şənbə günü, 31 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
"Səbail rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər"
Tarix: 04.09.2014 / 11:49
Bölmə: İqtisadiyyat
Bakı köhnə Bakı deyil daha. Günü-gündən cavanlaşır, gözəlləşir, nimdaş libası əynində əriyib artıq, şahanə libasa bürünür şəhərimiz. Gecələr bir başqa olur Bakı. Paytaxtın mərkəzi - Səbailin əsas küçə və meydanlarında, Dəniz-kənarı Bulvarda gecələr işıq seli qaranlıqlara qalib gəlir. 21 il əvvəl ilk dəfə Bakıya gəlmişəm və birinci gördüyüm rayon da Səbail olub. O illərin Səbaili ilə müasir Səbaili müqayisə etmək çətindir.
Çünki mənim əvvəl gördüyüm Səbail bir qədər miskin, bir qədər də nimdaş idi. Dənizdən gələn neft-mazut qoxusu bu ərazinin hər yerində hiss olunurdu. Bakıya gəldikdən sonra uzun illər Səbail rayonunun "20-ci sahə" yaşayış massivi ilə əlaqəm olub, yaxın qohumlarım orada yaşadığı üçün tez-tez yolum ora düşürdü. O vaxt tamam başqa bir mənzərə vardı bu rayonda. Açığı, nəqliyyat problemindən tutmuş, yolların asfalt örtüyünün nimdaşlığına qədər çoxlu çətinliklər vardı burada. O vaxt "20-ci sahə"də bir köhnə poçt binası yerləşirdi, onun arxasında isə çoxlu həyət evləri salınmışdı. Burada sakinlərin həm su, həm kanalizasiya, həm qaz, həm də işıq sarıdan yaşadığı çox ağrılı qayğıların şahidi olurdum.
Ancaq bu gün bu problemlər sakinləri narahat etmir. Çünki Azərbaycan Respublikasının Prezidentinin apardığı uğurlu siyasət nəticəsində bu qayğılar qayğısızlıqla əvəz olunub. Artıq Səbailin bir çox yaşayış yerlərində, məhəllələrində abadlıq-quruculuq işləri həyata keçirilir. Bu da insanların rahatlığına xidmət edir.
Dosta açılan qucaq...
Bilirik ki, Səbaili el arasında Bakının giriş qapısı adlandırırlar. Qonaq-qaraya, müsafirə qucaq açıb həmişə. Neft qoxulu, mavi gözlü, mehriban Xəzərin qonaqpərvər övladı Səbail. Tarixi çox qədimdir bu rayonun. Neft məskəni kimi tanınmazdan əvvəl də bu ərazi məşhur olub. Onun adı tarixi mənbələrdə, səyyahların, şairlərin əsərlərində xatırlanır. Səbail rayon sakini olan yaşlı insanlarla söhbətimiz zamanı onlar bildirdi ki, Səbail ərazisində yaşayan insanların əsas məşğuliyyəti balıqçılıq olub. Bu rayonun Bakının giriş qapısı olduğunu deyən ağsaqqallar bildirir ki, əsrlər əvvəl burada çoxlu sayda müdafiə məqsədilə tikilən qalalar olub. Bu qalaların qapısı dost üzünə açılıb, düşmən üzünə isə bağlanıb. Səbaillilər düşmən qabağından qaçmayıb heç vaxt. İstər dənizdən, istərsə də qurudan gözlənilən düşmən həmləsindən müdafiə olunmaq üçün tədbirli olublar.
Tarixin danışan dili-qalalar, tarixi abidələr
Yaşlı insanların verdiyi bilgiyə görə, bu rayon ərazisində bizim eradan əvvələ aid çoxlu abidələr olub, buradan tarixi-maddi qalıqlar tapılıb. Xəzər dənizinin qoynunda yerləşən Səbailin tarixdə müxtəlif adlarla tanıdıldığını bildirən ağsaqqallar dedilər ki, Səbailin simvollarından biri "Bayıl qalası"dır. Xalq arasında bu qala "Sualtı şəhər", "Bayıl daşları", "Şəhri-i Yunan", "Karvansara", "Bayıl qəsri" və s. adlanıb. Səbail qalası təqribən XIII əsrin əvvəllərində tikilib, XIV əsrin əvvəllərində isə tektonik dəyişikliklər nəticəsində Xəzərin suları altında qalıb. Elə "Sualtı şəhər" titulunu da onda qazanıb. Sonralar suyun səviyyəsi tədricən aşağı enib və 1723-cü ildə abidə yenidən görünməyə başlayıb. Səbail qalasının hansı məqsədlə tikilməsi alimlər tərəfindən hələ də dəqiq öyrənilməyib. Bəzi alimlər hesab edir ki, o müdafiə qalası və gömrükxana olub, bəzi alimlərin fikrincə isə, qaladan ibadətxana kimi istifadə olunub. Onu da bildirək ki, Bayıl qalası Bakının Bayıl burnu yaxınlığında yerləşən və hazırda dəniz sularının altında qalan tarixi memarlıq abidəsidir. Şirvan-Abşeron memarlıq məktəbinin ən gözəl əsərlərindən biri olan bu qala XIII əsrdə inşa edilib. Bayıl qalası Xəzər dənizinin suyunun qalxıb-enməsi ilə zamanla gah dənizin üzünə çıxır, gah da sulara qərq olaraq görünməz olur. Nə bilmək olar, bəlkə də nə vaxtsa Bayıl qalası da suların qoynundan birdəfəlik qopacaq. Belə olduqda isə, qalada dövlət tərəfindən əsaslı təmir-bərpa işləri aparıla bilər. Başqa abidələrdə olduğu kimi, bu abidə də restavrasiya olunduqdan sonra xalqın ziyarət məkanına çevrilər.
Keçmişlə bu günün görüşü...
Qədim sivilizasiyaların sakinlərinin tikib bizə miras qoyduğu tarixi abidələr özlərində çox böyük həqiqətlər gizlədir. Demək olar ki, Bakıda ən çox abidəsi olan rayon Səbaildir. Burada tarixin istənilən dövrünə aid abidəyə rast gəlmək mümkündür. Bu rayon ərazisində əsrlər əvvəlin də, dünənin də, bu günün də simasını, ovqatını, tarixini ayna kimi göstərən abidələr var. Keçmişlə dünən, dünənlə bu gün yanaşı addımlayır Səbaildə. Səbail rayonu ərazisində tarixi memarlıq abidələrinin digər rayonlarla müqayisədə çoxluq təşkil etdiyini bildirdik. Təbii ki, bu abidələrin hamısını bu günlərdə və daha əvvəllər ziyarət etmişik. Bakının bu hissəsində aparılan tikinti-quruculuq işləri, abidələrin, qədim və əhəmiyyətli abidə və binaların yenidən qurulması prosesi gözlərimiz qarşısında baş verib. Bakı Dənizkənarı Parkın (bulvar), "İçəri şəhər"in, "Şirvanşahlar" Saray Kompleksinin, "Səadət" sarayının, "Bibiheybət" məscidinin, daha neçə-neçə tarixi yerlərin, bağların, abidə tipli məkanların əsaslı bərpası nəzərdən qaçmayıb.
Bir neçə il əvvələ qədər "Bibiheybət" məscidinin ətrafı əsl natəmizlik yuvası idi. "Gecəqondular"ın məskəni olan bu ərazidə yastı-yapalaq evlər, uçub-dağılmaq təhlükəsində olan daxmalar vardı. Elə təpənin üstündə yerləşən tarixi "Bibiheybət" qəbiristanlığı da bərbad vəziyyətdə idi. Uzun müddət baxımsız qaldığından, burada ölü sahiblərini narahat edən bir sıra məsələlər vardı. Lakin sonradan Bakı-Salyan yolunun çəkilməsilə əlaqədar həm "gecəqondular"da yaşayan sakinlər köçürüldü, həm də qəbiristanlıqda əsaslı təmir işi aparıldı. 7-8 il əvvələ baxanda bu gün məzarlıq orada uyuyanların ruhuna layiq şəkildədir desək yanılmarıq. Çünki bu qəbiristanlıqdakı vəziyyətlə əlaqədar bir neçə dəfə qəzetimizdə məsələ də qaldırdıq. Bu, keçmişdə baş verib.
"Bibiheybət" məscid kompleksi Bakının möhtəşəm abidələrindən biri kimi bütün Şərq aləmində məşhurdur. 150 ildən artıqdır ki, insanların ziyarət yerinə çevrilən "Bibiheybət" bolşevizm terrorundan canını qurtara bilib. Bəllidir ki, 1934-cü ildə məscid dinamitlə partladılıb. Məscid və minarə yerlə-yeksan olunaraq üzərindən yol çəkilib. Lakin müstəqillikdən sonra "Bibiheybət" məscidi yenidən bərpa olunub. Mərhum Azərbaycan prezidenti Heydər Əliyevin göstərişi ilə məscidin bərpasına 1998-ci ildən başlanıb. 2008-ci il iyulun 12-də yenidən qurulan "Bibiheybət" məscidinin açılışı olub. "Bibiheybət" Səbailin giriş qapısının açarıdır sanki. Bakıya gələnlər də, gedənlər də bu ibadətgahı ziyarət edir, ona nəzir verir. Bu gün məscid kompleksi də daxil olmaqla abidənin özü və ətrafı abadlaşdırılıb. Səbaildəki tarixi abidələr bərpa edilərkən mütləq orijinal dəst-xətt saxlanır, bərpa işləri o üslubda həyata keçirilir. Abidələr xəzinəsi olan Səbaildə antik dövrə və orta əsrlərə aid abidələr mövcuddur. "İçəri şəhər"in min ildən çox yaşı var. Bünövrəsində divarlarının qalınlığı 5 metr, hündürlüyü 28 metr olan səkkiz yaruslu monumental tikili - Qız qalası Səbail rayonunun rəmzidir. Qala dəfələrlə - orta əsrlərdə, XIX əsrin ortalarında (rus hərbçiləri tərəfindən), sonuncu dəfə 1960-cı illərdə bərpa olunub. Təəssüf ki, bərpa zamanı tikilinin bəzi elementləri və onun ilkin görünüşü dəyişdirilib. Məsələn, əvvəllər qala içəridən örtülməmişdi, mərtəbələrarası qübbələr isə son təmir işləri zamanı tikilib. Eyni zamanda, bəzi oyuqlar və qapılar hörülüb. 1964-cü ildə qala muzey elan olunub, 2000-ci ildə YUNESKO-nun abidələri siyahısına daxil edilib.
Zaman dayanmayıb...
"İçəri şəhər"in qucağından dünyanı mat qoyan bu abidə də son illər bərpa edilib. Dünən miskin, təmirsiz görünən abidələr indi peşəkar memarlar tərəfindən bərpa edilir, yeni libasda təqdim edilir. Tariximizi yaddaşına köçürən "Şirvanşahlar" saray kompleksi də əsaslı şəkildə bərpa edilib. Düzdür, sarayın bərpası bəzi mütəxəssisləri qane etmir. Amma, bütövlükdə, saray əvvəlki təmirsiz, uçuq-dağınıq vəziyyətindən çıxıb. "Şirvanşahlar"da olduğumuz zaman muzey əməkdaşları bildirdi ki, dövlət tərəfindən yenidən həyata qaytarılan sarayın bərpasına ilk dəfə 1932-1934-cü illərdə başlansa da, yalnız müəyyən işlər görülüb, bu da abidənin uçmasının qarşısını alıb. Həmin dövrdə abidədən Azərbaycan Tarix Muzeyinin binası kimi istifadə etmək nəzərdə tutulub. Saray kompleksinin ardıcıl şəkildə öyrənilməsi və tədqiq edilməsi işlərinə yalnız Böyük Vətən Müharibəsindən sonra başlanıb. 1945-ci ildə "Şirvanşahlar" saray kompleksinin ayrı - ayrı abidələri elmi əsaslarla bərpa edilməyə başlanıb. Bərpa işlərinə AMEA-nın həqiqi üzvü, professor Sadıq Dadaşov rəhbərlik edib. Əməkdaşların verdiyi bilgiyə görə, 1946-cı ildə alimin vəfatı "Şirvanşahlar" saray kompleksinin bərpasını xeyli ləngidib. Yalnız 1950-ci ildə memarlıq işləri idarəsində elmi-bərpa istehsalat emalatxanasının yaradılması nəticəsində "Şirvanşahlar" saray kompleksinin bərpası yekunlaşdırılıb. Sovet dövrünün son illərində kompleksin yenidən bərpa edilməsinə ehtiyac yaranır, amma onun təmirinə uzun illər sonra nail olunur. Kompleks əməkdaşları bildirdi ki, burada tez-tez mədəni-kütləvi tədbirlər keçirilir, bir sıra layihələrin həyata keçirilməsində Səbail Rayon İcra Hakimiyyəti onlara böyük yardımlar edir.
Azərbaycan müstəqillik qazandıqdan sonra tarixi abidələr sisteminə yeni bir baxış yarandı. Hər bir abidənin xalqımızın şərəfli tarixinin yadigarı olduğu rəsmi səviyyədə elan edildi. Səbaildə elə əhəmiyyətli, maraqlı tarixçəsi olan binalar var ki, onların siması miskin, görkəmsiz olanda, istər-istəməz, bir qədər diqqətdən kənarda qalır. Bu binalardan biri də Murtuza Muxtarov küçəsində yerləşən, XX əsrin əvvəllərinin - sürətlə inkişaf edən neft Bakısının ən gözəl tikilisi, bu gün isə insanları səadətə qovuşduran "Səadət sarayı"nın uzun illər təmirsiz qalması, ona aid otaqların müxtəlif qurumlara icarəyə verilməsi kənardan baxanda ürəyimizi ağrıdırdı. Lakin Gənclər və İdman Nazirliyinin sifarişi və Rayon İcra Hakimiyyətinin yaxından dəstəyi ilə "Səadət sarayı"da əsaslı təmir-bərpa işləri aparılıb və artıq yeni nikaha daxil olan cütlüklərə qucaq açıb.
"20-ci sahə" sakinləri nədən narahatdır?
Səbail rayonunun ərazisində günü-gündən vüsət alan, genişlənən tikinti-quruculuq işləri insanların ürəyincə olsa da, bəzi xırda problemlər onların narahatlığına səbəb olur.
Səbail rayonu "20-ci sahə" Elçin Əzizov küçəsinin sakinləri ilə söhbətimizdə onlar bəzi qayğılarını mənimlə bölüşdülər. Həmin ünvanda yaşayan Təranə Əlizadə bildirdi ki, məhəllədaxili yolların rahatlığı onları təmin etsə də, "20-ci sahə" dairəsində işıqforun qoyulmaması sakinlərin həyəcanını artırır":Hər şey yaxşıdır, razıyıq. Bircə məsələ bizi narahat edir. Bilirsiz ki, "20-ci sahə" dairəsi avtobusların dayandığı yerdir, həm də Azərbaycanın müxtəlif bölgələrinə və digər ölkələrə gedən avtobuslar, nəqliyyat vasitələri əsasən buradan keçir. "Kruq"da işıqfor olmadığına görə biz yolu keçməkdə çətinliklə üzləşirik. Çox vaxt gözləyirik ki, maşın azalsın yolu keçək. Çox ciddi təhlükədir. İşıqfor Bibiheybətə yaxın yerdə quraşdırılıb, yaxşı olar ki, "kruq"da da quraşdırılsın".
Əlbəttə, Təranə xanımın qeyd etdiyi məsələ ciddidir və düşünürəm ki, rayon rəhbərliyi sakinləri əndişəyə salan bu problemin aradan qaldırılması üçün müvafiq addımlar atacaq.
Səbaildə olarkən sakinlərlə söhbət etdik, onları üzən bəzi çətinliklərdən də, həll edilən problemlərdən də xəbərdar olduq. Hesab edirəm ki, birneçə il ərzində mövcud olan xırda problemlər də aradan qalxacaq və sakinlər tam rahat şəraitdə həyatlarını davam etdirəcək. Bu, rayonun qarşısında duran perspektivdir. Səbail üzü uğurlara doğru irəliləyir.
İradə SARIYEVA
Yazı Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.
DİGƏR XƏBƏRLƏR
Tarix: 31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...
Tarix: 30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır -
Aşqabad indi hərəkətə keçir...
Tarix: 30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır
Tarix: 30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...
Tarix: 29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil"
- Mərkəzi Bankın sədri
Tarix: 29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir?
- Mərkəzi Bankdan açıqlama...
Tarix: 29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...
Tarix: 29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...
Tarix: 29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...
Tarix: 28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...
Tarix: 28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi
Tarix: 28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik -
hesabatı kim yayıb?
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...
Tarix: 29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
SON XƏBƏRLƏR
31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı
- tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…
31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…
31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı
- ABŞ üçün oyunun sonu olacaq…
31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…
31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı
– bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…
31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı
– təzminat tələbini isə rədd etdi…
31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir
- prezidentlə qarşı prokurorluğa çağırış edildi…
31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…
31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı
31.10.2026 / 14:58
Polşada gərginlik artır
– Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...
31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi
– avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…
31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur"
- Əhliman Əmiraslanov
31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…
31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır
- YENİ QİYMƏTLƏR...
31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi
31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu
31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı
- Başqa yol yoxdur...
31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi
– Prezident-hökumət qarşıdurması pik həddə çatdı…
31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...
31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı
31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq
31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...
31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı
30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…
30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...
30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...
30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...
30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...
30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...
30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...
30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə
- Azərbaycan Zirvələr ölkəsinə çevrilir...
30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil
- Forumda klassik düstur açıldı...
30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
- FOTO
30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı...
İran narahatdır...
30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi
- YENİLƏNDİ
30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi
– bir gündə üç zavod vuruldu…
30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var
- Rusiya TŞ-dən iddia...
30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...
30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır -
Aşqabad indi hərəkətə keçir...
30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib
- FOTO
30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib
30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub
30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...
30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır
30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi -
növbədəki kim?..
30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi
30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib
30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb -
101 deputat isə onlara nifrət edir...
30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...
30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq?
- AÇIQLANDI...
30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi...
Necə???
30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...
30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı
– DETALLAR…
30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib"
- Hikmət Hacıyev
30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi
30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu
- niyə bu işlərə ləkə salırsınız?
30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi
30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...
30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı
– iki şəhərdə iğtişaşlar başladı…
30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...
30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq
- "Babəli Türkiyədə saxta pul alverinə girişib"
30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır"
- Əli Əsədov
30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…
30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi
- oradan dərhal uzaqlaşın...
30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...
30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı
– iki Su-34 qırıcısı məhv edildi…
30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi -
İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…
30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub
30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…
30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı
- üç namizəd var...
30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə
- keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...
30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü
30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi...
1918-ci iin payız aylarında...
29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)
29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib
- FOTO
29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib
29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb
- FOTO
29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü
29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...
29.10.2026 / 21:10
“Mən burdayam, ata...”
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
XƏBƏR ARXİVİ