Bazar günü günü, 01 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Azərbaycan Kənd Təsərrüfatının İnkişafı Fondu...
Tarix: 31.07.2014 / 01:59
Bölmə: İqtisadiyyat
Bütün dünyada kənd təsərrüfatı ciddi şəkildə sığorta mexanizmləri ilə əhatə olunur və bu sahəyə xüsusi diqqət yetirilir. Hətta kənd təsərrüfatının inkişafına ciddi fikir verilən inkişaf etmiş Avropa ölkələrində bu təcrübədən geniş istifadə edilir. Ancaq Azərbaycanda bu problem uzun illərdir hökm sürməkdədir. Söhbət ondan gedir ki, həm banklar, həm də sığorta şirkətləri aqrar sahəyə heç bir maraq göstərmədiyindən, fermerlər və heyvandarlar kredit almaqdan məhrum olub.
Sözügedən məsələlərlə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən "İqtisadi Təşəbbüslərə Yardım" İctimai Birliyinin sədr müavini Rövşən Ağayev bildirir ki, sığorta mexanizminin tətbiqi bir sıra məsələlərlə əlaqədardır. Onun dediyinə görə, bütün dünyada kənd təsərrüfatı sahəsi risqli sahə sayıldığı üçün aqrar sektorun inkişafı torpaq-iqlim şəraiti ilə yanaşı, təbiət hadisələrindən sığortalanma ilə birbaşa əlaqəlidir: "Yəni, ola bilər ki, əkilən toxumlar cücərməsin. Bitki inkişaf etməsin. Yaxud, təbii fəlakətlər kənd təsərrüfatı məhsullarının əkildiyi sahələri və ya məhsulları tamam məhv etsin. Bunlardan əlavə, heyvanların xəstələnmə və tələfolma risqi də həmişə gözləniləndir. Ona görə də aqrar sektorda həmişə sığortaya ehtiyac duyulur. Bu baxımdan Azərbaycanda da kənd təsərrüfatı sahəsinə sığorta mexanizmlərinin tətbiqi vacibdir. Ancaq təəssüflər olsun ki, Azərbaycan müstəqillik qazanandan üzübəri yalnız "Kənd Təsərrüfatının Sığortası Haqqında" Qanun qəbul edilib. Ancaq qüvvədə olan həmin qanun bu günədək icra olunmayıb. Bu səbəbdən də ölkəmizdə bir hektar sahə belə sığortalanmayıb. Ona görə də respublikamızda hər hansı bir formada sığorta fondu, yaxud Kənd Təsərrüfatının İnkişafı Fondunun (KTİF) yaradılması məqsədəuyğundur. Bu fondda aqrar sahə ilə bağlı hazırlanacaq və həyata keçiriləcək müxtəlif layihələrin dəstəklənməsi və maliyyələşdirilməsi ilə yanaşı, kənd təsərrüfatı sahələrinin sığortalanması üçün maliyyə vəsaiti nəzərdə tutula bilər".
Onun dediyinə görə, "Kənd Təsərrüfatı Bitkilərinin Sığortası Haqqında" Qanunda yalnız bitkilərin və bitkiçilik məhsullarının sığortalanması nəzərdə tutulub. Ancaq heyvandarlığın sığortalanması ilə bağlı hər hansı bir qanunvericilik aktı yoxdur: "Ona görə də KTİF-i yaratmaqla heyvanların sığortalanmasını da həyata keçirmək mümkündür. Çünki heyvanlar da müxtəlif xəstəliklərdən, təbii fəlakətlərdən ölə bilər. Sığortalanma təminat deməkdir. Yəni heyvandar, fermer şəxsi heyvanının sığortalanmasına görə rahat nəfəs alacaq və heyvandarlığı inkişaf etdirməyə çalışacaq. Bundan əlavə, bir çox iş adamları kənd təsərrüfatının inkişafına müəyyən məbləğdə maliyyə vəsaiti ayırmaq, investisiya qoymaq istəyir. Ancaq aqrar sahə üzrə sığortalanma mexanizmi olmadığı üçün iş adamları bu addımı ata bilmir. Çünki onlar bitkiçilik məhsullarının məhv olacağından, heyvanların tələf olacağından çəkinir. Yaxud məhsuldarlıq aşağı düşə bilər. Əgər KTİF yaradılarsa, bu cür problemlər öz həllini tapar. Düzdür, bu fondun yaradılması üçün ilkin mərhələdə xeyli məbləğdə maliyyə vəsaiti tələb olunacaq. Amma gələcək perspektiv üçün kifayət qədər vəsaiti xərcləməyə dəyər. Yaxşı olar ki, Azərbaycan hökuməti bu məsələ ilə bağlı təşəbbüslə çıxış etsin, ilkin qiymətləndirmə aparsın. Əgər ekspert qiymətləndirmələri aparılsa, sığorta fondlarının və ya KTİF-in maliyyə tutumunun nə qədər olacağı müəyyənləşdirilsə, müsbət nəticələrin əldə edilmə ehtimalı çox yüksəkdir. Bu cür fondların yaradılmasında dünya praktikasından, xüsusilə də inkişaf etmiş Avropa ölkələrinin təcrübəsindən istifadə etmək labüddür".
Onun dediyinə görə, respublikamızda kənd təsərrüfatının inkişafına ayrılan kreditlərin məbləği çox azdır və banklar aqrar sektora kredit ayırmaqda maraqlı deyil. Bu səbəbdən də banklar tərəfindən kənd təsərrüfatı sahələrinə ayrılan kreditlərin məbləği ümumi kreditlərin 4 faizini təşkil edir: "Bankların aqrar sektora kredit ayırmaqda maraqlı olmamasının kökündə dayanan əsas səbəb odur ki, götürüləcək kredit üçün qoyulacaq girov yoxdur. Torpaq sahələrinin girov götürülməsinə isə qanunvericiliklə icazə verilmir. Amma inkişaf etmiş Avropa ölkələrindəki vəziyyət Azərbaycandakı durumdan fərqlidir. Çünki həmin dövlətlərdə aqrar sahələr sığortalandığı üçün banklar arxayın olurlar ki, məhsul batsa, yaxud heyvan tələf olsa, onlar sığortalandığı üçün bankların kreditləri batmayacaq. Yəni sığorta şirkətləri fermerlərin aldıqları kreditləri, yaxud onların faizlərini banklara ödəyəcək. Hesab edirəm ki, belə bir praktikanın respublikamızda tətbiqi üçün KTİF-in yaradılması mütləq vacibdir".
Qeyd edək ki, bu gün Azərbaycanda sığorta şirkətlərinə inamın az olması ucbatından əkin sahələrinin sığortalanmasına maraq çox azdır. Bu məsələyə də münasibət bildirən iqtisadçı-ekspert qeyd edir ki, əvvəllər ölkəmizdə banklara inam çox az idi. 2004-2005-ci illərədək vətəndaşlar öz maliyyə resurslarını banklara yatırmırdı. Amma sonradan banklar dayanıqlı olduqdan və bankların sığorta əməliyyatlarının sığorta fondları yaradıldıqdan sonra vətəndaşlarda banklara etibar və inam formalaşmağa başladı: "Ancaq təəssüf ki, Azərbaycanda sığorta şirkətlərinə inam yoxdur. Çünki bu şirkətlər sığorta haqlarını öz vəsaitləri hesabına ödəməkdə çətinlik çəkirlər, yaxud bu məsələdə zərərçəkmiş sığorta edilənlər sığorta haqlarını almaqda ciddi problemlərlə üzləşir. Ancaq bununla belə, KTİF və ya sığorta fondları yaradılarsa, sığorta vəsaitləri dövlətə məxsus olacaq və zərərçəkmişlərə sığorta haqlarının ödənilməsində problem yaşanmayacaq. Bu sahədə rəqabət formalaşdıqca, sağlam iş mühiti hökm sürdükcə, sığorta şirkətləri sığorta bazarında dövlət vəsaitləri ilə düzgün işlədikcə, fermerlərin bu şirkətlərə inamı artacaq və onların potensial imkanlarından istifadə edəcəklər. Bununla da əkin sahələrinin, məhsulların, yaxud heyvanların sığortalanması prosesi sürətlənəcək. Bu məsələdə həm fermerlər, həm də dövlətimiz qazanacaq. Şübhəsiz ki, sadaladığım proseslərin tam reallaşması və müsbət nəticələrin əldə olunması üçün 2-3 il vaxt tələb olunacaq".
Birlik sədrinin müavini vurğulayır ki, sığorta şirkətlərində də aqrar sahəyə maraq xeyli azdır. Bu da kənd təsərrüfatı sahəsinin risqli olması ilə əlaqədardır. Onun dediyinə görə, sözügedən şirkətlərdə marağı artırmaq üçün bir sıra stimullaşdırıcı variantlardan istifadə etmək məsləhətdir: "Məsələn, kənd təsərrüfatını sığorta edən sığorta şirkətlərinə dövlət tərəfindən müəyyən güzəştlər verilə bilər. Dövlət tərəfindən güzəştli kreditlərin ayrılması, yaxud maliyyə yardımlarının verilməsi də mümkündür. Əgər bu cür addımlar atılmazsa, KTİF və ya sığorta fondları yaradıldıqdan sonra sığorta şirkətləri bu fondların vəsaitlərindən istifadə etməklə aqrar sahəyə daha böyük maraq göstərəcək.
Ancaq bu məsələdə sığorta şirkətlərindən hansılarının kənd təsərrüfatının sığortalanmasında ciddi nailiyyətlər əldə edəcəyini müəyyənləşdirmək lazımdır".
DİGƏR XƏBƏRLƏR
Tarix: 31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...
Tarix: 30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır -
Aşqabad indi hərəkətə keçir...
Tarix: 30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır
Tarix: 30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...
Tarix: 29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil"
- Mərkəzi Bankın sədri
Tarix: 29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir?
- Mərkəzi Bankdan açıqlama...
Tarix: 29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...
Tarix: 29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...
Tarix: 29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...
Tarix: 28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...
Tarix: 28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi
Tarix: 28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik -
hesabatı kim yayıb?
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...
Tarix: 29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
SON XƏBƏRLƏR
31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi
– müvəqqəti kabinetin yaradılması təklif edildi…
31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası
31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır
– etirazçılarla polis arasında toqquşmalar baş verib…
31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı…
Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…
31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı
- tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…
31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…
31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı
- ABŞ üçün oyunun sonu olacaq…
31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…
31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı
– bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…
31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı
– təzminat tələbini isə rədd etdi…
31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir
- prezidentlə qarşı prokurorluğa çağırış edildi…
31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…
31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı
31.10.2026 / 14:58
Polşada gərginlik artır
– Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...
31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi
– avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…
31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur"
- Əhliman Əmiraslanov
31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…
31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır
- YENİ QİYMƏTLƏR...
31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi
31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu
31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı
- Başqa yol yoxdur...
31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi
– Prezident-hökumət qarşıdurması pik həddə çatdı…
31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...
31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı
31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq
31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...
31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı
30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…
30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...
30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...
30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...
30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...
30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...
30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...
30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə
- Azərbaycan Zirvələr ölkəsinə çevrilir...
30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil
- Forumda klassik düstur açıldı...
30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
- FOTO
30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı...
İran narahatdır...
30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi
- YENİLƏNDİ
30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi
– bir gündə üç zavod vuruldu…
30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var
- Rusiya TŞ-dən iddia...
30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...
30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır -
Aşqabad indi hərəkətə keçir...
30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib
- FOTO
30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib
30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub
30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...
30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır
30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi -
növbədəki kim?..
30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi
30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib
30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb -
101 deputat isə onlara nifrət edir...
30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...
30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq?
- AÇIQLANDI...
30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi...
Necə???
30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...
30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı
– DETALLAR…
30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib"
- Hikmət Hacıyev
30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi
30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu
- niyə bu işlərə ləkə salırsınız?
30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi
30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...
30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı
– iki şəhərdə iğtişaşlar başladı…
30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...
30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq
- "Babəli Türkiyədə saxta pul alverinə girişib"
30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır"
- Əli Əsədov
30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…
30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi
- oradan dərhal uzaqlaşın...
30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...
30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı
– iki Su-34 qırıcısı məhv edildi…
30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi -
İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…
30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub
30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…
30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı
- üç namizəd var...
30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə
- keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...
30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü
30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi...
1918-ci iin payız aylarında...
29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)
29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib
- FOTO
29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
XƏBƏR ARXİVİ