Bazar ertəsi günü, 19 oktyabr 2026
     

Tehran-Bakı-Moskva dəmir yolu ilə ilk sərnişinlərin hərəkətinə az qaldı…

Image


Məlum olduğu kimi, qeyri-neft sektorunun vacib qolu kimi Azərbaycan üzərindən yük və sərnişindaşımaların həcminin artırılması xüsusi diqqət mərkəzindədir. Bakı-Tiflis-Qars dəmir yolunun işə düşməsi artıq ölkə üzərindən daşınan yüklərin həcmində əhəmiyyətli dərəcədə artım əldə olunması ilə müşayiət edilməkdədir. Cari il ərzində bu dəmir yolu ilə sərnişin daşınması da həyata keçriləcək.

Bununla yanaşı, artıq yaxın günlərdə  “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi işə düşəcək və bu, yükdaşımalar sahəsində yeni bir mərhələ açacaq. İranın Dövlət Dəmir Yolları İdarəsinin beynəlxalq əməkdaşlıq şöbəsinin rəisi Abbas Zamani bildirir ki, “Şimal-Cənub”un mühüm hissəsini təşkil edən Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xətti istismara verildikdə, yüklərin daşınması ilə yanaşı, sərnişindaşıma da həyata keçiriləcək. Onun sözlərinə görə, mart ayının sonunda yol istismara veriləcək və ilk sınaq qatarı İrandan Rusiyanın Sankt-Peterburq şəhərinə yola salınacaq. Azərbaycandan tranzit keçməklə Sankt-Peterburqa tikinti materialları daşıyan yük qatarı göndəriləcək. A.Zamani bildirib ki, gələcəkdə sərnişinlər Tehran-Moskva qatarı ilə Astaradan keçməklə Rusiyaya gedə biləcək. Bununla yanaşı, “Şimal-Cənub”un digər vacib hissəsi olan Qəzvin-Rəşt dəmir yolu istiqamətində də mühüm addımlar atılır.  Gilan əyalətinin yol və şəhərsalma idarəsinin baş direktoru Əli Xavəri qeyd edir ki, Qəzvin-Rəşt dəmir yolu layihəsi üzrə tikinti işlərinin başa çatmasına 5 kilometr qalıb. 164 kilometrlik dəmir yolu xəttinin 148 kilometrində relslərin qoyulması prosesi başa çatıb: "Dəmir yolu xəttinin Gilan əyaləti ərazisində infrastruktur tam hazırdır. Sadəcə 1 kilometr məsafədə relslər qoyulacaq. Qəzvin əyalətində isə 4 kilometr məsafədə relslər qoyulmalı və infrastruktur hazırlanmalıdır. İnfrastrukturun  hazırlanması prosesi tamamlandıqdan sonra müvəqqəti relslər qoyulacaq. Bunun üçün zamana ehtiyac var”.  

O qeyd edib ki, martın 21-nə qədər nəzərdə tutulan işlərin böyük hissəsi yerinə yetiriləcək.

Xatırladaq ki, Qəzvin-Rəşt dəmir yolu Ənzəli limanı və Astaraya kimi uzanacaq. Bu dəmir yolu “Şimal-Cənub”un bir hissəsidir və dəmir yolunun tikintisi Azərbaycan, Rusiya və İran tərəfindən həyata keçirilir. Daha sonra Astaraya kimi uzanacaq dəmir yolu layihəsinin icrasına Azərbaycan əlavə 500 milyon dollarlıq investisiya qoymaqla, bu layihədə 50 faizlik paya sahib olacaq. İranın yol və şəhərsalma nazirinin müavini Əsğər Fəxriyə Kaşan bildirib ki, Rəşt-Astara dəmir yolu layihəsinin icrası ilə “Şimal-Cənub”un əsas hissəsi istifadəyə hazır vəziyyətə gətirilmiş olacaq və bu marşrutdan istifadə edərək, Hindistan və Çin öz məhsullarını Mərkəzi Asiya, Azərbaycan, Rusiya və Avropaya nəql edə biləcək. Nazir müavini qeyd edib ki, Rəşt-Astara dəmir yolunun istifadəyə verilməsi ilə İranın cənubundan yüklərin Avropaya göndərilməsi də xeyli asanlaşacaq və ölkənin valyuta gəlirləri artacaq. Eyni zamanda, belə vəziyyət İranın Azərbaycan üzərindən daha çox yük göndərməsinə səbəb olacaq. Yeri gəlmişkən qeyd edək ki, ötən ilin 10 ayı ərzində İran yalnız Astara gömrük-keçid məntəqəsindən 1 milyard 300 milyon dollar həcmində ixrac əməliyyatı həyata keçirib. Astara Gömrük İdarəsinin rəisi Rəsul Ümidi bildirib ki, mallar Azərbaycan üzərindən keçməklə Gürcüstana, Ukraynaya, Rusiyaya, Türkiyəyə və Birləşmiş Ərəb Əmirliklərinə ixrac olunub. İranın ixrac potensialının artması və Hindistanın ixrac-idxal əməliyyatlarını məhz İran üzərindən həyata keçirməyə çalışması “Şimal-Cənub” dəhlizinin rolunu daha da artırır. Qəzvin-Rəşt-Astara dəmir yolu xətti istismara verildikdən sonra “Şimal-Cənub” nəqliyyat dəhlizi tam olaraq formalaşacaq. Bu isə daha çox həcmdə ixrac əməliyyatının həyata keçirməsinə imkan yaradacaq. Azərbaycan üzərindən malların tranzit olaraq keçməsi onu deməyə əsas verir ki, rəsmi Bakı strateji xətti düzgün müəyyən edib. Rəşt-Astara dəmir yolunun çəkilişi üçün Azərbaycanın  İrana 500 milyon dollar kredit verməsi də, ekspertlərə görə, qeyri-neft sektoruna yatırılan sərmayədir. Yaxın gələcəkdə dövlət büdcəsinə həm kreditin faizi qayıdacaq, həm də istismara veriləcək Rəşt-Astara dəmir yolu ilə həyata keçiriləcək ixrac əməliyyatından əldə edilən tranzit gəlirlər büdcəyə daxil olacaq.

Bundan başqa, artıq məlumdur ki, Azərbaycanda dəmir yolunun yenidən qurulması Rusiya-İran istiqamətində yük axınlarının artmasına gətirib çıxaracaq. Xatırldaq ki, bu il Azərbaycan irimiqyaslı “Şimal-Cənub” nəqliyyat layihəsinin tərkib hissəsi olan Bakı-Yalama dəmir yolunun Rusiya sərhədinə qədər hissəsinin yenidən qurulmasına başlayacaq. Yenidənqurma işləri zamanı Bakı-Astara dəmir yolunun Xəzər dənizinin sahilindən keçən hissəsinin köçürülməsi, habelə Qəbələ şəhərinə qədər dəmir yolu qolunun çəkilməsi nəzərdə tutulur. “Rus Konteyner Şirkəti”nin mütəxəssislərinin fikrincə, belə infrastruktur layihələri təkcə Azərbaycan üçün deyil, həm də Rusiya və beynəlxalq qadağalar ləğv ediləndən sonra dünyada ən yüksək iqtisadi inkişaf sürətlərindən birini nümayiş etdirən İran üçün sərfəlidir. “Rus Konteyner Şirkəti”nin baş direktoru İvan Qrişagin belə bir proqnoz verərək bildirir: “Nəqliyyat sahəsində yaranan real vəziyyəti lazımınca qiymətləndirmək həqiqətən çətindir, amma fəaliyyət göstərən və işə salınmağa hazırlanan dəmir yollarının buraxıcılıq qabiliyyəti ilə bağlı ilkin hesablamalar nəzərə alınsa, xərclər nəinki ödəniləcək, həm də Rusiya və İran iqtisadiyyatlarının möhkəmlənməsinin əhəmiyyətli amilinə çevriləcək. Görülən tədbirlər, şəksiz ki, ölkələrimiz arasında əmtəə dövriyyəsini dəfələrlə artırmağa və hətta proqnozlaşdırılan göstəriciləri 10 milyard dollar üstələməyə imkan verəcək”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

19.10.2026 / 20:40
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

19.10.2026 / 19:36
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

19.10.2026 / 08:25
Trampa qarşı “Kral istəmirik!” etiraz aksiyaları bütün Amerikanı bürüdü

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ