Gömrük Komitəsi daha bir maarifləndirici videoçarx hazırlayıb - VIDEO
Xarici ticarət fəaliyyəti ilə məşğul olan hər bir şəxs gömrük sərhədindənkeçirəcəyi mal və nəqliyyat vasitələri barədə məlumatları gömrük orqanlarına daha rahat göndərə bilər.
Dövlət Gömrük Komitəsindən baki-xeber.com-a verilən məlumata görə, Gömrük Məcəlləsində nəzərdə tutulmuş bütün bəyənnamələr–idxal və ixrac daxil olmaqla, yalnız elektron formada aparılır. Elektron bəyannamə gömrük rəsmiləşdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsi, məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi və əlavə vaxt itkisininqarşısının alınması üçün nəzərdə tutulub. Bu isə o deməkdir ki, sahibkar elektron bəyənnaməni internetə çıxışı olan istənilən məkandan elektron hökumət portalı (www.e-gov.az) və ya Dövlət Gömrük Komitəsinin saytı (www.customs.gov.az)vasitəsilə tərtib edib, gömrük orqanına göndərə bilər.
Daha ətraflı məlumat Dövlət Gömrük Komitəsinin hazırladığı maarifləndirici videoçarxda...























