Cümə axşamı günü, 22 oktyabr 2026
     

Şərabçı və fındıqçı sahibkarların əsaslı problemlərinə Natiq Əmirov və Səfər Mehdiyev necə izah verdi?

Image


“Bir TIR-da 300-400 manat əvəzinə 1300 manat xərcə düşürük”

 

“Sahibkarların üzləşdiyi əsas problemlərdən biri dəmir yolları vasitəsilə daşınma ilə əlaqədardır. “Azərbaycan Dəmir Yolları” QSC-nin parkı çox köhnəlib. Buna görə, xammalın ixracı zamanı şirkətlər problemlərlə üzləşir”. "APA-Economics" xəbər verir ki, bunu "Qeyri-neft ixracatçılarının respublika müşavirəsi"ndə Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov deyib.

O bildirib ki, Assosiasiyanın üzvü olan şirkətlər tərəfindən istehsal olunan məhsulların daşınması üçün “Azərbaycan Dəmir Yolları” QSC-nin parkında olan sisternalar olduqca azdır: “İxracatçılar da təsdiqləyər ki, onlar əllərində olan ixrac müqavilələrinin tələblərini yerinə yetirə bilmir. Ən böyük problem odur ki, sisternalar olmadığı üçün ümumiyyətlə müqavilə imzalanmayıb. Dəmir yolunda daşıma tarifləri məntiqə uyğun deyil. Çox maraqlıdır ki, dəmir yolunda daşınma avtomobil yolu ilə daşınmadan baha başa gəlir. Bizim xammal idxala bağlıdır. Məsələn, şüşə idxalımız Rusiyadan həyata keçirilir. Lakin hazırda Dağıstanda sürücülər tətil elan edib. Bunu nəzərə alaraq, biz “Azərbaycan Dəmir Yolları” QSC-yə müraciət etdik. 50 tonluq yükün Yalama-Biləcəri marşrutu üzrə 200 kilometrlik daşınması üçün 1300 manat, Yalama-Ləki-Ağdaş üzrə isə 1900 manat tələb olundu. Qeyd edim ki, 50 tonluq yükü iki ədəd TIR-la daşımaq mümkündür . 1 TIR-la daşınma 300-400 manata başa gəlir. Amma biz 1300 manat xərcə düşürük. Bilirik ki, dəmir yolu nəqliyyatında daşımanın tarifi İsveçrə frankının məzənnəsinə uyğun hesablanır. Başa düşürük ki, manat devalvasiyaya uğrayıb. Lakin daxili daşımalarda bu amil nəzərə alınmalıdır”.

Sahibkara cavab olaraq prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov isə bildirib ki, “Azərbaycan Dəmir Yolları” QSC ölkədaxili daşımalarda inhisarçı mövqeyə malikdir: “Bunu nəzərə alaraq, ölkədaxili daşımalarda tarif tənzimlənməsinə ehtiyac var. Daxili daşımalarda bu cür problemlər varsa, tariflərin dövlət tərəfindən tənzimlənməsinin tam hüquqi əsasları var. O ki qaldı dəmir yolu parkının yenilənməsinə, ölkə başçısının bununla bağlı müvafiq göstərişi var. Bütövlükdə nəqliyyat sektorunda daşımaların ən yüksək səviyyəyə qaldırılması üçün zəruri tədbirlər görülür. “Azərbaycan Dəmir Yolları” QSC parkın yenilənməsi istiqamətində müvafiq işlər görür, müxtəlif təyinatlı vaqonlar alır”.

 

“İnterGlass”ın şüşələri gətirilmə maldan baha çıxır

Yevlaxda keçirilən “Qeyri-neft ixracatçılarının respublika müşavirəsi”ndə bəzi sahibkarlar qablaşdırma sahəsindəki problemlərə toxunub. İş adamlarının əksəriyyəti şüşə məmulatlarının idxaldan asılılığına diqqət çəkib.

"Azərbaycanda iri şüşə məmulatların istehsalçısı fəaliyyət göstərir. Onlardan biri də “İnterGalss” şirkətidir. Amma həmin şirkətin istehsal etdiyi məhsullar idxal olunan məhsuldan bahadır. Bundan başqa, əsas problemlərdən biri də odur ki, “İnterGlass” və bu kimi şirkətlərin istehsal gücü aşağıdır”, - deyə sahibkarlardan biri qeyd edib.

Sahibkara cavab olaraq Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bildirib ki, “İnterGlass” artıq ikinci istehsal xəttinin qurulmasına başlayıb. “Müvafiq avadanlıqlar alınıb. Həmin avadanlıqların quraşdırılması ilə bağlı üç ölkənin mütəxəssisləri ilə danışıqlar aparılır. Yaxın vaxtda ikinci xətt işə salınacaq. Bununla biz yaşıl şüşənin istehsalına start verəcəyik. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən aldığımız məlumata görə, ölkə ərazisindəki yataqlar araşdırılıb və məlum olub ki, yaşıl şüşə istehsalı üçün lazım olan qum Azərbaycanda var, ağ şüşə istehsalı üçün lazım olan qum ölkəmizdə yoxdur. Böyük ehtimalla, həmin qum Rusiyadan idxal olunacaq. Bundan başqa, biz şüşə istehsalı ilə bağlı ayrıca bir proqram hazırlamışıq. Bir məsələyə diqqət çəkmək istəyirəm ki, bu gün “İnterGlass”ın həyətində olan hazır şüşə materialları 3 aydır satılmır. Mən istərdim ki, bu məsələ sahibkarlarla müzakirə olunsun. Məhsulun satışında problem var”, - deyə ASK prezidenti qeyd edib.

Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov isə ASK prezidentinə müraciət edərək bildirib ki, şirkətlər arasında kommunikasiyanın qurulmasında problemlər var: “Şirkətlərin internet saytları qeyri-işlək vəziyyətdədir. Məndə bəzən elə təsəvvür yaranır ki, sahibkarlar həyata keçirdiyi layihələr, istehsal etdiyi məhsullar barədə ancaq özləri xəbərdardır. Mən tez-tez şirkətlərin saytlarını izləyirəm. Elə şirkət var ki, saytını sonuncu dəfə 3 il bundan öncə yeniləyib. Tutalım, bu gün bir şirkət məhsul idxal edir, amma həmin məhsulu başqa bir yerli şirkət ölkəmizdə istehsal edir və bunların bir-birindən xəbəri yoxdur. Kommunikasiya düzgün qurulmalıdır. Müştərilər şirkətlərin saytına daxil olan zaman istehsal olunan məhsullar barədə ətraflı məlumat almaq imkanını qazanmalıdır. Şirkətlər saytlarını aktiv şəkildə idarə etməlidir. Biznes bu cür qurulur”.

ASK prezidenti N. Əmirovun iradı ilə razılaşıb: “Məsələ çox düzgün qaldırılıb. Kommunikasiyada ciddi boşluqlar var. Bu problem aradan qaldırmağa çalışacağıq”.

 

Gömrük laboratoriyası Zaqatalada tikilsə nə olar ki…

Fındıq İstehsalçıları Assosiasiyası Dövlət Gömrük Komitəsinə (DGK) müraciət edərək Zaqatalada gömrük və fitosanitar laboratoriyasının tikilməsini xahiş edib. “APA-Economics” xəbər verir ki, müvafiq müraciət Yevlaxda keçirilən “Qeyri-neft ixracatçılarının respublika müşavirəsi”ndə Assosiasiyanın sədri İsmayıl Orucov tərəfindən səsləndirilib.

“Bilirsiniz ki, fındıq ixracı ilə məşğul olan müəssisələrin mütləq əksəriyyəti təxminən 90-95%-i Zaqatalada fəaliyyət göstərir. Bu baxımdan gömrük və fitosanitar laboratoriyaların məhz Zaqatalada tikintisi daha məqsədəuyğundur. Biz hətta Assosiasiyanın binasında laboratoriya üçün yer ayırmağa da hazırıq”, - deyə İ. Orucov bildirib.

Bundan başqa, o bildirib ki, gömrük keçid məntəqələrinin şənbə-bazar günləri işləməsi ixracatçıların işlərini daha da asanlaşdırar: “Münbit şərait nəticəsində bu il məhsuldarlıq 50% artacaq. Bu məhsul əsasən sentyabr-dekabr aylarında ixrac olunur. Biz komitənin rəhbərliyindən xahiş edirik ki, gömrük keçid məntəqələri şənbə-bazar günləri də fəaliyyət göstərsin. İxrac olunan mala Yeni il bayramı öncəsi tələbat çox olur. Qeyd edilən məsələ həllini tapsa, məhsul daha tez ixrac olunar”.

DGK sədrinin müavini Səfər Mehdiyev isə qaldırılan məsələlərə cavab olaraq bildirib ki, onun təmsil etdiyi qurum da laboratoriyanın məhz qeyd edilən regionda tikilməsinin lehinədir: "Bizim də araşdırmalarımız göstərir ki, fındıq ixracatçılarının mütləq əksəriyyəti məhz bu regionda cəmləşib. Bunu nəzərə alaraq, biz həmin regionda laboratoriya təsis etmək istəyirik. Artıq Balakəndə laboratoriyanın tikintisinə dair müvafiq şirkətlə müqavilə imzalanıb. Amma sizing müraciət araşdırılacaq və sizə rəsmi cavab veriləcək. Əgər siz laboratoriya  üçün yer ayırmağa hazırsınızsa, biz buna yalnız müsbət baxırıq. Bu üsulla biz həm də büdcə vəsaitlərinə qənaət etmiş olarıq. O ki qaldı ikinci məsələyə, biz ixracatçılar üçün mobil qruplar yaratmışıq. Həmin mobil qruplar ixrac nümunələrinin götürülməsi və sair vacib məsələlərlə bağlı ixracatçılara yardım edir. Əsas problem ondan ibarətdir ki, şənbə-bazar günləri bizim elektron bəyannamə sistemində Mərkəzi Bankın məzənnəsi əks olunmur. Bilirsiniz ki, həmin sistemə bir neçə dövlət qurumu uzlaşdırılıb ki, onlardan biri də Mərkəzi Bankdır. Qeyd etdiyim məsələ ilə əlaqədar elektron bəyannamələrin qeydiyyatını apara bilmirik. Mən söz verirəm ki, bununla bağlı Mərkəzi Banka müraciət olunacaq və problemin aradan qaldırılmasına çalışacağıq”.

Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov da bildirib ki, qaldırılan məsələlər nəzarətə götürüləcək: “Biz qeyd edilən problemlərin aradan qaldırılması üçün Mərkəzi Banka müraciət edəcəyik. Çalışacağıq ki, məsələ tez bir zamanda həllini tapsın”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ