şənbə günü, 31 oktyabr 2026
     

Banklar real sektora verməyə pul tapmır

Image


Məlum olduğu kimi, ölkə banklarının real sektora daha az həcmdə kredit ayırması rəsmi dairələr tərəfindən də narazılıqla qarşılanır. Hazırda mövcud vəziyyət göstərir ki, banklar yenə real sektora böyük həcmdə kredit ayırmaq gücündə deyil. Buna əsas səbəb onların bunun üçün yetərli maliyyə vəsaitinin olmamasıdır. Əvvəla, banklar hələ də xaricdən kredit cəlbində problem yaşayır.
Düzdür, ölkədə fəaliyyət göstərən bankların xarici öhdəlikləri artıb. İlin ilk yarısında bu rəqəm 4 milyard 464.1 milyon manat təşkil edib. Bu ilin may ayında xarici öhdəliklər 4 milyard 416.3 manat olub. İlin əvvəlində isə bu rəqəm 4 milyard 169.7 milyon manat təşkil edib. Xaricdən alınan kreditlər artsa da, bu, əsasən istehlak kreditlərinin verilməsinə yönəlib.
Vəziyyəti şərh edən iqtisadçı-ekspert Samir Əliyev bunu normal hal kimi dəyərləndirir: "Orada narahatlıq əsasən bankların kredit reytinqinin aşağı olmasıdır. Bu səbəbdən onların cəlb etdiyi kreditlərin faizləri yüksək olur. Beynəlxalq bazarda belə kreditlər 4 faizdirsə, yerli kommersiya bankları onu 7-10 faizlə əldə edir. Banklar üzərlərində işləməli, reytinq almalıdır. Məsələn, A reytinqində bank yoxdur". O ki qaldı son zamanlar bankların kredit verilişini azaltmasına, Mərkəzi Bankın ilin əvvəlindən atdığı addımların sektora təsirlərinə S.Əliyev kredit verilişinin artdığını deyir: "Sadəcə, artımın tempi əvvəlki illərlə müqayisədə azalıb. Mərkəzi Bankın ilin əvvəlində kreditlərin alınması şərtlərini ağırlaşdırması, uçot stavkasını endirməsi, hələ ki, effekt verməyib. Bunun səbəbi də bankların hələ real sektora üz tutmağa hazır olmamasıdır. Banklarda pullarını geri ala biləcəklərinə dair əminlik yoxdur. Bunun da kökündə resursların qıtlığı dayanır. Bankların əlindəki resurslar real sektor üçün azlıq edir. Məhdud resursu real sektora ayırması və geri ala bilməməsi isə onları çökdürə bilər". Ekspertin sözlərinə görə, istehlak kreditləri üzrə faizlərin 1-2 faiz ətrafında enməsi gözlənsə də, real sektora yönəldilən kreditlərdə dəyişiklik gözlənmir.
Hesab olunur ki, bankların real sektora pul verməsi üçün onların maliyyə ehtiyatları inzibati resurslar hesabına artırıla bilər. Məsələn, valyuta ehtiyatlarının bir hissəsi banklara ayrıla bilər. Xatırladaq ki, Azərbaycan böyük miqdarda strateji valyuta ehtiyatları formalaşdıra bilib. Həmin strateji valyuta ehtiyatlarının miqdarı illər üzrə artır ki, bu da ölkəyə maliyyə sahəsində daha asan şəkildə manevrlər etməyə imkan verir. Dövlət Neft Fondunun vəsaitləri və Mərkəzi Bankdakı rəsmi valyuta ehtiyatları birgə hesablandıqda Azərbaycanın 53 milyard dollar strateji valyuta ehtiyatları olduğu məlum olur.
İlin sonuna kimi bu məbləğin daha böyük hədlə ifadə olunması gözlənir. Bu fonda isə yenidən aktuallaşan məsələlərdən biri də valyuta ehtiyatlarının bir hissəsinin banklara aşağı faizlə kredit şəklində verilməsidir. Ölkənin strateji valyuta ehtiyatlarından banklara müəyyən həcmdə kredit ayrılsa, bu, hansısa bahala kreditin axtarılıb tapılmasına ehtiyacı aradan qaldırar. Eyni zamanda, bu hal kreditlərin də ucuzlaşmasına yol açar. Azərbaycanın valyuta ehtiyatlarının bir qisminin ölkəyə gətirilməsinin məqsədəuyğun olduğunu bildirən ekspertlər xatırladır ki, Dövlət Neft Fondunun idarə etdiyi valyuta ehtiyatlarının gəlirlilik səviyyəsi olduqca aşağıdır. Bu, təxminən 1% intervalındadır və olduqca aşağı rəqəmdir. Neft Fondunun valyuta ehtiyatları xaricdə 1%-lə idarə edildiyi halda, ölkədəki sahibkarlar 25%-lə kredit götürmək məcburiyyətində qalır. Ona görə məqsədəuyğundur ki, valyuta ehtiyatlarının bir qismi ölkəyə gətirilərək kommersiya banklarına yerləşdirilsin. Bu da nəticə etibarı ilə kredit faizlərinin kifayət qədər aşağı düşməsinə şərait yaradacaq. Eyni zamanda, banklar real sektora daha böyük miqdarda pul ayıra bilər.
Hazırda isə yenə istehlak kreditləri üstünlük təşkil edir. Praktik olaraq, Azərbaycanda istehlak kreditlərinin ümumi bank kreditində payının 40 faiz olduğunu nəzərə alsaq, bu o anlama gəlir ki, ölkədə verilən hər 100 manat kreditdən 40 manatı istehlak kreditləşməsinə yönəldilir. Təəssüf ki, real sektora yönəldilən ümumi kreditin həcmi kredit portfelinin cəmi 10 faizini təşkil edir. Aqrar sektorda isə bu göstərici daha az, cəmi 4 faizdir. Bunun belə olmasının əsas səbəbi ondan ibarətdir ki, real sektora yönəldilən kreditdən fərqli olaraq, istehlak kreditləşməsi daha gəlirli hesab edilir. Real sektora yönəldilən kreditin faiz dərəcəsi istehlak kreditinə yönəldiləndən aşağıdır. Bu o deməkdir ki, kommersiya bankları real sektoru maliyyələşdirən zaman daha aşağı faizlərlə kredit verməli olur. Həmçinin, real sektora yönəldilən kreditlərin həcmi adətən böyük olur. Böyük olduğundan, onun geri qaytarılması məsələsində də müəyyən risqlər olur. Kommersiya bankları istehlak kreditində risqin az olduğunu düşünür. Eyni zamanda, girov məsələsi də bankları real sektora daha çox diqqət ayırmaqdan çəkindirir. Banklar sahibkarın regionlarda yerləşən əmlakını girov kimi qəbul etmir. Bakıda da qəbul edilən girov adətən bazar qiymətindən aşağı qiymətləndirilir. Mövcud qanunvericilik də bunu müəyyənləşdirməyib. Bütün bunlar kommersiya banklarını real sektoru maliyyələşdirməkdən yayındırır. Bu fonda isə banklara aşağı faizlə dövlət tərəfindən kredit verilsə, vəziyyət dəyişə bilər. Eyni zamanda, birmənalı şəkildə müəyyən stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Mərkəzi Bank hər bir verilən kreditlər üzrə bütövlükdə əmsalların fərqləndirilməsi, o cümlədən, vəsaitlər üzrə real sektora tətbiq edilən əmsalların daha yüksək həddə müəyyənləşdirilməsi yolu ilə özəl bankları prosesə stimullaşdıra bilər. Bu zaman kommersiya bankları real sektora kredit verirsə, Mərkəzi Bank özəl bank vəsaitlərinin daha az vəsaitinin özündə qalmasını tələb edə bilər. Vergi güzəştlərinin tətbiqi də vacibdir. Bu da real sektora daha böyük həcmdə kredit ayrılması deməkdir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ