergi orqanları vergi ödəyicisinin milli və ya xarici valyutada olan cari və ya digər hesablarından dövlət büdcəsinə alınması üçün kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə icra sənədi (sərəncam) göndərir və pul vəsaitləri həmin vergi borclarının ödənilməsinə yönəldilir. Sonradan vergi ödəyicisinin inzibati şikayəti üzrə yuxarı vergi orqanında onun xeyrinə qəbul edilən qərar, yəni hesablama qərarının ləğv edilməsi vəziyyəti vergi ödəyicisinin xeyrinə tam aradan qaldırmırdı. Bank və depozit hesablarından büdcəyə silinən vəsaitlər yuxarı vergi orqanının hesablama qərarının ləğvi barədə qərarı icra olunduğu zaman şəxsi hesab vərəqəsində artıq ödəmə şəklində əksini tapır ki, vergi ödəyicisi həmin vəsaitləri vergilərdən başqa digər öhdəliklərinin yerinə yetirilməsi üçün istifadə edə bilmir. Vergi ödəyicisinin sərəncamında olan pul vəsaitləri yalnız onun gələcək vergi öhdəlikləri ilə əvəzləşir ki, bu da inzibati şikayətin təmin olunduğu hallarda şəxsin öz mülkiyyəti (pul vəsaitləri) barədə sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır».

Vəkil hesab edir ki, Vergi Məcəlləsinə edilən dəyişikliklə belə halların qarşısı alınacaq: məhkəməyə verilən ərizə ilə yanaşı, yuxarı vergi orqanına da edilən inzibati şikayət zamanı qəbul olunan qərara uyğun olaraq sərəncamların tətbiqi məsələsi həll ediləcək.

Məcəlləyə edilən bu dəyişiklik sahibkarların hüquqlarının genişləndirilməsini nəzərdə tutduğundan, işgüzar dairələr tərəfindən pozitiv qəbul olunacağı gözlənilir. Əvvəlki praktikada bank hesablarından pul vəsaitlərinin silinməsinin qarşısının alınması üçün vergi ödəyicilərinin məhkəmələrə müraciət etməsi hallarının çoxluğu müşahidə edilirdi. Dəyişiklik məhkəmədə vergi orqanlarına qarşı qaldırılan inzibati işlərin və lüzumsuz məhkəmə mübahisələndirmələrinin sayının azalmasına da şərait yaradacaq, şikayətlərə daha operativ reaksiya verilməsinə imkan verəcək.

Mütəxəssislərin fikrincə, ümumilikdə bu dəyişiklik həm sahibkarların, həm də vergi orqanlarının maraqlarına uyğundur: borc mübahisələrinə görə sahibkarın bank hesablarındakı vəsaitlərin bir ay ərzində dondurulması inzibati şikayətlərə vaxtında baxılması və problemin aradan qaldırılması üçün geniş imkanlar yaradır. 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkikatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ