çərşənbə günü, 19 avqust 2026
     

Azərbaycanda aqrar sığorta ilə bağlı yeni qanun layihəsi və Türkiyə təcrübəsi…

Image


Nicat Nəsirli: “Aqrar sığorta bazarında da vəziyyət acınacaqlıdır, kənd təsərrüfatı sahəsində maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac var”
Qadir Bayramlı: “Aqrar sahənin inkişafı şəhərdən kənd yerlərinə dönüş üçün önəmli vasitə ola bilər”

 

“Aqrar sığorta ilə bağlı yeni qanun layihəsi hazırlanır”. Bu barədə kənd təsərrüfatı naziri İnam Kərimov bir neçə gün əvvəl keçirilən Azərbaycan-Türkiyə biznes-forumunda deyib. O qeyd edib ki, aqrar sığorta sahəsində Türkiyənin təcrübəsini nəzərdən keçirdik. Hazırda Türkiyə və digər dövlətlərin təcrübəsini nəzərə almaqla aqrar sığortaya dair yeni qanun layihəsi hazırlanır. Nazir bildirib ki, Türkiyə ilə əməkdaşlıq üçün bir sıra prioritet istiqamətlər müəyyən edilib.

Ekspertlər də kənd təsərrüfatı sahəsinin inkişafı üçün bu sahədə yeni qanunun hazırlanmasının vacib olduğunu düşünürlər. Onların fikrincə, qeyd olunan sahənin inkişafı üçün ilk növbədə aqrar sığorta haqqında qanun qəbul olunmalıdır. Aqrar sahədə sığorta qanun çərçivəsində tətbiq olunarsa, bu sahədə vəziyyət müsbətə doğru dəyişər.

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, kənd təsərrüfatının əsas problemlərindən biri aqrar sığortanın zəif tətbiq olunmasıdır: “Kənd təsərrüfatı sahəsində çalışan işçilər min bir əziyyətlə yetişdirdiyi məhsullardan bəzən müəyyən səbəblərə görə fayda götürə bilmirlər. Bunu qarşılamaq üçün ən uyğun variant aqro sığortadır. Aqrar sığorta ilə bağlı bir çox ölkənin təcrübəsindən yararlanmaq olar. Zənnimcə, Türkiyə təcrübəsi daha uyğundur. Türkiyə ilə yanaşı, Şərqi Avropa ölkələrinin təcrübəsindən də istifadə etmək olar. Onu da bildirim ki, hər hansı bir ölkənin təcrübəsini öyrənməzdən öncə iqlim şəraitini də nəzərə almaq lazımdır”.

Həmsöhbətimiz hesab edir ki, kənd təsərrüfatı sahəsinin inkişafı üçün bölgələrdə aqrar sektor inkişaf etməlidir. “Aqrar sığorta” haqqında qanun hazırlandıqdan sonra onun yerlərdə icrası və tətbiqi səmərəli şəkildə həyata keçirilərsə, bu, fermerlər üçün böyük bir təşviq vasitəsi olacaq: “Belə olarsa, insanlar daha güvəndə olacaq. Çünki onlar hər hansı bir fövqəladə hadisə zamanı təşviş keçirməyəcəklər. Məlum aqrar sığorta onlara dəymiş ziyanı kompensasiya edəcək.

Ekspertin sözlərinə görə, aqrar sahənin inkişafı üçün fermerlər arasında maarifləndirmə aparılmalıdır. Bu, xüsusi broşur formasında fermerlərə paylana bilər və ya bölgələrdə onlara təlim keçilə bilər. Fermerlər nə qədər çox məlumatlı olarsa, kənd təsərrüfatında qısa müddətdə nailiyyət əldə etmək olar.

Q.Bayramlı hesab edir ki, aqrar sahənin inkişafı şəhərdən kənd yerlərinə dönüş üçün önəmli vasitə ola bilər.

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin şöbə müdiri, kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, kənd təsərrüfatında sığorta sisteminin işləməməsi regionlarda istehsalçıların iqtisadi aktivliyinə ciddi zərbə vurur. Bu, fermerlər arasında psixoloji inamsızlıq sindromunu getdikcə dərinləşdirir: “Kənd yerlərində yaşayan əhalinin əli iş-gücdən soyuyur, urbanizasiya prosesi güclənir, nəticədə idxala daha çox pul xərcləyirik. Azərbaycan kosmos dövlətinə çevrilmək iddiasında olsa da, potensial olaraq ənənəvi aqrar ölkədir. Əhalinin əmək vərdişləri bütünlüklə kənd təsərrüfatına əsaslanır, on milyon nəfərə çatan əhalimizin 47 faizi kənd yerlərində yaşayır, ölkədə məşğul əhalinin 36 faizi aqrar sahənin payına düşür. Məlumat üçün bildirim ki, 863 min ailə təsərrüfatı çörəyini torpaqdan çıxarır. Bunun qarşılığında ÜDM-in cəmi 5,6 faizi aqrar sektorda formalaşır ki, bu çox kiçik göstəricidir. Ölkənin illik idxal-ixrac prosesinin müqayisəsi deyir ki, ortada 150 milyon manatlıq bir fərq var, yəni kənd təsərrüfatı məhsulları ixrac etməyimizə baxmayaraq, ildən-ilə idxala daha çox pul göndəririk, nominal baxımından milli iqtisadiyyatımızın xaricdən asılılığı güclənir”.

Həmsöhbətimizin sözlərinə görə, aqrar sığorta bazarında da vəziyyət acınacaqlıdır. Bu sahəni tənzimləyən qanun mövcuddur, kənd təsərrüfatı məhsullarının istehsalı üzrə strateji yol xəritəsində əksini tapır ki, kənd təsərrüfatı sahəsində maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac var: “İlk növbədə aqrar sığorta fondu formalaşdırılaraq bazara təqdim olunmalıdır, ikincisi, bu sahəyə investisiya qoyuluşlarının təşviqi təmin olunmalıdır. Lakin sığorta sisteminin işləməməsi, kənd təsərrüfatında mənfəətin aşağı olması investisiya cəlbediciliyini heçə endirir. Üstəgəl,  əkinçilərimizin sığorta sisteminə inamı yoxdur, o inam yaradılmalı, artmalıdır. Müasir iqtisadi münasibətlərdə sığorta mədəniyyətdir, onsuz bazar iştirakçıları inamlı addım atmayacaqlar. Rəqəmlər də bunu deyir: ölkənin sığorta bazarında fəaliyyət göstərən 18 şirkətdən cəmi dördü sığorta məhsullarının satışı ilə məşğuldur. 2018-ci ilin yanvar göstəricilərinə görə, ümumi sığorta yığımları arasında bitkiçilik cəmi 0,01 faiz təşkil edib. Hər il büdcədən kənd təsərrüfatı məhsullarının sığortasına 1 milyon manat vəsait ayrılır, lakin bu vəsait istifadə olunmamış geri qaytarılır. Yalnız ötən il 15 min manat həcmində təbii fəlakətə görə istehsalçılara vəsait ödənilib”.

N.Nəsirli onu da vurğuladı ki, dünyanın hər yerində dövlət aqrar sahəyə yönəlik dəstək tədbirləri həyata keçirir, lakin heç bir ölkə təbii fəlakətlərdən sığortalana bilmir. Bu sistem dövlətin iradəsindən kənarda, özəl münasibətlər zəminində formalaşmalıdır. Sığorta sistemi pərakəndə xarakter daşıyan aqrar istehsalı stabilləşdirən iqtisadi alətdir”.

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

19.08.2026 / 07:14
Türkiyədə maraqlı tarixi yer kəşf olundu

19.08.2026 / 06:27
ABŞ-da META şirkəti məhkəməyə verildi - zərərçəkən uşaq və yeniyetmələrdir

18.08.2026 / 22:24
ABŞ-ın keçmiş kəşfiyyat şefi xəbərdarlıq etdi - Rusiya Almaniyaya hücum edə bilər…

18.08.2026 / 21:18
Məkkə Sazişinin tam məzmunu qapalı saxlanılır...

18.08.2026 / 20:48
Naxçıvanda tarixi abidələrlə bağlı ciddi problemlər var - Prezident təsadüfi söz deməz...

18.08.2026 / 20:26
Ermənistanda Avropanın Yeni Missiyasının məqsədləri açıqlandı - hansı maliyyə axını?..

18.08.2026 / 19:56
Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.08.2026 / 19:41
Naxçıvanda və Zəngəzurda doğrulmuş yeni idarəçilik Konstitusiyada nə vaxt əks olunacaq...

18.08.2026 / 19:27
Azərbaycan yalan və saxta iddialara görə CNN-i məhkəməyə verdi...

18.08.2026 / 19:15
Macarıstanın yeni hakimiyyəti türk birliyinə münasibətini ilk dəfə ifadə etdi...

18.08.2026 / 18:53
İrandan ABŞ-a net mesaj - blokada və sanksiyalar qaldırılana qədər Hörmüz açılmayacaq...

18.08.2026 / 18:37
İran ABŞ-ın Hörmüz blokadasını qırmaq üçün hücuma hazırlaşır...

18.08.2026 / 18:20
Bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18.08.2026 / 18:06
Rusiyada yanacaq böhranının ikinci dalğası başladı – YDM-lərin yalnız 28 faizində benzin var…

18.08.2026 / 17:50
Ağ Ev üzvü gizli dipmissiya ilə Rusiyaya gedibmiş - ikitərəfli “mədəni” əlaqələri təşviq etmək üçün…

18.08.2026 / 17:48
Ərdoğanın Avropa Birliyi ilə münasibətlərində qaranlıq şey qalmadı - məsələnin Azərbaycana təsiri olacaq?..

18.08.2026 / 17:34
Rusiya Xəzər dənizi vasitəsilə İrana dron və sursat tədarük edir…

18.08.2026 / 17:19
İndi də İran ABŞ-dan əl çəkmir - ABŞ-la İran rol dəyişdirirlər...

18.08.2026 / 17:02
Tramp Hörmüz boğazının xəritəsini "yeni ABŞ ərazisi" adı ilə paylaşdı…

18.08.2026 / 16:47
Paşinyan Rusiya ilə KTMT mübahisəsini özünə lazımlı sonu görünməyən ritorikaya çevirir...

18.08.2026 / 16:31
Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır

18.08.2026 / 16:16
Mütəşəkkil köləlik: Rusiyanın sərt miqrant qaydaları

18.08.2026 / 16:05
Doğum sürətlə azalır, ölüm sayı artır...

18.08.2026 / 16:01
Ermənistan-Azərbaycan sərhədində ticarət - Ermənistanın tekstil istehsalı Azərbaycan xammalına əsaslana bilər...

18.08.2026 / 15:56
Rusiyanın Ukraynadakı quru qoşunları ardıcıl şəkildə zəiflədilir... Necə?

18.08.2026 / 15:51
"Təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək"" - Prezident

18.08.2026 / 15:49
Kedminin Azərbaycan tarixini hədəfə alan ritorikası - tarixi silmək cəhdi, yoxsa yeni siyasi təxribat?

18.08.2026 / 15:26
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

18.08.2026 / 11:19
Trampın reytinqi 33%-ə düşüb - Reuters/Ipsos

18.08.2026 / 11:09
Trampın komandası ilə bağlı maraqlı fakt ortaya çıxdı - 57 məmurun sərvəti dodaq uçuqlatdı…

18.08.2026 / 10:55
Axtarışda olan 101 nəfər saxlandı

18.08.2026 / 10:41
Lavrov qəzəbləndi - Yaponiya "əxlaq həddini aşıb", səfir XİN-ə çağırıldı, amma gəlmədi

18.08.2026 / 10:18
İran Bərzaninin ofisinə edilən hücuma münasibət bildirdi – ehtiyatsızlıq…

18.08.2026 / 10:02
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olundu

18.08.2026 / 09:43
Tovuzda avtomobil su arxına düşdü, sürücü öldü

18.08.2026 / 09:25
Ukrayna Qara dənizdə rus nefti daşıyan Yunanıstan tankerini vurdu…

18.08.2026 / 09:03
Elbrusda 8 alpinist itkin düşdü

18.08.2026 / 08:24
Türkiyənin S 400-nə dünyada sahib çıxan yoxdur - milyardlar metalloma verilə bilər

18.08.2026 / 07:12
Kuşner Yaxın Şərq səfərindən “əliboş” döndü - Netanyahu “öncə HƏMAS” dedi

18.08.2026 / 06:53
Yaponiya səfiri Rusiya XİN-ə getmək qərarı verdi - Lavrovun atmacasından sonra…

18.08.2026 / 06:41
Xaricdən maliyyələşmə şübhəsi “Yabloko”nu Dumadan kənarda qoydu

18.08.2026 / 06:29
Qara dənizdə Rusiya nefti daşıyan yunan gəmisinə hücum edilib

18.08.2026 / 06:16
Konqres Demokratları Trampın səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir - Omana təhdidlərdən sonra…

18.08.2026 / 06:08
Fidan və Araqçi arasında yeni “Hörmüz müzakirəsi” - sırada nə var…

17.08.2026 / 21:47
İran ABŞ-a bir neçə həftə vaxt verdi – razılaşma yerinə yetirilməsə, hücuma başlayacağıq…

17.08.2026 / 21:23
Saakaşvili düz deyirsə, Gürcüstan Bakı və İrəvana qarşı Kremlin oyunlarını oynayacaq...

17.08.2026 / 20:56
Zəngəzur dəhlizindən İrana ikinci dəmir yolu - ABŞ-İran savaşı davam etsə...

17.08.2026 / 20:43
Putinin öz partiyası da xarici maliyyə mənbələrindən asılı vəziyyətə düşüb... 810 milyard...

17.08.2026 / 20:17
Lavrov Türkiyəyə - Eyni vaxtda həm Avropada, həm NATO-da, həm də Rusiya ilə dostluq olmaz...

17.08.2026 / 19:56
Ermənistan vətəndaşlığı almaq istəyən xarici ermənilərlə ciddi problem yaranıb...

17.08.2026 / 19:11
“Avroittifaq Azərbaycanla münaqişədə (?) Ermənistanı müdafiə edə bilməyəcək”...

17.08.2026 / 18:38
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verildi...

17.08.2026 / 18:03
Tramp Omanı vurmaqla hədələdi - "yolumuza çıxarlarsa, onları yerlə bir edərik”…

17.08.2026 / 17:40
Böyükşor gölünün suyu yaşıl rəngə boyandı - Dövlət Xidməti səbəbi açıqladı...

17.08.2026 / 17:23
Husilər Qırmızı dənizdə Səudiyyənin hərbi gəmilərinə raket zərbələri endirdi…

17.08.2026 / 17:05
İran Ermənistanı hərblə hədələyir - İrəvan qorxu içində...

17.08.2026 / 16:52
ABŞ Çindən donanmanı geri çəkir - Vaşinqtonda yeni siyasi qalmaqal başladı...

17.08.2026 / 16:38
Gürcüstan tezliklə Rusiyanın bir hissəsi ola bilər

17.08.2026 / 16:31
İran İraq Kürdüstanının baş nazirinin ofisini bombaladı…

17.08.2026 / 16:20
Azərbaycan diasporunun Moskvadakı rəhbəri Rusiyadan deportasiya edildi...

17.08.2026 / 16:06
Rusiya Ermənistan mallarını Azərbaycan məhsulları ilə əvəzləyir...

17.08.2026 / 15:50
Azərbaycan Xəzər dənizini Avropa ilə Asiya arasında rəqəmsal körpüyə çevirir...

17.08.2026 / 15:43
Nikah və boşanmaların sayı azalıb...

17.08.2026 / 15:36
Azərbaycan əhalisinin sayı açıqlandı

17.08.2026 / 15:23
Ceki Çanın Azərbaycandakı film çəkilişləri başa çatdı

17.08.2026 / 15:15
Dövlət qulluqçularının adından kiberdələduzluq edən dəstə ifşa edildi - VİDEO

17.08.2026 / 14:57
Trampın "Hörmüzü işğal planı"nın görünməyən və görünən tərəfləri...

17.08.2026 / 14:41
Bakıda Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana onun adı verildi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ