Bazar günü günü, 01 noyabr 2026
     

2,9 milyard manat bank əmanəti təhlükədə...

Image


Ölkə banklarında batmaq ehtimalı daha yüksək olan əmanətlərin həcmi getdikcə artır. Vəziyyətin təhlili göstərir ki, banka pul qoyanları daha çox yüksək faizlər maraqlandırır. Bu səbəbdən onlar əmanətlərin sığortalanma məsələsini arxa plana atırlar. Bu isə, qeyd olunduğu kimi, banklarda fors-major vəziyyətdə bata biləcək pulların miqdarının artması ilə müşahidə olunur.
Son rəsmi məlumatlara əsasən də, ölkədə fəaliyyət göstərən banklarda Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunmayan əmanətlərin həcmi artıb.
Belə ki, son bir ildə fiziki şəxslərin cəmi əmanətlərində qorunmayan əmanətlərin xüsusi çəkisi 21,8 faiz artaraq 33%-dən 54,8%-ə yüksəlib. Ötən ilin iyun ayının sonunda banklardakı fiziki şəxslərin 5,6 milyard manat əmanətinin 1,85 milyard manatı qorunmurdusa, bu ilin eyni tarixində 6,3 milyard manat cəmi əmanətin 2,87 milyard manatı qorunmayan əmanətlər olub. Göründüyü kimi, fiziki şəxslərin cəmi əmanətləri 0,6 milyard manat artdığı halda qorunmayan əmanətlər 1,02 milyard manat artıb.
Yeri gəlmişkən qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondu 2014-cü ilin ikinci rübünün nəticələrini açıqlayıb. Məlumata görə, bu rübdə fiziki şəxslərin cəmi əmanətlərinin 45,2%-ni qorunmayan əmanətlər, 54,8%-ni isə qorunan əmanətlər təşkil edir. Ekspertlər qorunmayan əmanətlərin artmasına Əmanətlərin Sığortalanması Fondu tərəfindən, 19 may 2014- cü il tarixindən etibarən üzv banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin 10 faizdən 9 faizə endirilməsinin səbəb ola biləcəyini göstərirlər. Bu tarixdən üzv banklarda illik 9 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilən əmanətlər qorunmayan əmanət hesab edilir. Əhali isə əmanətlərini bu faizdən yüksək faizlərlə yerləşdirərək daha çox əmanət faizi qazanmaq istəyir. Təbii ki, bu cür əmanətlər də qorunmur. Həmçinin ekspertlər qeyd edir ki, qorunmayan əmanətlərin artmasına banklara 9%-dən yüksək faizlə yatırılan iri məbləğli əmanətlər daha çox təsir göstərir. Kiçik həcmli əmanətlər isə əsasən 9%-lə banklara yatırılır.
Qeyd edək ki, sığorta hadisəsi baş verərsə, məsələn, bank müflis olarsa qorunan əmanətçinin qorunan əmanətinə hər bir sığorta hadisəsinə görə ödənilməli olan kompensasiya məbləği 30 000 manat təşkil edir.
Ekspertlər isə sığortalanmayan əmanətlərin həcminin getdikcə artmasının narahatlıq doğurması qənaətindədir. Bütün bunlar həm də bankların nizamnamə kapitalını 50 milyon manata çatdırmalı olmasına dair Mərkəzi Bankın verdiyi müddətin azaldığı bir dövrdə baş verir. Araşdırmalar onu da göstərir ki, banklar, xüsusən də kredit vermək üçün resursları az olan banklar böyük həvəslə yüksək faizlə əmanət cəlb edir. Əmanətlərin sığortalanması barədə anlayışı olmayan müştərilər isə çox qazanmaq xətrinə yüksək faizlərə üstünlük verirlər. Nəticədə sığortalanmayan əmanətlərin həcminin artımı müşahidə edilir. Bankların bir çoxu isə insanların məlumatsızlığından sui-istifadə edir. Bu səbəbdən qeyd olunan istiqamətdə müəyyən dəyişikliklər edilməsi vacib sayılır. Bununla yanaşı, hesab olunur ki, Əmanətlərin Sığortalanması Fondunun müəyyənləşdirdiyi maksimum məbləğ də dəyişdirilməlidir. Çünki sığortalanan 30 min manat məbləğ indiki halda əmanətlərin sığortalanması üçün yetərli deyil. Qeyd edək ki, Şərqi Avropa ölkələrinin əksəriyyətində sığortalanan əmanətin məbləği 100 min avroya yaxındır. Başqa Avropa ölkələrinin çoxunda sığortalanan məbləğlə bağlı maksimum hədd yoxdur. O da təklif olunur ki, əmanətlərin sığortalanması əmanətlər üzrə tətbiq edilməlidir. Hazırda kommersiya bankında bir əmanətçinin bir neçə əmanəti varsa, bu cəmlənir və həmin cəmin 30 min manatadək olan hissəsi sığortalanmış hesab olunur. Bu halda eyni banka bir neçə əmanət formasında əmanət yerləşdirməyin heç bir əhəmiyyəti olmur. Qaydanın dəyişdirilməsinə ehtiyac olduğu vurğulanır.
Bundan başqa, Əmanətlərin Sığortalanması Fondu vətəndaşların məlumatlandırılması istiqamətində də ciddi addımlar atmalıdır. Ekspertlər vurğulayır ki, qorunan əmanətlərin həcminin artırılması heç də yalnız Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti ilə bağlı olmamalıdır. Belə ki, əmanətlərin daha çox sığortalanmasına nail olmaq vətəndaşların da üzərinə düşən məsuliyyətdir. Təəssüf ki, əmanətçilər bəzi hallarda daha çox gəlir əldə etmək məqsədilə yüksək faiz təklif edən banklarda pullarını yerləşdirir. Bununla da onlar öz pullarını potensial risqə atırlar. İndilikdə təklif olunur ki, əmanəti 30 min manatdan çox olan vətəndaşların öz pullarını bir neçə bankda yerləşdirməsi daha məqsədəuyğundur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ