şənbə günü, 31 oktyabr 2026
     

Mənzil bazarımız Rusiya-Ukrayna çəkişməsinin böyük təsiri altında...

Image


Daşınmaz əmlak bazarında səngiməyən qiymət artımı qarşıdakı dövr ərzində daha kəskin xarakter ala bilər. Buna əsas səbəb isə bu dəfə daşınmaz əmlak bazarında Rusiya və Ukrayna amili ilə bağlı yaranan təzyiqdir. Məsələ burasındadır ki, Rusiyada iqtisadi vəziyyətin pisləşməsi fonunda buranı tərk edən soydaşlarımız əllərində olan vəsaiti daha çox Azərbaycanda daşınmaz əmlak bazarına yatırır.
Eyni sözləri Ukraynanı tərk edən azərbaycanlılar barədə də söyləmək olar. Hazırda Rusiya və Ukraynadan gələn soydaşlarımız mənzil bazarında əsas alıcıya çevrilməkdədir. Bu isə əlavə bahalaşmaya yol açır.
"MBA Consulting Group" Konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimov da bu amilin bazarda bahalaşma prosesində az rol oynamadığını vurğulayır. Onun sözlərinə görə, Rusiya və Ukraynada baş verən hadisələr Azərbaycanın daşınmaz əmlak bazarına pul kütləsinin təzyiqinin artımına səbəb olub: "Bundan əlavə, mənzil tikintisi bazarında bazar iştirakçılarının sayı azaldıqca süni qiymət artımı imkanları daha da çoxalır. Ölkə əhalisinin gəlirləri artdıqca mənzil şəraitlərini yaxşılaşdırmağa üstünlük verirlər. Eləcə də mənzil bazarında qiymət artımı bank depozit faizlərini üstələdiyindən investorlar bu bazara daha çox üstünlük verməyə meyllidir". Bütün bunlar mənzil bazarında qiymətlərin artımını şərtləndirir. Əsas amil isə, qeyd olunduğu kimi, Rusiya və Ukraynadan gələn soydaşlarımızın mənzil bazarında əsas alıcıya çevrilməsidir.
Rusiya və Ukraynadan ölkəmizə gələnlərdən çoxu vəsaitlərini həmin ölkələrdən çıxarıb daşınmaz əmlak bazarına yatırır. Beləliklə, Rusiya və Ukrayna arasındakı konflikt Azərbaycanın əmlak bazarına ciddi təsir göstərir. Rublun dəyərinin düşməsi və bunun fonunda Rusiyada biznes aktivliyinin azalacağı ilə bağlı proqnozlar Rusiyada yaşayan həmvətənlərimizin Bakıda mənzilə tələbatının artmasına gətirib çıxarır. İlkin qiymətləndirmələrə görə, Bakıda satılan mənzillərin 25 faizini ölkədən kənarda yaşayan həmyerlilərimiz alır. Qeyd olunduğu kimi, bütün bunlar nəticə etibarı ilə ölkənin mənzil bazarına da öz təsirini göstərir və bahalaşmaya yol açır. Təbii ki, paytaxtda gedən söküntü prosesi bahalaşmanı daha da sürətləndirir. Çünki bu fonda tələb təklifi üstələyir, qiymət təzyiqi yaranır və nəticədə qiymətlər artır. Mənzillərin bahalaşmasına, söküntü ilə yanaşı, təkan verən digər amillər də var. Onlardan biri daxili bazarda pul kütləsinin çoxalmasıdır. Bu gün Azərbaycanda iri tikinti, infrastruktur layihələri həyata keçirilir, regionların inkişaf proqramlarına böyük vəsaitlər xərclənir. Bu pulların bir hissəsi dolayısı yollarla daşınmaz əmlak bazarına daxil olur və burada qiymət təzyiqi yaradır.
Ekspertlər qiymətin yüksək olmasının digər səbəbini torpağın bahalığında, tikinti şərtlərinin ağırlığında görür. Hesab olunur ki, ucuz mənzillərin tikilməməsi həm torpağın bahalığı, həm də tikinti şirkətlərinin xərclərinin həddən artıq çoxluğu ilə bağlıdır. Nəticədə mənzil baha başa gəlir. İpoteka kreditinin istənilən həcmdə olmaması isə mənzil bazarında ucuzlaşmaya yol açmır. Yeri gəlmişkən qeyd edək ki, cari ilin 7 ayında ipoteka kreditləşməsinin həcmi 62,2 mln. manat olub. Halbuki, ötən ilin eyni dövründə bu rəqəm 64,2 mln manat təşkil edib. MKT-lar tərəfindən verilən kreditlər də azalıb. Məsələn, ötən ilin altı ayında 42 milyon manat məbləğində, bu ilin müvafiq dövründə isə 40 milyon manat kredit verilib.
Sosial ipoteka kreditləri uzrə büdcədən ayrılan vəsaitlərin qrafiki də diqqət çəkir. Belə ki, mart ayında 20 milyon manatlıq kredit verilib. Büdcə hesabına maliyyələşən bu kreditlər üzrə daha 20 milyon manatın nə zaman ayrılacağı bəlli deyil. Monitorinqlər göstərir ki, hazırda bankların əksəriyyətində sosial ipoteka kreditləri aktiv deyil. Ümumiyyətlə, banklar dövlət hesabına kredit verilişini dayandırıb. Əsas səbəb, qeyd olunduğu kimi, ipoteka kreditlərinin məbləğinin azlığıdır. Həmçinin, burada faiz məsələsi də az rol oynamır. İnkişaf etmiş ölkələrdə, xüsusilə ABŞ və Avropa dövlətərində ipoteka kreditləri 2-3 faizdən yüksək deyil. Hətta bəzi sosial fondlar var ki, 1 faizlə də kredit verir. Ölkəmizdə də buna bənzər faiz dərəcələrinin tətbiqi vacib sayılır. İndilikdə isə hesab olunur ki, ipoteka kreditlərinin baha olmasının başlıca səbəbi maliyyə mənbələrinin məhdud olmasıdır. Onu da qeyd edək ki, İpoteka Fondunun verdiyi ipoteka kreditlərinin üzərinə müvəkkil banklar tərəfindən komisyon haqları da qoyulur. Bu da kreditləri bir qədər də bahalaşdırır. Bununla bağlı bildirilir ki, kommersiya banklarının çəkdiyi xərcləri dövlət öz üzərinə götürməli və faiz dərəcəsində bunu hesablamalıdır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ