şənbə günü, 17 oktyabr 2026
     

Yanvarın 1-dən əməkhaqlarından vergi və sığorta ödənişləri köklü dəyişəcək

Image


Milli Məclis tərəfindən təsdiq edilmiş Vergi Məcəlləsinə dəyişikliklərə əsasən, 2019-cu ildən ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən bir sıra yeniliklər tətbiq olunacaq. Yeniliklərin əsas istiqamətlərindən biri vergi və sosial sığorta yükünün aşağı salınması və optimallaşdırılması, işəgötürən və işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödəniş sisteminin leqallaşdırılmasıdır. Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov təqdim etdiyimiz müsahibəsində həmin dəyişikliklərə aydınlıq gətirir:

- Natiq müəllim, Vergi Məcəlləsində edilmiş dəyişikliklər sırasında gəlir vergisi üzrə güzəştlər xüsusilə maraq doğurur. Həmin islahatın və güzəştin mahiyyətini qısaca necə izah etmək olar?

- 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək Vergi Məcəlləsinə dəyişikliklərdə qeyri-neft sektorunun özəl bölməsində çalışan fiziki şəxslərin muzdlu işdən gəlir vergisi üzrə müddətli güzəştin verilməsi xüsusi əhəmiyyət kəsb edir. Həmin sahədə baş verən dəyişikliklər, əmək bazarında müşahidə olunan proseslər bu islahatı zəruri edib.

Hazırda aylıq məbləği 2500 manatadək olan əməkhaqqı üzrə işçi və işəgötürənin toplam vergi yükü (əmək vergisi xərcləri) 40% (14% gəlir vergisi + 25% sosial sığorta haqqı + 1% işsizlikdən sığorta haqqı); 2500 manatdan yuxarı məbləğ üzrə isə 51% (25% gəlir vergisi + 25% sosial sığorta haqqı + 1% işsizlikdən sığorta haqqı) təşkil edir.

Təhlillər göstərir ki, bu dərəcələr nəticəsində yaranan yüksək fiskal yük qeyri-neft sektorunun özəl bölməsində işəgötürənlər tərəfindən işçi sayının və real əməkhaqqının məbləğinin gizlədilməsinin və beləliklə, əmək bazarının «kölgələşməsinin» əsas səbəblərindən biridir.

Keçən il Azərbaycanda muzdlu işçilərin məşğul əhalidə xüsusi çəkisi 31,5%, əməkhaqqı fondunun (sosial sığorta ayırmaları ilə birlikdə) ÜDM-ə nisbəti 17-18%, əhalinin gəlirlərində əmək ödənişlərinin payı 25,2% təşkil etmişdir ki, bu da bir sıra postsovet və digər ölkələrin göstəriciləri ilə müqayisədə qənaətbəxş hesab oluna bilməz. Problemin əsasən qeyri-neft sektorunun özəl bölməsində müşahidə edildiyini və hazırda əməkhaqqı üzərindəki fiskal yükün gəlir vergisi və sosial sığorta haqlarından formalaşdığını nəzərə alaraq, onun həlli məqsədilə bu istiqamətdə əmək­haqlarına gəlir vergisi üzrə əhəmiyyətli güzəştin verilməsi nəzərdə tutulur. İşəgötürənlər arasında aparılan sorğular göstərir ki, yeni şərtlər daxilində onlar əmək­haqlarını və iş yerlərini rəsmiləşdirmək üçün güclü stimul əldə etmiş olacaqlar.  Bu, nəticə etibarilə işəgötürənlərin işçi üzrə əmək vergisi xərclərini azaltmaqla qeyri-rəsmi əmək­haqlarının və iş yerlərinin leqallaşdırılmasına imkan verəcəkdir.

Dəyişikliklərə görə, 2019-cu il yanvarın 1-dən 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda gəlir vergisindən azad olunur, 8000 manatdan artıq olan hissəsindən 14% dərəcəsi ilə vergi tutulacaqdır. Bu sahədə fəaliyyət göstərən işəgötürənlər növbəti ildən etibarən aylıq əməkhaqqı 200 manatadək olan işçilərin gəlirlərindən ödəmə mənbəyində 3% sosial sığorta haqqı və 0,5% həcmində işsizlikdən sığorta haqqı (cəmi 3,5%), aylıq əməkhaqqı məbləğinin 200 manatdan çox olan hissəsindən isə 10% sosial sığorta haqqı və 0,5% işsizlikdən sığorta haqqı (cəmi 10,5%) tutacaqlar. İşəgötürənlər özləri isə əmək­haqqı fondundan əməkhaqqı 200 manatadək olan işçilərə görə 22% sosial sığorta haqqı və 0,5% həcmində işsizlikdən sığorta haqqı (cəmi 22,5%), aylıq əməkhaqqı 200 manatdan yüksək olan işçilərə görə isə 15% sosial sığorta haqqı və 0,5% işsizlikdən sığorta haqqı (cəmi 15,5%) hesablayıb ödəyəcəklər. Yalnız aylıq gəliri 8000 manatdan yuxarı olan işçilərin gəlirlərindən ödəmə mənbəyində yuxarıda qeyd olunanlardan əlavə olaraq 14% muzdlu işlə əlaqədar ödəmə mənbəyində gəlir vergisi tutulacaqdır.

Beləliklə, növbəti ildən 2500 ma­na­ta­dək olan aylıq əməkhaqqı üzrə işçi və işəgötürənin toplam vergi, sosial sığorta və işsizlikdən sığorta yükü 40%-dən 26%-ə, 2500 manatdan 8000 manatadək əməkhaqqı üzrə 51%-dən 26%-ə, 8000 manatdan yuxarı əməkhaqqı üzrə isə 51%-dən 40%-ə enəcəkdir. Güzəştin 7 il müddətində tətbiqi nəzərdə tutulur ki, bu da sahibkarlara öz fəaliyyətini uzunmüddətli proqnozlaşdırmaq imkanı verəcəkdir.

- Bəzi vətəndaşlar belə hesab edirlər ki, vergi güzəştləri qeyri-neft sektorunun özəl bölməsində işçilərin əməkhaqqının artımına gətirəcək. Vergilər naziri Mikayıl Cabbarov isə parlamentdə çıxışı zamanı qeyd etdi ki, islahatın məqsədi əməkhaqlarının artımı yox, daha çox «ağardılması»dır. Güzəştlərin vətəndaşa və işəgötürənə gətirdiyi faydalar nədən ibarət olacaqdır?

- İslahatların əsas hədəfi neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektorda əmək bazarının leqallaşmasına nail olmaqdır. İslahat heç də qeyri-neft sektorunda qeyri-leqal çalışanların əməkhaqqının kütləvi artırılması anlamına gəlməməlidir. Əgər işçi nağd pul şəklində vergi və sosial tutulmalar olmadan qeyri-rəsmi əməkhaqqı alırsa, vergi yükünün azalması sadəcə əməkhaqqının rəsmiləşdirilməsinə imkan verəcək. Yəni burada əslində  heç bir kütləvi əməkhaqqı artımından söhbət gedə bilməz. Müəyyən artım yalnız rəsmi çalışan işçilərin əməkhaqqında ola bilər. Lakin təhlillər və müşahidələr göstərir ki, qeyri-neft sektorunun özəl bölməsində rəsmi əmək münasibətlərinin miqyası qeyri-rəsmi əmək münasibətləri ilə müqayisədə dəfələrlə kiçikdir. Qeyri-rəsmi əmək bazarının fəaliyyətindən ən çox zərər görən sıravi vətəndaşdır. Çünki bu halda işçilər faktiki olaraq sosial sığorta və pensiya təminatı sistemindən kənarda qalırlar. İşçi əmək müqaviləsi olmadan çalışdıqda və ya onun faktiki aldığı əməkhaqqı rəsmi əmək müqaviləsində göstərilmədikdə sosial sığorta haqları toplanılmır və işçilərin fərdi pensiya hesabında əks olunmur. Bu isə işçiləri gələcəkdə pensiya almaq hüququndan məhrum edir. Bu baxımdan, dəyişikliklər yüz minlərlə insanın pensiya və sosial müavinət hüquqlarının bərpa edilməsini təmin edəcəkdir.

- Natiq müəllim, sosial sığorta haqları ilə bağlı dəyişiklik barədə bir məsələyə aydınlıq gətirməyinizi istərdik. Yeni sosial vergitutma mexanizmi dövlət və qeyri-dövlət sektoru olmaqla hamını əhatə edəcək, yoxsa yalnız qeyri-dövlət və qeyri-neft sektoru üçün gəlir vergisi güzəştləri ilə birgə tətbiq ediləcək?

- Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, muzdlu işlə əlaqədar gəlir əldə edən şəxslərdən tutulan sosial sığortavə işsizlikdən sığorta haqlarının həcmi fəaliyyət göstərdiyi iqtisadi sektordan asılı olmayaraq işçi və işəgötürən üzrə müvafiq olaraq 3,5% və 22,5% olmaqla, üst-üstə 26% təşkil edir. Yeni dəyişikliklərə əsasən, qeyri-neft sektorunun özəl bölməsində ödənilən əməkhaqqı 200 manatadək olduqda nisbət dəyişmir, 200 manatdan çox olduqda isə işçi və işəgötürən üzrə müvafiq olaraq 10,5% və 15,5% olmaqla cəmi 26% təşkil edir. Bu dəyişikliklər, qeyd olunduğu kimi, yalnız qeyri-neft sektorunun özəl bölməsində fəaliyyət göstərən vergi ödəyicilərinə münasibətdə və gəlir vergisi güzəştləri ilə birgə tətbiq olunacaq.

- Dəyişikliklərin sosial-iqtisadi sahədə hansı təsirləri olacaq?

- Qanunvericiliyə edilən dəyişikliklər, ümumilikdə ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. Dövlət 7 il müddətinə gəlir vergisi üzrə öz fiskal daxil­olmalarının əhəmiyyətli hissəsindən imtina etsə də, aparılan islahatların ölkə iqtisadiyyatı üçün birbaşa və dolayı şəkildə müsbət multiplikativ effekti proqnozlaşdırılır. Qeyd etdiyim kimi, islahatlar rəsmiləşən iş yerləri və əməkhaqqı üzrə toplanan sosial sığorta haqlarının artmasına imkan verəcəkdir.  Pensiya kapitalının həcminin artması pensiya sisteminin yığım hissəsində daha çox vəsaitin cəmləşməsini, vəsaitlərin uzunmüddətli investisiyaların mühüm mənbəyinə çevrilməsini, ölkədə kapital və maliyyə bazarlarının inkişafını sürətləndirə bilər. Pensiya sisteminin maliyyə dayanıqlığının güclənməsi Dövlət Sosial Müdafiə Fondunun dövlət büdcəsindən asılılığının azalması və tədricən neytrallaşması ilə nəticələnməlidir.

Qeyri-leqal əməkhaqqı nağd şəkildə verildiyindən iş yerlərinin rəsmiləşdirilməsi ölkə iqtisadiyyatında nağdlaşma səviyyəsinin aşağı düşməsinə, bank sektoruna qeyri-nağd pul axınlarının çoxalmasına imkan yaradacaqdır. Bununla yanaşı, əhalinin leqal və daha yüksək əməkhaqqı ilə banklardan kredit almaq imkanlarının genişlənməsi, nəticədə bank kreditlərinin həcminin böyüməsi və bunun iqtisadi artıma, məşğulluğa və inklüziv, yəni cəmiyyətdə hər kəsi əhatə edən inkişafa müsbət təsiri qaçılmazdır. Qeyri-neft-qaz sektorunun özəl bölməsində işəgötürənlərin əmək xərclərinin azalması investorlar üçün ölkə iqtisadiyyatını daha cəlbedici etməklə investisiyaların həcminə və iqtisadi artıma müsbət təsir göstərəcək.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkikatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ