şənbə günü, 31 oktyabr 2026
     

Ətin qiymətində yeni böyük artım gözlənir

Image


Bilindiyi kimi, Azərbaycan ətə olan tələbatının bir hissəsini idxal hesabına ödəyir. Hazırda bu xüsusda diqqət çəkən və qismən də narahatlığa yol açan məqamlardan biri odur ki, ölkəyə idxal olunan ətin miqdarı artır. Bu isə ətin bahalaşmasına yol açmaq iqtidarındadır. Söhbət ondan gedir ki, Azərbaycana ət əsas etibarı ilə qonşu Gürcüstandan gəlir.
Gürcüstan isə ixrac etdiyi ətin və diri heyvanının əsas hissəsini Rusiyaya göndərməyə hazırlaşır. Bu fonda isə ətin qiymət artımı istisna olunmur.
Qeyd edək ki, bu ilin 7 ayında Azərbaycana heyvandarlıq məhsullarının idxalında artım davam edib. Xüsusən diri heyvanların idxalında ciddi artım var. Yanvar-iyul ayları ərzində diri heyvanların idxalı 69,4 faiz artıb. 2013-cü ilin 7 ayı ərzində 15,5 milyon dollarlıq diri heyvan idxal edildiyi halda, bu ilin eyni dövründə idxalın həcmi 29,76 milyon dollara yüksəlib. Diri heyvanlarla bərabər ət və qida üçün yararlı ət əlavələrinin idxalı da 31 faiz artaraq 12,35 milyon dollara, süd məhsullarının alışı 20,3 faiz artaraq 40,3 milyon dollara çatıb. Belə bir vaxtda isə Gürcüstanın kənd təsərrüfatı naziri Otar Daneliya Rusiyaya ət ixracının artacağını bildirib. Onun sözlərinə görə, Rusiya ilə diplomtik əlaqələr olmasa da, ticarət münasibətləri mövcuddur. Bu fonda Gürcüstan Rusiyaya ət ixracınını artırmağı düşünür. Bu isə, qeyd olunduğu kimi, Gürcüstandan Azərbaycana daha az miqdarda ət idxalına və beləliklə onun bahalaşmasına yol aça bilər. Xüsusən də iribuynuzlu mal-qara ətinin bahalaşması gözləniləndir.
Xatırladaq ki, belə mal-qara ətinin ölkə daxilində istehsalı da azalır və əsas səbəb iribuynuzlu mal-qara arasında yayılmış "Nodulyar dermatit" virusudur. İribuynuzlu mal-qara arasında təxminən bir ay əvvəl yayılmış virus artıq Azərbaycanın 10 rayonunun ərazisində qeydə alınıb. Əvvəlcə xəstəlik ölkənin dörd rayonunda - Ağdaş, Biləsuvar, Cəbrayıl və Ucar rayonlarında qeydə alınıb. Lakin sonradan onun yayılma coğrafiyası genişlənib. Virus, əsasən, Kür çayı sahilində yerləşən rayonlarda yayılıb. Bu, ölkədə müşahidə olunan davamlı isti hava şəraitində həmin virusun daşıyıcıları olan ağcaqanadların və digər qansoran həşəratların aktivləşmə dövrü ilə əlaqədardır. Əldə olunan məlumata görə, indiyədək 1600 başdan çox iribuynuzlu mal-qaranın yoluxması halı təsdiqlənib. Anomal istilər davam edəcəyi halda Azərbaycan ərazisində xəstəliyin yayılma ehtimalı kifayət qədər yüksək olaraq qalır. Xatırladaq ki, əvvəllər virus həmsərhəd ölkələrdə, yəni Türkiyədə və İranda aşkar edilib. Virusun Azərbaycan ərazisinə keçməsi, çox güman ki, İran-Azərbaycan sərhədi zonasında, iribuynuzlu mal-qaranın otarıldığı neytral ərazidə baş verib. Hazırda bu virusa görə bir neçə mal-qara bazarı bağlanıb. Sözügedən xəstəlik daha geniş yayılaraq heyvanlar arasında ölüm hallarının artmasına səbəb olarsa, belə vəziyyət, sözsüz ki, ətin qiymətinin qalxmasına təsir edəcək.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov da bildirir ki, yayılan xəstəlik heyvandarlıq təsərrüfatlarına ciddi ziyan vuracaq. Onun sözlərinə görə, Gürcüstandan Azərbaycana kifayət qədər iribuynuzlu diri mal-qara idxal olunur: "Keçən il 109 min başdan bir az çox iribuynuzlu mal-qara idxal olunub. Eyni zamanda, kifayət qədər qoyun idxalı da var. Ancaq bu gün Gürcüstanda heyvandarlıqla məşğul olanlar əsasən azərbaycanlılardır. Onlar da ən çox qoyunçuluqla məşğuldurlar. Gürcüstan isə bu heyvanları Rusiyaya ixrac edərsə, Azərbaycanda qiymətlərə daha ciddi təsir göstərəcək. Çünki bizim digər ölkələrdən xırda buynuzlu heyvanlar idxal etmək imkanımız azdır. Məsələn, qonşu ölkələrdən biri İrandır. Lakin İranın özü sözügedən məhsulu Ermənistandan idxal edir. Digər tərəfdən, get-gedə ərəb ölkələrinin də xırda buynuzlu heyvanlara tələbatı artıb. Onlar da idxal üçün Qafqaza üstünlük verirlər".
Məsələnin başqa tərəfi ondan ibarətdir ki, ölkədə havaların isti keçməsi ilə əlaqədar yem tədarükündə də problemlər yaranıb. Bu da, öz növbəsində, ətin qiymətinin artmasını şərtləndirən amillərdən sayılır. Havaların isti və quraq keçməsi rayonlarda heyvanlar üçün yem tədarükünü çətinləşdirib. Fermerlər mal-qaranı otarmaq üçün otlaq sahəsi tapa bilmir. Hazırda ot bağlamasının qiyməti 4 manatdır. Ekspertlər də deyir ki, havaların quraq keçməsi həm maldarlığa, həm də əkinçiliyə ciddi ziyan vurub. Nəticədə ət və ət məhsullarında bahalaşma qaçılmaz sayılır. Bölgələrdə, xüsusən də Aran rayonlarında su çatışmazlığı üzündən yonca sahələri vaxtlı-vaxtında sulanmadığından məhsuldarlıq aşağı düşüb. Fermerlər mal-qaranın ota olan tələbatını ödəyə bilmədiyindən ot məhsullarının qiymətində bahalaşma bundan sonra da davam edəcək. Ona görə də əldə olunan süd, süd məhsulları, ət məhsullarının dəyəri artmaqda davam edir.






VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ