şənbə günü, 31 oktyabr 2026
     

Bazarlarda bahalaşma gözlənildiyindən də sürətlə gedir

Image


Rusiyaya ərzaq ixracının artımı Azərbaycan bazarlarında gözlənildiyindən də çox bahalaşmaya yol açıb. Ən pisi isə odur ki, ekspertlər bahalaşmanın hələ davam edəcəyini proqnozlaşdırır. Çünki Rusiyaya əsas etibarı ilə aqrar məhsulların ixrac həcmi yalnız artmaqda davam edir və bu, daxili bazarda yerli məhsulların miqdarının azalmasına və beləliklə də bahlaşmasına yol açır.
Xüsusən də son günlər ölkədə meyvə və tərəvəzin qiyməti artıb. Məsələn, ötən ay pomidorun qiyməti 30-40 qəpik arasında dəyişirdisə, hazırda 1 kiloqram pomidor 80 qəpik və 1 manat arası satılır. Artım qarpız, yemiş, badımcan, bibər, kartof, soğan və eləcə də mövsümə uyğun meyvələrin də qiymətində müşahidə olunur. Satıcılar isə, qiymət artımına səbəb kimi, fermerlərin istehsal etdikləri məhsulları yerli bazara çıxarmaqda maraqlı olmadığını bildirir.
Xatırladaq ki, Rusiya hökuməti Avropa ölkələrindən gələn meyvə və tərəvəz məhsullarına qoyduğu qadağadan sonra yaranan tələbatı ödəmək üçün Azərbaycan və ona yaxın olan ölkələrdən məhsullar gətirilir. Bu səbəbdən də ölkədə meyvə və tərəvəzin qiymətində artım müşahidə olunur. Bu günlərdə isə kənd təsərrüfatı naziri Heydər Əsədov Rusiyaya idxalın artması ilə bağlı daxildə meyvə-tərəvəzin qiymətinin artması məsələsinə aydınlıq gətirib. Nazir bunun təbii iqtisadi proses olduğunu bildirsə də, məsələnin müsbət tərəfinin daha çox olduğunu qeyd edib: "Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiya bazarına ixracının artırılmasından sonra ölkəmizə idxal olunan məhsulların həcminin artacağı gözlənir. Məsələyə kompleks şəkildə yanaşmaq lazımdır. Birinci növbədə bu, Azərbaycan məhsullarının Rusiya bazarında brend kimi yer tutması üçün çox gözəl fürsətdir. Bizim məhsullar adıçəkilən ölkənin bazarında çox yaxşı tanınır. Yaranmış vəziyyət isə bizim istehsalçılara əlavə üstünlük verir". Nazir qeyd edib ki, Azərbaycan fermerlərinin istehsal etdiyi kənd təsərrüfatı məhsullarının qonşu ölkəyə ixracının artırılması ölkəmizə xaricdən gətirilən məhsulların həcminə təsir edəcək: "Təbii ki, bizim məhsullar Rusiya bazarına çıxdıqca xaricdən Azərbaycana məhsul idxalının artımı gözlənir. Əslində əhali özü tələbatı formalaşdırmalıdır. Yaxşı olar ki, əhali yerli məhsulları alsın və xarici məhsullara heç bir tələbat yaranmasın. Təbii ki, xaricdən gələn məhsulların həcminin artımı iqtisadi cəhətdən qiymətə təsiredici amildir. Lakin dövlət qiyməti tənzimləmək siyasəti ilə məşğuldur. Təbii ki, idxalı, ixracı optimallaşdırmaqla da məşğul olacağıq. O ki qaldı qiymət məsələsinə, onu qeyd etmək istəyirəm ki, 1 il bundan qabaq kənd təsərrüfatı məhsullarının istehsalçıları dəfələrlə şikayət edirdilər ki, məhsullar bağlarda çürüyüb qalır, satılmır. İndi isə problem həll olunan kimi məsələnin yaxşı tərəfləri qalıb bir kənarda, hər kəs qiymətin artımından danışır".
Lakin istənilən halda, qiymətlərin belə sürətli artımı əhali arasında ciddi narahatlığa yol açıb. Bir həftə öncə topdansatış mərkəzlərində bir yeşik pomidor 6-7 manata idisə, hazırda 15 manatdan aşağı tapmaq mümkün deyil. Bundan əlavə, Rusiyaya ən çox ixrac olunan göyərti məhsullarında bahalaşma müşahidə olunub. Ümumiyyətlə, indiki mövsümdə kənd təsərrüfatı məhsullarının Rusiyaya ixrac edilməsi daxili bazarda qiymətlərə ciddi təsir edəcək. İqtisadçı-ekspert Vüqar Bayramov isə xatırladır ki, Avropa Birliyinin tətbiq etdiyi sanksiyalar səbəbindən Qərb və Avropa dövlətləri Rusiya bazarlarına ərzaq məhsullarının ixracatını həyata keçirə bilmir. Avropa Birliyinin bu ölkədə böyük paya malik olduğunu diqqətə çatdıran ekspert, əsasən də süd məhsullarına olan tələbatın 70 faizinin Avropa Birliyi ölkələri hesabına təmin olunduğunu deyib: "Rusiya bir çox məhsulların idxal və ixracına görə AB-dən asılı vəziyyətdə idi. Artıq birlik dövlətləri məhsullarını bu ölkəyə buraxmadıqları üçün bazarlar boşalıb. Bu boşluğu isə daha çox qonşu dövlətlər, xüsusilə də Azərbaycandan ixrac olunacaq məhsullar dolduracaq. Artıq azərbaycanlı iş adamları öz məhsullarını qonşu ölkəyə daşımağa başlayıb. Rusiya bazarlarının Azərbaycanda istehsal olunan məhsullar hesabına doldurulması, əslində ölkəmiz üçün əhəmiyyətlidir. Çünki bu, qeyri-neft məhsullarının ixracatının artması deməkdir. Azərbaycanlı iş adamları və fermerlərinin öz məhsullarının Rusiya bazarlarına çıxarmaları həm onların maddi vəziyyətinin yüksəlməsinə, həm də ölkəyə daxil olan valyutanın həcminin artmasına səbəb olacaq". V.Bayramov qeyd edib ki, Rusiya AB ölkələrindən yalnız kənd təsərrüfatı məhsulları deyil, həm də ərzaq və ət məhsulları idxal edirdi: "Apardığımız monitorinqlər zamanı məlum olub ki, son sanksiyalardan sonra həm fermerlər, həm də toyuq əti istehsalı ilə məşğul olan sahibkarlar məhsullarının bir hissəsini Rusiya bazarlarına çıxarmaq imkanı əldə edəcək.
Buna görə də yaxın vaxtlarda yerli ərzaq məhsullarının qiymətlərində artım proqnozlaşdırılır. Daxili bazarda yaranan boşluq isə ölkəyə idxal olunan məhsullar hesabına doldurulacaq. Rusiyaya tətbiq olunan sanksiyalar bu ölkədən Azərbaycana daxil olan ərzaq məhsullarının qiymətinin aşağı düşməsinə səbəb olacaq".







VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ