Azərbaycan Çexiyanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Trend-in məlumatına görə, bunu Çexiyanın Bakıdakı səfiri Vitezslav Pivonka Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlığa həsr olunmuş tədbirdə deyib.
Səfir bildirib ki, Azərbaycan və Çexiya energetika sahəsində sıx əməkdaşlıq edirlər: “Azərbaycan neftinin tədarükü Çexiyanın enerji təhlükəsizliyinin ayrılmaz amilidir”.
V.Pivonka onu da vurğulayıb ki, ikitərəfli münasibətlər çərçivəsində MOBILAZE layihəsi böyük əhəmiyyət kəsb edir: “Biz miqrasiya sahəsində təcrübəmizlə bölüşməyə və Azərbaycanın, eləcə də Aİ ölkələrinin təhlükəsizliyinə töhfə verməyə hazırıq”.