şənbə günü, 17 oktyabr 2026
     

Dünya İqtisadi Forumunun hesabatındakı mövqeyi Azərbaycanı xarici investorlar üçün daha cəlbedici ölkəyə çevirir

Image


İqtisadi müstəvidə həyata keçirilən siyasətin öz yüksək nəimcələrini verməsi Azərbaycanın beynəlxalq miqyasda reytinqinin daha sürətlə yüksəlməsinə rəvac verməkdədir. Elə bundan irəli gəlir ki, hazırda Azərbaycanda həyata keçirilən iqtisadi siyasət ölkəyə daha çox diqqətin cəlb edilməsilə müşahidə edilməkdədir. Digər tərəfdən nüfuzlu beynəlxalq qiymətləndirmə mərkəzləri də ölkəmizdə iqtisadi müstəvidə atılan addımlardan razılıq ifadə edirlər. Bunu Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı da kifayət qədər aydın göstərir.

Xatırladaq ki, ölkəmizdə aparılan iqtisadi islahatlar Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında biznes üzrə bütün indikatorlarda Azərbaycanın mövqeyinin yaxşılaşmasına, öz liderlik mövqeyini qoruyub saxlamasına səbəb olub. Onu da vurğulayaq ki, Qlobal Rəqabətlilik Hesabatı yeni nəsil metodologiya əsasında hazırlanıb. Əvvəlki hesabatın 114 indikatorundan 84-ü çıxarılıb, əvəzinə 68 yeni indikator daxil edilib. Ümumilikdə, hesabatda 98 indikatorun 70 faizi tamamilə yenidir. Azərbaycanın, yeni nəsil metodologiyaya baxmayaraq, bir sıra alt indikatorlarda, xüsusilə 12 əsas sütun indikatorundan 7-si üzrə mövqeləri kifayət qədər yaxşılaşıb. Buraya institutlar, infrastruktur, İKT-nin istifadə səviyyəsi, səhiyyə, əmək bazarı, biznes dinamikliyi və innovasiya potensialı daxildir. Hesabatın xüsusi bir səhifəsində Azərbaycanda sosial bərabərliyin ən yüksək səviyyədə olması qeyd olunub. Burada ölkəmiz ABŞ-la da eyni koordinat oxunda göstərilib. Bundan əlavə, "Doing Business" hesabatında olduğu kimi, elektrik təchizatı səviyyəsinə görə ölkəmiz yüksək qiymətləndirilib və 100 faiz balla dünyada ilk pillədə qeydə alınıb. Eyni zamanda, ətraf mühitə təsir və inklüziv inkişaf indikatorları üzrə yeni nəsil metodologiya əsasında hazırlanmış hesabatda Azərbaycan lider mövqelərini qoruyub.

Ekspertlər birmənalı şəkildə vurğulayır ki, məhz Prezident İlham Əliyev tərəfindən ölkəmizdə aparılan iqtisadi islahatlar bu hesabatda biznes üzrə bütün indikatorlarda Azərbaycanın mövqeyinin yaxşılaşmasına, öz liderlik mövqeyini qoruyub saxlamasına səbəb olub. Gözlənir ki, qarşıdakı müddətdə Azərbaycanda aparılacaq islahatlar ölkəmizin mövqeyini daha da yaxşılaşdıracaq. Bütün bunların bir üstün cəhəti isə Azərbaycana xaricdən daha çox investisiya axınına təkan verməsidir. Gözlənir ki, Qlobal Rəqabətlilik Hesabatından sonra bu, Azərbaycana yeni sərmayə qoyuluşuna ciddi təkan verəcək. Elə iqtisadçı Vüqar Bayramov da sosial şəbəkələrdə paylaşdığı şərhində bütün bunları yüksək qiymətləndirərək diqqətə çatdırır ki, Dünya İqtisadi Forumu dünyanın ən aparıcı iqtisadi qurumlarından hesab olunur. Ekspert bildirib ki, Dünya İqtisadi Forumu dünyanın aparıcı dövlət və hökumət liderlərini bir araya yığmaq imkanına malik olan yeganə forumdur: “Bu forumun hazırladığı hesabat praktik olaraq dünyada qlobal siyasətə təsir edir. Xüsusən də illik görüşlərdə qlobal müzakirələrin aparılması məhz bundan xəbər verir. Son hesabatda yeni metodologiyadan istifadə olunub. Metodologiya hazırlanan zaman həm ümumi istiqamət, həm də sab indikatorlar üzrə qiymətləndirilmə aparılıb. Hesabatın təhlili göstərir ki, Azərbaycan bir neçə istiqamət üzrə aparıcı mövqeyini qoruyub saxlayıb. Azərbaycan biznesin qeydiyyatdan keçmə indeksinə görə dünyada 17-cidir, ilk iyirmiliyə daxildir. Müflisləşmə normativ hüquqi bazasına görə Azərbaycan hesabatda yenə ilk 17-ci, sahibkarlıq risqləri alt-indikatoru üzrə 21-ci, ideyaların şirkətə təsiri üzrə isə ilk 25-ci yerdə qərarlaşıb. Azərbaycan dünyanın 140 ölkəsi arasında biznesin dinamikliyi reytinqi üzrə hesabatda 31-ci yerdə qərarlaşıb ki, bu da müsbət məqam kimi qiymətləndirilə bilər”.

İqtisadçının sözlərinə görə, hesabatda Azərbaycan, iqtisadi indikatorlarla yanaşı, sosial, səhiyyə istiqamətləri üzrə də aparıcı ölkələr sırasındadır: “İndeks ölkənin mövqeyini göstərən əsas faktorlardan biridir. Azərbaycan bəzi indikatorlara görə hətta ilk 15-yə daxil olmaq imkanı qazanıb. Belə ki, ölkəmiz xüsusən də səhmdar idarəetməsi, nəqliyyat xidmətinin səmərəliliyi ineksinə görə ilk 15-yə daxil ola bilib. Azərbaycan elektrik enerjisinin təchizatına görə isə dünyada birincidir. Ölkəmiz alt indikatorlar üzrə səmərəlilik indikatorunda ilk 15-yə daxil olmaq imkanı qazanmaqla öz mövqeyində dəyişikliklərə nail ola bilib”. Ekspert qeyd edib ki, hesabat hazırlanan zaman yeni metodologiyadan istifadə olunduğundan, Azərbaycanın maliyyə stabilliyi, adambaşına milli yığım, eləcə də digər bir sıra indikatorlar üzrə üstün mövqeyi nəzərə alınmayıb: “Bu da nəticə etibarilə ölkələrin yerinə təsir göstərir. Buna baxmayaraq, bütün hallarda Azərbaycanın sözügedən hesabatda mövqeyini müsbət qiymətləndirmək olar. Növbəti illərdə islahatların daha da dərinləşməsi Azərbaycanın hesabatdakı mövqeyinin daha da yaxşılaşmasına gətirib çıxaracaq”. İndilikdə isə əsas məqam odur ki, bu hesabat Azərbaycanın xarici sərmayədarlar üçün nə dərəcədə cəlbedici ölkə olduğunu növbəti dəfə aydın şəkildə meydana qoyur. Bu fonda Azərbaycana qarşıdakı dövr ərzində daha böyük həcmdə sərmayə axını da gözlənir.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ