Bazar ertəsi günü, 19 oktyabr 2026
     

Regionlarımızın sosial-iqtisadi inkişafında dövlət proqramlarının rolu və potensialları…

Image


Ölkədə prioritet hesab edilən qeyri-neft sektorunun inkişafında regionlar əsas aparıcı qüvvə hesab edilir. Bu gün ölkənin sosial-iqtisadi tərəqqisini təmin edən başlıca amillərdən biri də məhz regionların davamlı və tarazlı inkişafına nail olunmasıdır. Bugünkü iqtisadi inkişaf, əldə edilən nailiyyətlərdə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının da xüsusi payı, çəkisi var.

Məsələ ondadır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 11 fevral tarixli, 24 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” təsdiq edildi. İlk Dövlət Proqramının qəbul edildiyi vaxtdan indiyə qədər 3 dəfə belə proqramlar qəbul edilib və hər bir proqram da uğurla icra olunub. Bunu həm dövlət proqramları çərçivəsində görülən işlər, əldə edilən nəticələr, həm də onların yekunlarına dair keçirilən toplantılar və açıqlanan statistik göstəricilər təsdiq edir. Bu əhəmiyyətli sənədlərin əsas məqsədi qeyri-neft sektorunun davamlı inkişafı, ölkə regionlarının tarazlı inkişafının təmin edilməsi, regionlarda kommunal xidmət və sosial infrastruktur təminatının yaxşılaşdırılması, yeni iş yerlərinin və müəssisələrin yaradılması nəticəsində əhalinin məşğulluq səviyyəsinin artırılması və həyat səviyyəsinin yüksəldilməsindən ibarət olub.

2004-2008-ci illəri əhatə edən “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda 600 mindən artıq yeni iş yerinin açılması prioritet məqsəd kimi qarşıya qoyuldu. Proqramdan irəli gələn vəzifələr çox qısa zamanda icra olunaraq, qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə geniş imkanlar yaratdı. Nəzərdə tutulan dövr ərzində 700 mindən artıq yeni iş yerinin açılması işsizlik və məşğulluq problemlərinin həllinə stimul verdi.

İqtisadi tərəqqi, yeni iş yerlərinin yaradılması, müstəqilliyimizin ilk illərində ölkədə yaranmış hərcmərclik, özbaşınalıq və dövlət idarəçiliyində olanların naşılığı nəticəsində fəaliyyətini dayandırmış fabrik və zavodlarda aparılan əsaslı yenidənqurma xalqın gələcəyə inamını daha da artırırdı. Ölkədə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər – əməkhaqlarının, pensiyaların artması, aztəminatlı ailələrə ünvanlı sosial yardımların verilməsi, yoxsulluq səviyyəsinin aşağı salınmasına xidmət edən dövlət proqramlarının uğurlu icrası özünü qabarıq şəkildə büruzə verirdi. Beynəlxalq ekspertlər də etiraf edirdilər ki, Azərbaycanda həyata keçirilən məqsədyönlü tədbirlər əhalinin həyat səviyyəsinin yüksəldilməsində böyük rol oynayır. Ölkə başçısının həyata keçirdiyi siyasətin prioritetində, həyata keçirdiyi iqtisadi islahatların təməlində Azərbaycan vətəndaşının dayandığı diqqəti cəlb edir.

Bu istiqamətdə görülən işlər, əldə olunan uğurlar çərçivəsində 2009-2013-cü illər üçün növbəti Dövlət Proqramının təsdiqlənməsi zərurətə çevrildi. Təbii ki, bütün bunların əsasını daim təkmilləşən iqtisadi islahatlar və onların əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət etməsi təşkil edir. Bu proqramın icrası Bakı və ətraf qəsəbələrin, həmçinin, regionların sosial-iqtisadi inkişafını daha da sürətləndirdi və respublikamızı əsl quruculuq meydançasına çevirdi.

Daha sonra 2014-2018-ci illəri əhatə edən üçüncü proqramın qəbul olunmasına qərar verildi. Regionların hərtərəfli inkişafı sahəsində 2004-cü ildən əsası qoyulmuş məqsədyönlü siyasətin davamı olaraq “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiqi və icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb edir. Xalq bu inkişafı gündəlik həyatında açıq şəkildə hiss edir. Artıq hamıya bəllidir ki, həyata keçirilən dövlət proqramları regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayır.

Məlumat üçün qeyd edək ki, yaxın vaxtlarda daha bir, sayca dördüncü “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” qəbul ediləcək. Bunun anonsunu bir müddət əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Regionların 2014-2018-ci illər üzrə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı verdi.

Qeyd edək ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası zamanı əsas diqqət yetirilən məsələlərdən biri də əhalinin kommunal problemlərinin həlli, elektrik enerjisi, təbii qaz, içməli suya tələbatının ödənilməsidir. İndiyə qədər həyata keçirilən hər üç proqramda qeyd edilən məsələlərlə bağlı çoxsaylı tədbirlər nəzərdə tutulmuşdu və həmin tədbirlərin icrası nəticəsində əhalinin həm təbii qaz, həm elektrik enerjisi, həm də içməli su ilə təminatı məsələsində kifayət qədər işlər görülüb, uğurlu nəticələr əldə olunub.

Əhalinin kommunal problemlərinin həlli istiqamətində təbii qazla təminat məsələsi də xüsusi yer tutur. Əgər sözügedən Dövlət Proqramı qəbul edilənə qədər nəinki ucqar dağ rayonları, hətta paytaxta bir qədər yaxın rayonlar, rayon mərkəzləri, iri şəhərlərin belə təbii qazla təminatında ciddi problemlər mövcud idisə, hazırda belə bir problemin olduğunu söyləyə bilmərik. Dövlət proqramlarının uğurla icra edildiyi ötən 14 il ərzində nəinki rayon və şəhər mərkəzləri, hətta ən ucqar kənd və qəsəbələr belə təbii qazla təmin olunub. Bunun üçün yeni qaz xətləri çəkilib, abonentlərin mənzillərinə təbii qazın verilməsi təmin edilib. Statistik göstəricilərə nəzər yetirsək görərik ki, regionların sosial-iqtiadi inkişafına dair dövlət proqramlarının icra edildiyi ötən 14 il ərzində ölkədə qazlaşdırma 90 faizdən artıq həyata keçirilib. Ancaq əldə edilən nəticələr heç də qaneedici deyil. Çünki mövcud potensial indiki göstəricidən də artıq nəticələr əldə etməyə imkan verir. Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı ölkə üzrə qazlaşdırmanın mövcud göstəricisinin artırılması tapşırığını verdi. Dövlət başçısı bildirdi ki, qazlaşdırma bu ilin sonuna qədər 95 faizə çatdırılmalıdır: “Bu çox yüksək göstəricidir. Hesab edirəm ki, bu göstəriciyə görə də biz dünya miqyasında qabaqcıl yerlərdəyik. Relyefimizi nəzərə alsaq, bir daha görərik ki, bu, nə qədər mürəkkəb işdir. Ona görə bu gün də qazlaşdırmanın səviyyəsi - 93 faiz yaxşı göstəricidir. Ancaq bilməliyik, hələ də bir çox kəndlər var ki, oraya qaz xətləri çəkilməyib. Dövlət büdcəsində bu məqsədlər üçün bu il Azərbaycan Dövlət Neft Şirkətinə 100 milyon manata yaxın vəsait nəzərdə tutulur. Azərbaycan Dövlət Neft Şirkəti bu işləri qısa müddət ərzində görməlidir və qazlaşdırma 95 faizə çatmalıdır. Ondan sonra gələn il isə baxacağıq ki, ucqar dağ kəndlərinə qaz xətlərinin çəkilişi ilə bağlı hansı addımlar atılmalıdır”.

Ümumiyyətlə, Azərbaycan Respublikası Prezidentinin vətəndaşların sosial rifahının yaxşılaşdırılması və işsizliyin aradan qaldırılması üzrə müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq, bu günə qədər "Azəriqaz" İstehsalat Birliyi tərəfindən xidməti müqavilə əsasında 7 minə yaxın vətəndaş işlə təmin olunub. Hazırda "Azəriqaz" tərəfindən kadr strukturları və ümumi idarəetmə sahəsində aparılan islahatlar bundan sonra təmir-bərpa işlərinin daha sürətli və effektli keçirilməsini proqnozlaşdırmağa əsas verir.

Son 14 ildə Azərbaycanın bütün sahələrdə böyük uğurlar qazanması, maliyyə imkanlarının artması, ölkənin transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi, müasir tələblərə cavab verən infrastrukturun yaradılması, ən yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə başlaması Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini getdikcə möhkəmləndirib. Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, onlara uzunmüddətli kreditlərin verilməsi, biznes mühitinin yaxşılaşdırılması ölkəmizin dünya birliyndə nüfuzunun daha da artmasına, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəlməsinə, əhalinin həyat səviyyəsinin davamlı olaraq yaxşılaşdırılmasına zəmin yaradıb. Bir vaxtlar tamamilə unudulmuş pambıqçılıq, tütünçülük, baramaçılıq, fındıqçılıq və ölkəyə daha çox valyuta gətirən kənd təsərrüfatı məhsullarının istehsalının artırılması istiqamətində böyük canlanma yaranıb. Dövlət başçısının rəhbərliyi ilə regionlarda keçirilən respublika müşavirələri bu sahələrdə ciddi dönüş yaradıb. Faktlar da bunu təsdiqləyir. Məsələn, pambıq istehsalı cəmi iki il ərzində təxminən 10 dəfə artıb. Nəinki xam pambıq, eyni zamanda, mahlıc istehsalı da artıb. Mingəçevir şəhərində yaradılmış yüngül sənaye kompleksinin fəaliyyətə başlaması nəticəsində respublikada hazır məhsul ixrac ediləcək. Bu uğurlar fındıqçılıq, tütünçülük, baramaçılıq və digər sahələrdə də özünü büruzə verir. Son iki il ərzində 18 min hektar fındıq bağının salınması, baramaçılığın inkişaf etdirilməsi üçün rayonlarda yeni intensiv tipli tut (çəkil) bağlarının salınması məqsədilə Çin Xalq Respublikasından 1,5 milyon ədəd ting ölkəmizə gətirilib.

Dövlət proqramlarının qarşıya qoyduğu vəzifələrin uğurlu icrası və qeyri-neft sektoruna xüsusi diqqət və qayğı nəticəsində ölkəyə daha çox valyuta gətirən məhsulların istehsalında rekord göstəricilərə nail olunub. Baramaçılıq sahəsindəki uğurlar da bundan xəbər verir. Bu da ipəkçiliyin inkişafına yenidən təkan verib. 2015-ci ildə cəmi bir rayonda 725 kiloqram yaş barama istehsal edildiyi halda, 2016-cı ildə 24 rayon üzrə 70 ton, 2017-ci ildə isə 30 rayonu əhatə etməklə, 244 ton yüksək keyfiyyətli yaş barama istehsal olunub. Başqa sözlə, bu il 2015-ci ilə nisbətən 337 dəfə çox yaş barama istehsal edilib. Bununla bərabər, keçən il baramaçılığın coğrafiyasının genişləndirilməsi məqsədilə çox ciddi addımlar atılıb: 37 rayonda 1,7 milyon tut tingi əkilib. Bu da 2019-cu ildə 1300 ton yaş barama istehsalına imkan yaratmaqla yanaşı, yerli müəssisələrin tam gücü ilə işləməsini təmin edəcək.

Bir sözlə, regionların inkişafı davamlı xarakter daşıyır. Bu da qarşıdakı illərdə göstərilən istiqamətdə inkişafın daha sürətli olacağından xəbər verir.

Vidadi XUDAŞOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir. 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

19.10.2026 / 08:25
Trampa qarşı “Kral istəmirik!” etiraz aksiyaları bütün Amerikanı bürüdü

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ