Bazar günü günü, 01 noyabr 2026
     

Köhnə avtomaşınların bazarı təkrar qızışır

Image


Aparılan araşdırmalar hələ də işlənmiş avtomobillərin ölkəmizə ixrac olunduğu əsas məkan qismində qonşu Gürcüstanın çıxış etdiyini göstərir. Lakin əvvəlki dövrlə müqayisədə Gürcüstandan avtomobil idxalında azalma olması da özünü qabarıq formada nümayiş etdirir. Gürcüstan Milli Statistika Xidmətinin məlumatına əsasən, son 6 ay ərzində bu ölkədən ötən ilin analoji dövrü ilə müqayisədə ixracın həcmi azalıb.
Belə ki, ötən ilin ilk yarısında Gürcüstandan Azərbaycana builkindən 13% çox - 332,5 milyon dollar dəyərində məhsul göndərilib. Bu ilin ilk yarısında qonşu Gürcüstandan Azərbaycana 290,2 milyon dollar dəyərində məhsul ixrac edilib və nəticədə Azərbaycan Gürcüstanın ən çox məhsul satdığı ölkə olub. Ötən illərdə olduğu kimi, bu ilin ilk yarısında da Gürcüstandan Azərbaycana ən çox avtomobil ixrac olunub. Cari ilin ilk 6 ayı ərzində qonşu Gürcüstandan ölkəmizə 147,5 milyon dollar dəyərində 11 min 957 ədəd avtomobil gətirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin sayı 40%-dən çox və ya 8 min ədəd azalıb. Ölkəyə gətirilən avtomobillər üçün ödənilən vəsait isə ötən illə müqayisədə daha az azalıb. Belə ki, 2013-cü ilin ilk 6 ayında 19 min 901 avtomobil üçün 189,5 milyon dollar ödənibsə, bu ilin ilk 6 ayında bu vəsait 22% və ya 42 milyon dollar azalıb. Bu isə o deməkdir ki, ötən il Gürcüstandan gətirilən bir ədəd avtomobilin orta qiyməti 9 min 500 dollar olduğu halda, bu il 12 min 400 dollar təşkil edib. Nəticədə ötən ilin yanvar-iyun ayları ilə müqayisdə bu ilin ilk 6 ayında Gürcüstandan gətirilən avtomobillərin qiymətində 30% artım baş verib.
Belə vəziyyət bazarlarda da özünü qabarıq büruzə verir. Söhbət bazarlarda köhnə maşınların bahalaşmasından gedir. Ekspertlər bildirir ki, ili köhnə avtomaşınların bahalaşması öncədən proqnozlaşdırılırdı. Bahalaşma da onunla əlaqədardır ki, sözügedən avtomobillərə tələbat artıb, çünki onların qiyməti ucuzdur. Ekspertlərin qənaətincə, ili köhnə avtomaşınların qiymətlərini bahalaşdıran səbəblərdən biri də avtomobil kreditləşməsinin dayanmasıdır. Çünki bu hal ili təzə olan avtomaşınlara tələbatın azalmasına gətirib çıxarıb. Bu proses də köhnə avtomobillərə güclü tələbatı formalaşdırıb.
Hesab olunur ki, ili köhnə maşınların bahalaşmasının digər səbəbi maşın alveri ilə məşğul olanların sayının azalması ilə bağlıdır. Belə şəxslər daha çox köhnə avtomobillər gətirirdi. Yeni standartın tətbiqi isə daha bahalı avtomaşınların gətirilməsini tələb edir ki, buna da əksər maşın alverçilərinin maliyyə imkanları yetmir. Belə vəziyyət isə avtomobil bazarlarına təsirsiz ötüşmür.
Hesablamalara görə, ölkədə olan avtomobillərin təxminən 750 mini 2005-ci ildən əvvəl istehsal olunan maşınlardır və onların sayı ildən-ilə azalır. O da vurğulanır ki, 2005-ci ildən əvvəl istehsal olunan avtomobillərin sayının azalması onların qiymətinə təsir edən amillər sırasındadır. Məsələ ondadır ki, hazırda insanlar bazara daha ucuz avtomobil almaq üçün üz tutur. İstehsal tarixi 2005-ci ildən aşağı olan maşınların qiyməti bütün hallarda daha ucuzdur. Nəticə etibarilə bu müəyyən dövr ərzində həmin maşınlara tələbatı artırır.
Aprelin 1-dən etibarən ölkədə "Avro-4" standartlarının tətbiqinin başlanması da maşın bazarına təsir göstərir. Çünki "Avro-4" standartlarının tətbiqinə qədər Gürcüstandan Azərbaycana bu standarta cavab verməyən, lakin qiyməti münasib olan xeyli sayda maşın gətirilib. Lakin artıq satışda belə maşınların sayı azalıb. Ekspertlər onu da vurğulayır ki, bahalaşma get-gedə, köhnə avtomobillərin satışı azaldıqca hiss ediləcək. O da vurğulanır ki, yeni standartlara keçid daha çox əhalinin aşağı təbəqəsinə təsir edir. Çünki orta və yuxarı təbəqə onsuz da təzə avtomobillərə üstünlük verir.
Hələlik isə araşdırmalar bir daha göstərir ki, bank kreditlərinin dayandırılması fonunda da insanlar o qədər də baha olmayan, ili köhnə maşınların alınmasına üstünlük verir. Bu proses ümumi bazarda köhnə avtomobillərin qiymət artımına təsir edir. 2005-ci ildən üzü bəri istehsal tarixi olan maşınların qiymətində isə ciddi dəyişikliklər müşahidə olunmur. Hazırda respublikada 1,3 milyona qədər avtomobilin olduğunu deyən ekspertlər qeyd edir ki, onların 50 faizindən çoxu MDB ölkələrinin istehsalı olan və keçmiş sovetlər birliyindən qalan avtomobillərdir. Respublikadakı avtomobillərin 70 faizə qədəri isə Bakıda cəmləşib.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ