şənbə günü, 17 oktyabr 2026
     

Azərbaycanın Rusiya üçün iqtisadi-ticari partnyor kimi mövqeyi daha da möhkəmlənir

Image


Gələn il ərzində Azərbaycan və Rusiya arasında qarşılıqlı ticarət dövriyyəsinin həcminin əhəmiyyətli dərəcədə artması gözlənilir. Belə görünür ki, şimal qonşumuz Azərbaycandan daha böyük həcmdə məhsul idxal etməkdə maraqlı tərəfdir. Bura ilk növbədə aqrar sahədə istehsal edilən məhsullar aiddir. Amma Rusiya digər istiqamətlər üzrə də əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Bütün bunlar isə iki başlıca məqamla bağlıdır.

Əvvəla, Azərbaycan Rusiya ilə ötən illər ərzində etibarlı partnyor olduğunu sübut edə bilib. Digər tərəfdən, indinin özündə Kreml üçün yeganə etibarlı müttəfiq qismində yenə də Azərbaycan çıxış edir.

İkinci mühüm səbəb isə Rusiya ilə Qərb arasında dərinləşən ziddiyyətlər, bitməyən sanksiyalar savaşıdır. Bu arada ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker bildirib ki, ölkəsi Kerç boğazında baş verən insidentlə bağlı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər: "Biz fəaliyyətlərimizi yaxşı şəkildə koordinasiya etdiyimizə əmin olmaq üçün Almaniya, Fransa və digər Qərb müttəfiqlərimizlə danışıqlar aparırıq". O, ABŞ və Avropa İttifaqı ölkələrinin limanlarını rus gəmiləri üçün bağlaması ehtimalını istisna etməyib və Rusiyaya qarşı növbəti iki ay ərzində bir sıra tədbirlərin görülə biləcəyini vurğulayıb. Qeyd edək ki, Rusiyanın hərbi gəmiləri Azov dənizinin Kerç boğazında Ukrayna donanmasına aid 3 gəmiyə ölkənin su sərhədini pozması ittihamı ilə atəş açmışdı. Nəticədə 6 ukraynalı əsgər yaralanmışdı. Rusiya Ukrayna gəmilərini və 24 nəfərlik heyətini əsir götürərək Krımdakı bazasına aparmışdı. Bütün bunlar fonunda isə Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini daha 6 ay uzadıb. Məhz belə bir vəziyyətdə Rusiya iqtisadi əməkdaşlığını digər istiqamətlərdə genişləndirməyə çalışır və bu fonda Kremlin iqtisadi müstəvidə can atdığı ölkələrdən biri də məhz Azərbaycandır.

Qeyd edək ki, 2017-ci ildə Rusiya ilə Azərbaycan arasında mal dövriyyəsi təqribən 35 faiz artaraq 2,5 milyard dollara çatıb.  2018-ci ilin on ayının yekunlarına görə isə 1,99 milyard dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 20 faizdən çoxdur. Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev bildirib ki, perspektivdə Rusiya və Azərbaycan əmtəə dövriyyəsinin 10 milyard dollara qədər artmasına nail olmaq niyyətindədir: “Azərbaycan Rusiya iqtisadiyyatına bir milyard dollardan çox, Rusiya isə Azərbaycan iqtisadiyyatına 4,2 milyard dollardan çox sərmayə yatırıb. Rusiyanın investisiyaları, ilk növbədə, aqrar sahəyə yönəldilib, çünki nəhəng Rusiya bazarı Azərbaycandan çox böyük həcmdə kənd təsərrüfatı məhsulları qəbul edə bilər. Azərbaycanın sərmayələri isə əsas etibarilə Rusiya ərazisində daşınmaz əmlak və ticarətə istiqamətlənib“.

Savelyev onu da  bildirib ki, ölkə başçılarının qarşıya qoyduğu əsas vəzifələrdən biri kənd təsərrüfatı məhsulları ticarətini genişləndirməkdir: “Görülən tədbirlər nəticəsində Azərbaycanın 20-dən çox müəssisəsi Rusiyaya maneəsiz ət və süd məhsulları ixrac etmək hüququ qazanıb. 2018-ci ilin birinci yarısında Azərbaycandan Rusiyaya meyvə idxalı 70,6 faiz, tərəvəz idxalı 10,3 faiz artıb. İstixana təsərrüfatlarının tikintisi və istismarında ixtisaslaşan Azərbaycan mütəxəssisləri Nevinnomıssk şəhərində istixana şəraitində tərəvəz yetişdirilməsi üzrə birgə layihə həyata keçirirlər. Qarşılıqlı təchizatların həcmi də artır. Təkcə Stavropol diyarı hər il Azərbaycana bir milyon tondan çox taxıl satır. Rusiya bazarı Azərbaycan malları mağazalarının açılmasına hazırdır. Gələn il Moskvada iki Azərbaycan şərab evinin, daha sonra Yekaterinburq və Sankt-Peterburqda belə şərab evlərinin açılışı planlaşdırılır“. Bütün bunlar onu göstərir ki, qarşıdakı dövr ərzində Rusiya istiqamətində Azərbaycanın ixracı daha da artacaq.

Bu fonda Kreml üçün ən maraqlı məqamlardan biri də Azərbaycanla qarşılıqlı ticarəti milli valyutalar üzərindən həyata keçirməkdir. Rusiya prezidentinin müşaviri Sergey Qlazev də bu xüsusda Azərbaycanı Rusiya ilə ticarətdə dollardan imtina etməyə çağırıb. Qlazev bildirib ki, Amerika valyutası dünya üçün çox təhlükəli olub və Vaşinqton ondan xoşu gəlməyən ölkələrə qarşı silah kimi istifadə edir. Putinin müşavirinin fikrincə, bu gün dollar Rusiya ilə Azərbaycan, o cümlədən digər MDB ölkələri arasında qarşılıqlı alış-verişdə tamamilə qeyri-məqbul valyutadır və ondan imtina etmək lazımdır: “Dollar təhlükəli valyutaya çevrilib. Bizim partnyorlarımızla münasibətlərdə dollardan istənilən istifadə siyasi risqlər yaradır”. Ekspertlər bildirir ki, əslində, qarşılıqlı ticarətdə dollardan tədricən imtina mümkündür. Onsuz da artıq ticarətin hələlik az da olsa müəyyən hissəsinin milli valyutalar üzərindən həyata keçirilməsi prosesi baş verir. Qarşıdakı dövr ərzində isə bu həcmin daha da artması gözlənir.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkikatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ